Genetik xəstəliklərin kökü kəsiləcək - TİBBDƏ İNQİLAB

 

Çinin Sun Yat Sen Universiteti tibb dünyasında bir ilk olan əməliyyatı gerçəkləşdirib.

 

Alimlər bu əməliyyat sayəsində insanın genetik quruluşunun təməli olan DNT-dəki 3 milyon nükleotid sekansının birində olan əskikliyi düzəltməyi bacarıb.

Mütəxəssislər gələcəkdə bu üsulla genetik xəstəliklərin müalicə edilə biləcəyini söyləyib.


Keçirilən sınaqda laboratoriyada yetişdirilən embrionlardan istifadə edilib. Dəniz anemiyası daşıyan bir xəstədən alınan hüceyrələr klonlama yolu ilə yetişdirilən embrionlara yerləşdirilib. Bu anemiya "nöqtə mutasiyası” adlandırılan genetik koddakı tək bir bağda əmələ gələn dəyişiklikdən yaranır.

İnsanın DNT molekulu 4 fərqli əsasdan ibarətdir: adenin, quanin, sitozin və tiamin. Bu əsaslar DNT zəncirinin quruluşunu əmələ gətirir. İnsan vücudunun işləklik qabiliyyətinə dair təlimatlar məhz bu əsaslarda saxlanır.


Çin alimləri də tətbiq etdikləri "əsas tənzimləmə” üsulu ilə DNT quruluşundakı çatışmazlığı xəstənin embrionlarından təmizləyib.

Kəşf edilən yeni üsul uşaq dünyaya gəlməzdən öncə onda olan genetik xəstəliklərin qarşısını almağa yardım edəcək. Beləliklə, yaxın gələcəkdə genetik yolla yayılan xəstəliklərin kökü kəsiləcək.//publika.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300