Rusiyalı müxalifətçi Aleksey Navalnı sərbəst buraxıldı
Cümə günü insanları dəfələrlə razılaşdırılmamış
aksiyalarda iştiraka çağırdığına görə saxlanılan müxalifətçi Aleksey Navalnı
polis bölməsindən evə buraxılıb.
Bu barədə onun vəkili Olqa Mixaylovaya
istinadən TASS məlumat yayıb.
Onun sözlərinə görə, oktyabrın 2-də Simonovski məhkəməsi Navalnıya qarşı
açılmış inzibati işə baxacaq.//report
"ULUYOL"