İspaniyadan referendum açıqlaması: "Məsuliyyəti
Kataloniya hökuməti daşıyır"
Kataloniyadakı bütün toqquşmalara görə məsuliyyəti Kataloniya hökumətinin rəhbəri Karlos Puçdemon daşıyır.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İspaniya hökumətinin rəhbəri Enriko Millo söyləyib.
"Bu gün baş verənlərə görə bir adam məsuliyyət daşıyır. Bu, muxtariyyətin rəhbəridir” – deyə o bildirib.