İmam Hüseyn (ə), tövsiyələr və vəsiyyətlər

Bismillahir-rəhmanir-rəhim. İmam Hüseynə (ə) təkliflər elə Mədinədən başladı. Mədinədən Kərbəlayadək müxtəlif şəxslərdən təlıiflər edilirdi. İmamın öz yaxınlarından tutmuş adi insanlaradək, hətta o həzrətlə müxalif olanlar da müəyyən təkliflər irəli sürürdülər. İmamın dostlarının müxalifəti, imama olan sevgilərindən qaynaqlanırdı. İmamın təhlükəyə düşməsini istəmədikləri üçün onun Kərbəlaya getməsini istəmirdilər. Amma düşmənlər Yəzidə xidmət etmək üçün imamın Kərbəlaya getməsinə mane olmağa çalışırdı. Yəzidin əleyhinə heç bir hərəkətin vaqe olmasını istəmirdilər. Belələri imam Hüseynin (ə) Kərbəlaya getməsinin əsil səbəblərini bilmirdilər. Ona görə imama etiraz edib, qarşısını almağa çalışırdılar. Əgər imam xeyirxah məqsədli şəxslərin təklifini qəbul edib Kərbəlaya getməsəydi, əslində düşmənlərin arzusu həyata keçmiş olardı. Xeyirxah şəxslərin təklifi düşmənlərin leyhinə idi. Bəzi şəxslər imama Yəzidlə beyət etmə təklifi verdi. Bəziləri isə Kərbəlaya getməməsini istədi. Bu yazı onlar barədədir.

1- Mərvan ibn Həkəm

Müaviyə 60-cı hicri ilində öldü. Yəzid xilafətə çatdı. Xilafətə çatan kimi müxtəlif şəhərlərin başçılarına məktub göndərib onlara bildirdi ki, hər kəs öz postunda qalacaq və mənimçün xalqdan beyət alın. O cümlədən Mədinənin başçısı Vəlidə də əmr verdi ki, üç nəfərdən beyət almaqda tələssin, Hüseyn ibn Əli (ə), Əbdullah ibn Ömər və Əbdullah ibn Zübeyrdən təcili beyət alsın. Vəlidə məktub çatan kimi Mərvanın yanına gedib yuxarıda adı çəkilən üç nəfəri danışıq üçün dəvət etdilər. Məclis başladı. Vəlid Müaviyənin ölüm xəbərini həzrətə çatdırdı və imamı Yəzidə beyət etməyə dəvət etdi. İmam o gecə beyətə razı olmayıb dedi: Gizli beyətin heç bir dəyəri yoxdur. Vəlid imamın sözünü qəbul etdi. Həmin gecə Vəlid beyət almaq üçün israr etmədi. Amma Mərvan Vəlidə dedi ki, əgər bu gecə Hüseyndən beyət almazsan, yer üzündə qan tökülməmiş heç vaxt onu beyətə vadar edə bilməyəcəksən. Yaxşı olar ki, beyət edənə qədər onu bu məclisdə saxlayasan, yaxud da ki, Yəzidin göstərişinə müvafiq olaraq boyununu vurasan. İmam Hüseyn Mərvanın sözlərini eşidən kimi ona xitab etdi: يابنالزرقاء انت تقتلني امهو كذبت و اثمت

"Ey Zərqanın oğlu! Sən məni öldürmək istəyirsən ya Vəlid? yalan deyirsən və günah edirsən" (Zərqa-Mərvanın nənəsi, dövrünün bədnam qadınlarından idi).

Mərvan ibn Həkəm Peyğəmbər xanədanının qədim düşmənlərindəndi. Əməvilərə də elə qədimdən xidmət edirdi. İmam Hüseynə (ə) dedi: "Ya Əba Əbdillah! Mən sizin tərəfdəyəm, sizin xeyirinizə təklif edirəm ki, Yəzidlə beyət edib dünya və axirət mənfəətinə nail olasan!" İmam Hüseyn (ə) onun cavabında buyurdu:

و على الاسلام السلاماذ قد بليت الامةبراع مثل يزيد

"Müsəlmanlar Yəzid kimi bir hakimə giriftar olublarsa islamın fatihəsini oxumaq lazımdır" (Kamili İbn Əsir, 4-cü cild, səh 14).

2- Ummi Sələmə

Həzrət Peyğəmbərin (s) arvadı Ümmi Sələmə imam Hüseynin (ə) İraqa getməsindən xəbərdar olan kimi imamın yanına gəlib dedi: "İraqa tərəf hərəkətinlə bizi kədərləndirirsən. Çünki, cəddin Peyğəmbərdən eşitmişəm ki, buyarardı: "Oğlum Hüseyn İraq torpağında Kərbəla deyilən yerdə öldürüləcək"

İmam Hüseyn (ə) buyurdu: "Ey ana! Mən də bilirəm ki, Allah yolunda İslam düşmənlərinin ədavəti üzündən öldürüləcəm. Allah belə istəmişdir ki, əhli-beytim əsir və övladlarım şəhid olsun" (Soxənane Hüseyn ibn Əli əz Mədine ta Kərbəla, səh 29).

3- Muhəmməd Hənəfiyyə

Muhəmməd Hənəfiyyə həzrət Əlinin (ə) övladlarından idi, tarixçilərin nəqlinə əsasən imam Hüseynin (ə) yanına gəlib dedi: "Qardaş! Sən camatın ən sevimlisisən. Mən xeyir və məsləhətdən anladığım qədərini sənə deməyə bocluyam. Məkkə şəhərinə girəndə orada təhlükəsizlik olmazsa səhra yolu ilə bu şəhərdən o şəhərə get ki, camaatın vəziyyətini və onların hələcəyini nəzərə ala biləsən"

İmam Hüseyn (ə) onun cavabında buyurdu:

"Ey qardaş! Əgər bütün dünyada təhlükəsiz yer olmasa belə mən Yəzidə beyət etməyəcəm"

يا اخي لو لم يكن في الدنيا ملجا و لا ماوى لما بايعت يزيد بن معاوية

Muhəmməd Hənəfiyyə Məkkədə də imamın hüzuruna gəlib dedi: "Ey qardaş! Sən Kufə camaatının atan Əli və qardaşın Həsənlə bağladıqları əhd-peymanı pozduqlarını (vəfasızlıqlarını) görmüsən. Qorxuram ki, sənə qarşı da vəfasızlıq edib əhd-peymanı sındırsınlar. Yaxşı olar ki,

İraqa tərəf getməyəsən. Elə Məkkə şəhərində qalasan. Çünki, bu şəhərdə Allahın hərəmindəsən və hər kəsdən çox camaatın sevdiyi və ehtiram göstərdiyi şəxssən"

İmam buyurdu: "Qorxuram ki, Yəzid Allah evinə hörmətsizlik edib hiyləgərliklə məni Allahın hərəmində öldürə"

Muhəmməd Hənəfiyyə belə bir təklif irəli sürdü ki, onda İraqın əvəzinə Yəmənə və yaxud başqa bir təhlükəsiz yerə get. İmam cavabında dedi ki, təklifin barədə düşünəcəm. Həmin gecənin səhəri imam İraqa tərəf yola düşdü. Xəbər Muhəmməd Hənəfiyyəyə çatanda tələsik özünü imama çatdırıb dedi: sən axşam mənim təklifim barədə düşünəcəyini bildirmədinmi? İmam cavab verdi: "Bəli, bir-birimizdən ayrıldıqdan sonra Peyğəmbər (s) mənim yuxuma gəldi və buyurdu: "Hüseyn hərəkət et, Allah istəyib ki, səni şəhid, əhli-beytini isə əsir görsün"

بلى و لكن بعدما فارقتك اتاني رسولالله و قال ياحسين اخرج فان اللهتعالى شاء ان يراكقتيلا ...و قد شاءالله ان يراهن سبايا

(Soxənane Hüseyn ibn Əli əz Mədinə ta Kərbəla, səh 32)

4- Əbdullah ibn Ömər

Əbdullah ibn Ömər Əli (ə) ilə beyət etməyən yeddi nəfərdən biri idi. Bacardığı qədər Əlinin (ə) hökumətinə qarşı çıxır, mübarizə aparardı. Əli (ə) şəhid olduqdan sonra Müaviyəyə beyət etdi. Müaviyədən sonra Yəzidə beyət etdi.

Ömrəni yerinə yetirmək üçün Məkkədə idi. İmamın hüzuruna gəlib dedi: "Mənim sizə təklifim budur ki, bütün camaat kimi sən də beyət və sülh yolunu seçəsən və müsəlmanların qanının tökülməsindən qorxasan" İmam onun cavabında Bəni İsrailin peyğəmbərlərə etdiyi cinayətləri xatırlatdı sonra buyurdu: "Ey əba əbdur-rəhman! Allahdan qorx və bizə yardım etməkdən əl çəkmə"

اتق الله يا اباعبد الرحمن و لاتدعن نصرتي

5- Əbdullah ibn Abbas

İmamın İraqa getməsinin qarşısını almaq istəyən şəxslərdən biri də imamın əmisi oğlu Əbdullah ibn Abbasdır. Məkkədə imamın yanına gəlib dedi:

"Əmioğlu! Qorxuram ki, bu səfərdə öldürüləsən və övladların düşmənin əsiri ola. Çünki, İraq camaatı əhd-peyman sındırandı. Onlara

inanmamalısan. Mənim fikirimcə Məkkədə qalmağın daha yaxşıdı. Əgər Məkkədən çıxmaqda israrlısansa Yəmənə tərəf get"

İmam onun cavabında buyurdu: "Ey əmioğlu! Allaha and olsun ki, şəfqətlə, xeyirxahlıqla bu təklifi irəli sürürsən. Amma mən İraq Tərəfə getmək qərarına gəlmişəm. Allaha and olsun ki, bunlar mənim qanımı axıtmamış məndən əl çəkməyəcəklər...." (Kamili İbn Əsir, 4-cü cild, səh 37)

يابن العم اني والله لاعلم انك ناصحمشفق و قد ازمعتعلى المسير...و الله لايدعوني حتى يستخرجوا هذهالعلقة من جوفي فاذافعلوا سلط الله عليهممن يذلهم حتى يكونوااذل من فرام المراة

6- Əbdullah ibn Zübeyr

İmam Hüseynin İraqa getməsinə mane olmaq istəyənlərin biri də Əbdullah ibn Zübeyrdir. Yəzid hökumətinə qarşı idi, Mədinədən Məkkəyə qaçmışdı. İmamın yanına gəlib dedi: "Əgər İraqda sənin şiələrin qədər mənim də şiələrim (tabeçilərim) olsaydı, mən də İraqı tərcih edərdim. Amma hər halda Məkkədə qalıb müsəlmanların başçılığını öz öhdənə götürsən biz də sənə beyət edərik" İmam onun cavabında buyurdu:

ان ابي حدثني انبمكة كبشا به تستحلحرمتها فما احب اناكون ذلك الكبش ولئن اُقتل خارجاً منهابشبر احبّ اليّ منان اقتل فیها...یابنالزبیر! لئن ادفن بشاطیءالفرات احب الي منان بفناء الکعبة

"Atam mənə xəbər vermişdir ki, Məkkədə bir qoç kəsəcəklər və onun vasitəsilə Məkkəyə hörmətsizlik olacaq. Mən o qoç olmaq istəmirəm. Əgər bir qarış Məkkədən uzaqda öldürülsəm Məklənin içində öldürülməkdən yaxşıdır. Zübeyrin oğlu! Əgər mən fərat çayının kənarında dəfn olsam Kəbənin kənarında dəfn olmaqdan daha yaxşıdır"

7- Əbdullah ibn Cəfər

İmam Hüseynin İraqa getməsinə mane olmaq istəyənlərin biri də Əbdullah ibn Cəfərdir. O həzrət Zeynəbin əri və imamın əmisi oğlu idi. İmam Hüseyn (ə) yola düşdükdən sonra Əbdullah ibn Cəfər iki oğlu Ovn və Muhəmmədlə imama bir məktub yazır. Məktubda deyilir: "Yola düşdüyün səfərdən vaz keç, Məkkəyə qayıt. Bu səfərdə sənin ölməyindən və ailənin əsir düşməklərindən qorxuram. Sənin ölməyinlə İslamın nuru (çırağı) sönəcək"

Əmr ibn Səid Yəzid tərəfindən Mədinənin valisi idi. Vəlidin yerinə seçilnişdi. İmamı terror etmək üçün Məkkəyə gəlmişdi. Əbdullah ibn

Cəfər ondan imam Hüseyn (ə) üçün amannamə aldı və Yəhya ibn Səidlə birlikdə əmannaməni Məkkədən qıraqda imama verdi. İmam Hüseyn hər ukisinin cavabında belə buyurdu:

"Mən Peyğəmbəri (s) yuxuda görmüşəm. Mənə çox önəmli iş tapşırdı. O işlə məşğul olmalıyam... Mən bu yuxunu heç kəsə deməmişəm. Nə qədər ki diriyəm heç kəslə paylaşmayacağam... Ən yaxşı aman, Allah amanıdır. Dünyada Allahdan qorxmayan şəxsə axirətdə aman olmaz"  (SoxənaneHüseyn ibn Əli əz Mədinə ta Kərbəla, səh 93-96)

انّي رايت رؤيا فيهارسول الله ص وامرت فيها بامر اناماض له عليّ كاناو لي...ما حدّثتاحدا بها و ماانا محدث بها حتىالقى ربي ... فخير الامانامان الله و لنيؤمن الله يوم القيامةمن لم يخفه فيالدنيا

8- Fərəzdəq

İmam Hüseynin İraqa getməsinə mane olmaq istəyənlərin biri də məşhur ərəb şairi Fərəzdəqdir. Fərəzdəq anası ilə Məkkəyə getmişdi. Məkkənin ətrafında imamın karvanı ilə rastlaşdı. İmamın yanına gəlib Məkkədən çıxma səbəbini soruşdu. İmam buyurdu ki, əgər təcili çıxmasaydım məni tutacaqdılar.

لو لم اعجل لاخذتُ

Sonra imam İraq xalqı barədə soruşdu. Fərəzdəq dedi ki, camaatın qəlbi səninlədir. Amma qılıncları da sənin əleyhinədir. Müqəddərat Allahın əlindədir, necə istəyirsə elə də edir.

قلوب الناس معک وسیوفهم علیک

İmam onun cavabında buyurdu: "Doğru dedin, müqəddərat Allahın əlindədir. O hər gün yeni höküm verər. Əgər baş verənlər bizim istədiyimiz kimi olsa, onda Onun nemətlərinə görə şükür edəcik. O nemətlərin şükürünü əda etməkdə bizə yardımçıdır. Əgər hadisələr bizlə muradımız arasında fasilə salarsa, baş verənlər bizim istədiyimiz kimi olmazsa, yenə də niyyəti haqq olan və qəlbi təqvalı olan şəxs haqq yoldan çıxmamışdır" (Soxənane Hüseyn ibn Əli əz Mədinə ta Kərbəla, səh 97-100; Kamil-i İbn Əsir, 4-cü cild, səh 40)

صدقت لله الامر وکل یوم هو فیشان ان نزل القضاءبما نحب و نرضیفنحمد الله علی نعمائهو هو المستعانعلی اداء الشکر وان حال القضاء دونالرجاء فلم یتعد منکان الحق نیته والتقوی سریرته

Mənbə: Rəhtuşeye rahiyane nur, 1-ci cild, səh: 81.

Müəllif: Höccətul-islam seyyid Həsən MirHüseyni.

Tərcümə etdi: Ə. Pərvanə

 

"ULUYOL"

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300