İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzani Ali Şuranın iclasını keçirib.

Axar.az xəbər verir ki, iclas zamanı Şuranın adının İraq Kürdüstanı Siyasi Liderliyi olması haqda qərar qəbul edilib. Bu ifadə - İraq Kürdüstan Siyasi Liderliyi "Kürdüstan”ın İraqa bağlı olmasına razılıq verməsi kimi qiymətləndirilib. Lakin Bərzaninin baş müşaviri Hemin Hevrami Şuranın adına "İraq” sözünün artırılmasını belə izah edib:

"Bizim "İraq” sözünü əlavə etməyimiz "Kürdüstan”ın İraqın tərkibinə keçməsi, müstəqillikdən imtina etməyimiz kimi başa düşülməməlidir. Bununla biz Kürdüstanı dövlətləşdirmək istəyirik. Bu, Şuranın digər ərazilərdəki kürd torpaqları ilə əlaqəsi olmadığını vurğulaması deməkdir. Yəni bu Şura məhz İraq Kürdüstanına aiddir”.

Qeyd edək ki, sentyabrın 25-də İraq Kürd Muxtariyyətində müstəqillik referendumu keçirilib. Rəsmi Bağdad referendumu tanımadığını və Kərkükü Kürd Muxtariyyətinə vermək niyyətində olmadığını açıqlayıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300