Bakıda dramaturq İslam Səfərlinin barelyefi oğurlanıb

 

Bakıda şair-dramaturq, əməkdar incəsənət xadimi İslam Səfərlinin barelyefi oğurlanıb.

"Report”un xəbərinə görə, bununla bağlı dramaturqun oğlu Səbail Rayon Prokurorluğuna müraciət edib.

O, müraciətində bildirib ki, İslam Səfərlinin Səbail rayonu ərazisində yerləşən barelyefi naməlum şəraitdə yoxa çıxıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, İslam Səfərli 1923-cü ildə Naxçıvanda anadan olub, 6 noyabr 1974-cü ildə Bakıda dünyasını dəyişib və Fəxri Xiyabanda dəfn olunub. Onun "Göz həkimi”, "Ana ürəyi”, "Yol ayrıcı”, "Xeyir və Şər”, "Dədəgünəş əfsanəsi” və s. əsərləri tamaşaya qoyulub, tamaşaçı rəğbəti qazanıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300