Rusiyanı zəiflətməyin yolu onun daxilində panturanist ideyaları genişləndirməkdir

 

Son vaxtlar Rusiya Federasiyası tərkibindəki Başqırdıstan və Çuvaşiya Respublikalarında yerli türk dilinin sıxışdırılmasına etiraz əlaməti olaraq aksiyalar keçirilir.

Kremlin türk xalqlarının ana dilini sıxışdırmaq cəhdləri Rusiyanın yeni mədəni ekspansiya siyasətinin tərkib hissəsi hesab edilə bilərmi?

Müstəqil türk respublikaları rəsmi Moskvanın bu siyasətinə qarşı öz etiraz səslərini ucaltmalıdırlarmı?

Belə bir addımn atılması ümumtürk maraqları baxımından nə dərəcədə məqsədəuyğun olardı?

"Rusiyada I Pyotr Qafqazlara və Mərkəzi Asiyaya iğal siyasəti planını hazırlayarkən panslavyanist alimlərin müşavirəsini keçirir və soruşur ki, bu coğrafiyanı işğal etmək üçün nədən başlamalıyıq, nə etməliyik? Panslavyanistlər cavab verirlər ki, yerli türk tayfalarının şivələrini müstəqil dillərə çevirməklə vahid, ortaq türkcəni parçalamaq, vahid türk kimliyini pozmaq üçün yerli tayfa kimliklərini dəstəməklə coğrafiyaya əsaslanan yeni xalqlar yaratmaq lazımdır. Ruslar bunu çar dövründə bu torpaqlar işğal olunduqdan sonra bir proqram kimi bütün türk coğrafiyasında həyata keçirdilər. Bu proqramın adı İlminski proqramıdır. Qafqazlarda bu proqramın rəhbəri Tolstov idi. İlminski-Tolstov proqramını ruslar türk coğrafiyasını ruslaşdırmaq, xristianlaşdırmaq və assimlilyasiya etmək üçün bu gün də həyata keçirməkdədir. Bu siyasət rruslaşdırma-xristianlaşdırma və türk coğrafiyalarında etnik xristianlar vasitəsilə demoqrafik disbalans yaratmaqla türklərin sayının azalmasına hesablanmışdı.Bu məqsədlə son 300 ildə Şimali və Cənubi Qafqazda Türk soyqırımı və etnik təmizləmə aparıldı. Türk torpaqları üzərində, Azərbaycanın qərbində Ermənistan yaradıldı və həmçinin Qafqazdan Qaradənizə qədərki ərazilər boyu uzanan Türk zolağı məhv edildi. Bu zolaq Qafqazı Osmanlı torpaqlarına birləşdirirdi. Bu zolaqda Axalkələki, Mesxetiya var idi. Batum şəhəri Qafqaz türklərinin Qara dənizə və Avropaya çıxış mərkəzi idi. Rusiya Qafqaz və Anadolu arasındakı bu etnik-coğrafi-kültür bağını dağıtdı, Qafqazda xristian gürcü və erməni dominantlığını formalaşdırdı. Beləliklə Osmanlının Qafqaza doğru və oradan da Rusiyanın İdil-Ural bölgələrinə doğru yayılmasının qarşısını aldı. Rusiya bu siyasətini həyata keçirmək üçün türklərə qarşı etnik təmizləmə, soyqırım, ruslaşdırma, xristianlaşdırma, rus dilinin və rus-kiril əlifbasının qəbul etdirilməsi vasitəsilə həyata keçirdi.

Bu siyasət çar dövründə də, sovet dövründə də həyata keçirildi. Hal-hazırda RF-nın türk subyektlərində də həyata keçirilir.Rusiya öz zəif tərəflərini bilir.

İndiki Rusiya federasiyasi Slavyan və türk xalqlarının simbiozudur. Rusiya Federasiyasında bir-birinə alternativ iki sivilizasiya və mədəniyyət tipi Rus-slavyan, Xristian, Pravaslav və Türk-müsəlman sivilizasiyaları konsolidasiya olunmuşdur. Rusiya Federasiyasında çoxlu sayda muxtar Türk dövlətləri Tatarıstan, Başqırdıstan, Qaqauziya, Altay Respublikası, Tuva, Qaraçay-Çərkəz, Xakasiya, Kabarda-Balkariya, Saxa, Çuvaşıstan, Qaraqalpaqıstan, Kırım Muxtar Respublikası mövcuddur. Deməli Rusiyanı zəiflətmək üçün bax bu iki alternativ etnik,dini kültür sisteminin mövcudluğu bir qırılma xəttini ( Geosiyasətin predmeti olan fay xətti termini Hantinqtonun "sivilizasiyaların çatışması” əsərində mədəniyyətlərin və sivilizasiyaların təhlilində uğurla tətbiq edilmişdir) təşkil edir və bu qırılma xəttindən, Rusiyanın zəif tərəfindən istifadə etməklə Rusiyanı Avrasiyada, Qafqazda,Orta Asiyada , öz daxilində zərərsizləşdirmək mümkündür.

Rusiya bilir ki, Rusiyada türk dövlətlərinin, muxtarlıqlarının mövcud olması Rusiya içində qırılma xəttini təşkil edir və RF dağıldıqda bax bu etnik-mədəni, dini qırılma xəttindən dağılacaqdır. İndiki Rusiya Qızıl Orda dövlətinin coğrafiyasını işğal etməklə formalaşmışdır və türk Qızıl Orda dövlətinin varisidir.Avrasiyanın böyük ərazilərinə sahib olan Rusiyanın taleyi və gələcəyi, mövcudlugu bu ölkə işğalı altında yaşayan Türk millətinin bir kıpırdanışına və siyasi iradəsinə baglıdır. Rusiyaməhz bu yeni dağılmanın qarşısını almaq məqsədilə rus dilini və mədəniyyətini zorla RF-nın türk subyektlərində həyata keçirir. Onu da qeyd edim ki, rus dilinin, rus mədəniyyətinin dominantlığı Azərbaycanda da günü-gündən yüksəlməkdədir.

Başqırdıstan və Çuvaşiyada olan bu mitinqləri dəstəkləyirəm və hesab edirəm ki, müstəqil türk dövlətləri bu mitinqləri və tələbləri dəstəkləməlidir. TURKSOY, TİKA kimi təşkilatlar, özəlliklə ziyalılar bu mitinqi dəstəkləməlidirlər və türk dövlətlərinin RF-nin subyekti olan bu dövlətlər üçün ayrıca təhsil, dil, mədəniyyət, media proqramları olmalıdır.

Türkiyə və Azərbaycan Rusiya türklərinin ruslaşmaması və assimilyasiya olmaması üçün Rusiya türklərini öz mədəni orbitində saxlamağı bacarmalıdır. Türk-müsəlman ideyası ilə onları təsir dairəsində saxlamalıdır. Bunun üşün xüsusi humanitar siyasət konsepsiyasi olmalıdır. Qeyd edim ki, əslində bizim əlimizdə belə bir konsepsiya və tarixi təcrübə mövcuddur. Əlimərdan Bəy Topçubaşov liderliyində qurulmuş Rusiya Müsəlmanları İttifaqı Təşkilatının mövcud olması, proqram və məramnaməsi, gördüyü işlər, fəaliyyətlər bir konsepsiya halında qarşımızda durur. Bu konsepsiya İsmayıl Qaspıralının "Dildə, fikirdə,işdə birlik” ideyasını proqram müddəasına çevirməklə bütün Rusiya türk-müsəlmanlarının birliyini hədəf alır. Bu təşkilatın 4 qurultayı olmuşdur və qurultayın bütün sənədləri, proqram və qərarları hazırda qarşımızda durur və biz bu proqramları yenidən tətbiq edə bilərik. Bu ideya yenidən gündəmə gətirilməli, həyata keçirilməlidir.Qeyd edim ki, Çar Rusiyasının hazırladığı İlminski-Tolstov proqramı olan ruslaşdırma siyasətinə qarşı türk-müsəlmnalar öz alternativ konsepsiyalarını hazırlamışdılar. Bu, İsmayıl Qaspıralının liderlik etdiyi Cədidizm hərəkatı idi. Cədidizm ruslaşmağa , xristianlaşmağa qarşı türkləşmək hərəkatı idi və ilk öncə bir təhsil proqramı idi. Türklər Ruslaşmağın alternativini –türkləşməni XIX əsrin ikinci yarısından etibarən bir hərəkat kimi bütün türk coğrafiyalarında yaydılar və millətləşmə prosesini tamamladılar. Təəssüf ki, Rus bolşevik işğalı Türk coğrafiyasında bu prosesləri dayandırdı. Tarix bizə yenidən fürsətlər tanımaqdadır. Bu günQarabağın azadlığı, Rusiyanın Qafqazdan çəkilməsi və imperiya siyasətini neytrallaşdırmağın yolu Rusiya içində panturanist ideyalarını yaymaqla Rusiyanı zəiflətmək bizim yeganə yolumuzdur.

Ermənistanın strateji müttəfiqi olan Rusiyanı "zərərsizləşdirmək” üçün RF-nin subyekti olan Türk respublikaları və RF-nın müsəlman əhalisi ilə sıx işbirliyi qurulmalı – Turançılıq və İslam Birliyi ideyası dəstəklənməlidir. Slavyan-Türk xalqlarının simbiozuna əsaslanan Rusiya Avrasiyaçılığı ideyası boykot edilməlidir vəTürk dövlətlərinin birgə iştirakı ilə Türk sivilizasiyasının, Türk Avrasiyasının qurulmasına çalışılmalıdır.Qarabağ siyasətində Rusiyanı zərərsizləşdirmək Azərbaycanın Türkçülüyə sarılması ilə mümkün olacaqdır. Azərbaycan türkləşdikcə bu kültür və kimlik dalğası şimali Qafqaza və oradan da İdil-Ural boyunca bütün Türk dövlətlərinə yayılacaq və beləliklə Rusiya bölünəcək. Azərbaycanın şimalında Türk zolağı yaradılacaqdır. Bütün bunları etmək üçün Türk mərkəzli baxış acısına sahib olan ağıllı strateqlər, müstəqil düşünən ziyalılar və güclü millət-dövlət konseptinə malik olmalıyıq. Bizim təhlükəsizliyimiz və dövlət müstəqilliyimiz bu mərhələli siyasət yürütməyimizə bağlıdır.

Rusiya federasiyasının subyekti olan Türk dövlətlərinin və muxtarlıqlarının mərkəzdənqaçma hərəkatları dəstəklənməlidir.

 

 

Yasəmən Qaraqoyunlu, AMEA Fəlsəfə İnistitutu.

 

"ULUYOL"

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300