İmam Hüseynin (ə) məzlumluğu

Bismillahir-Rəhmanir-Rəhim

Məzlum: İmam Hüseynin ləqəblərindən biri də "məzlum"-dur. Adətən imamın adı çəkiləndə və yaxud yazılanda adla birlikdə "məzlum" sözü də yazılır. Ziyarətnamələr, dualar və hədislərdə və hətta bəzi Quran ayələrində imamın "məzlum" ləqəbinə təkid olmuşdur. Nümunə üçün bəzi təfsirlərdə bu ayə "Haqsız yerə öldürülən məzlum bir şəxsin sahibinə (və ya varisinə qatil barəsində) bir ixtiyar verdik (istəsə, qatildən qisas alar, istəsə, bağışlayar və ya qanbahası tələb edər)...” (İsra surəsi, 33-cü ayə). من قتل مظلوما فقدجعلنا لولیه سلطانا imam Hüseynin şəhadətinə təfsir olmuşdur. Həmçinin bu ayə də "...Zülm edənlər isə (öləndən sonra) hansı dönüşə dönəcəklərini (hara qayıdacaqlarını, aqibətlərinin necə olacağını, hansı inqilabla sarsılacaqlarını) mütləq biləcəklər! (Şüəra surəsi, 227-ci ayə). وَ سَيَعْلَمُ الَّذينَ ظَلَمُوا أَيَّ مُنْقَلَبٍ يَنْقَلِبُونƏhli-beytin məzlumluğunu şərh edilmişdir. Bu ayə də "Zülmə məruz qaldıqlarına görə vuruşanlara (kafirlərə qarşı Allah yolunda döyüşməyə) izin verilmişdir. Allah onlara kömək etməyə, əlbəttə, qadirdir!” (Həcc surəsi, 39-cu ayə). أُذِنَ لِلَّذينَ يُقاتَلُونَ بِأَنَّهُمْ ظُلِمُوا - hədislərə əsasən həzrət Hüseyn barədə nazil olmuşdur.

İmam Hüseynin məzlumluğu rəvayətlərdə

İmam Baqir (ə) buyurur: "Hər kəs behiştin onun məskəni olmasını istəyirsə məzlumun ziyarətini tərk etməməlidir. Ravi soruşur: məzlum kimdir? İmam buyurur: məzlumu tanımırsanmı? Məzlum Hüseyn ibn Əli, kərbü-bəla sahibidir.

مَنْأَحَبَّ أَنْ يَكُونَ مَسْكَنُهُالْجَنَّةَ وَ مَأْوَاهُ الْجَنَّةَفَلَا يَدَعْ زِيَارَةَ الْمَظْلُومِقُلْتُ مَنْ هُوَ قَالَالْحُسَيْنُ بْنُ عَلِيٍّ صَاحِبُكَرْبَلَاء

Başqa bir hədisdə imam Baqir (ə) buyurur: إِنَّ الْحُسَيْنَ صَاحِبَكَرْبَلَاءَ قُتِلَ مَظْلُوما "Həqiqətən kərbəla sahibi Hüseyn məzlum ölüb" Bu məqalədə imam Hüseynin Kərbəla hadisəsindəki məzlumiyyətinin iki cəhətini araşdıracağıq.

1-Döyüşdəki məzlumluq;

2-Dini baxımdan məzlumluqlar.

Müharibədəki məzlumluq

Bütün ictimaiyyətdə, bəşəriyyətin harada və nə üçün müharibə edirsə-etsin, müharibənin adabı (qaydaları) var. Hər iki tərəf o qaydalara riayət etməlidir. O qaydalara riyat etməmək qeyri-qanuni bir iş və qeyri-insani əməl hesab olunur. Bu qaydaları pozanlar zalımdır və comərdlikdən xəbərləri yoxdur. Kərbəla vaqiəsində imam Hüseynə, övladlarına, ailəsinə və əshabına edilən zülmlər bütün mədəniyyətlərdə və bütün xalqlarda zülm və sitəm sayılır. Ustad Mutəhhəri "Həmaseye Hüseyni" kitabında Yəzid qoşununun imam Hüseynə və əshabına etdikləri zülmlərin bəzisini yazmış və Yəzid qoşununun imam Hüseynə qarşı etdikləri alçaqlıqları sadalayıb qeyd etmişdir ki, bütün bunlar müharibə qanunlarından uzaq və namərdlik hesab olunur.

1- Su verməmək (hətta uşaqlara da su vermədilər).

2- Uşaqları öldürmək (məxsusən analarının, bacılarının və bibilətinin gözü qabağında). Məs: İki sırğası olan uşağın əhvalatı.

3- İmam Hüseynin paltarını qarət etmək üçün paltarını soyundurmaq.

4- Qadınlara və uşaqlara hücum çəkib zinətlərini qarət etmək.

5- Az olmalarına rəğmən ordunu daşa basmaq və oxlamaq.

6- Acı və yandırıcı sözlər.

7- Şəhidlərin başını atların boğazından asmaq.

8- Söyüş söymək və nalayiq sözlər demək.

9- İmamın bədəni üstə at çapmaq.

10- Əsirlərə əziyyət etmək, döymək və yəhərsiz dəvələrə mindirmək.

11- Xəstəni (imam səccadı) zəncirlə bağlamaq.

12- Əsirləri pis yerdə saxlamaq.

13- Başları əsirlərin yanına gətirmək.

14- Əza sahibi əsirlərə yandırıcı sözlər demək.

15- İmam Hüseynin mübarək başı və dişlərinə çubuqla vurmaq.

16- Qadınları öldürmək, məsələn Vəhəbin anasını öldürdülər.

17- Əsirləri qətlqahdan aparmaq. (yəni, döyüşdə döyüşçülərin öldüyü və ya şəhid olduğu yer)

18- Əsirlərin Kərbəlada qalacaqları gecə xeymələri yandırmaq.

19- Uşaqlara çörək və yemək verməmək. (Həmaseyi Hüseyni, 3-cü cild, səh 167). Burada Yəzid qoşununun imam Hüseynə etdiyi zülmləri təfsilatıyla yazırıq:

Qonağı öldürmək

Bütün mədəniyyətlər və dinlərdə qonağa ehtiram etmək və qonaqpərvərliyə çoxlu sifariş olunub. İslam dini bu mövzuda bütün

dinlərdən öndədir. Kərbəla vaqiəsində Kufəlilər qonaqpərvərliyin adi qaydalarına əməl etmədi. Minlərlə məktubla dəvət etdikləri əziz qonağı faciəli şəkildə şəhid etdilər. Məktubların çoxunun mətini tarixdə gəlmişdir. Bəzi tarixçilər (Şeyx Müfidin nəqlinə əsasən) məktubların sayını on iki min (12000) ədəd və daha çox yazırlar. Bəzi məktublar fərdi şəkildə, bəziləri isə qrup şəkilində, yəni bir məktubda saysız imzalarla yazılmışdı.

Əhd-peymanı pozmaq

Əhdə vəfa etmək əxlaq qanunlarındandı. Əhdi-peymanı sındırmaq isə bəyənilməmiş işdir və hər bir təmiz vicdan onun pis olduğuna şəhadət verir. Kərbəla vaqiəsində Kufəlilər namərdcəsinə bu əxlaq qanununu da ayaqları altına qoyub tapdadılar.

Kufəkilər Əli ibn Əbi Talibə (ə) qarşı vəfasızlıq etmişdi. İmam Həsənlə bağladıqları əhdi də sındırdılar. Müsim ibn Əqil ilə əhdlərinə də vəfa qılmadılar. (Tarixi mənbələrə görə Kufədə Müslim ibn Əqil ilə beyət edənlərin sayı 18000 nəfər, 25000 nəfər və ya 40000 nəfər nəql edilib). Bu dəfə də imam Hüseynə beyət edib sonra əhdi sındırdılar. Dəvətnamə yazıb dəvət etdilər. İmam Hüseyn (ə) aşura günü onların əhd sındırmaqları və vəfasızlıqlarına işarə edib buyurdu:

یا اهل الکوفة! فبحالکم و ترحا، بؤسالكم و تعسا، استصرختموناوالهين...

"Ey Kufəlilər vay olsun sizə! Gördüyünüz işə ayıb olsun! Bizi yardıma çağırdınız, çağrınıza müsbət cavab verdik, dəvətinizi qəbul etdik. Amma bizimlə and içdiyiniz qılıncları bizə tərəf çəkdiniz..." Həzrət Zeynəb də Kufəlilərə belə xitab etmişdi: "Ey Kufə xalqı! Riyakarlar, münafiqlər və vəfasızlar.

یا اهل الکوفة یااهل الختل و الغدر

Qoşunun sayı qələbədə mühüm amillərdəndi. Hər iki tərəf çalışar ki, daha çox adam toplamaqla müharibəni öz xeyirinə sonlandırsın. Qoşun sayındakı bərabərlik əsasən təkbətək döyüşlərdə daha əhəmiyyətlidir. Amma iki qoşun arasındakı adam sayı fərqli olarsa, qoşunlardan biri digərindən on qat və ya daha çox olarsa belə bir müharibə namərdlik hesab olunur.

Kərbəla vaqiəsində də belə oldu. Yəzidin qoşunu minlərcə adam idi, imam Hüseynin (ə) tərəfdarları onlarca adam idi. Məşhur nəqlə əsasən imamın qoşunu 72 nəfərdən ibarət idi. Mərhum Məclisi və Əbdullah ibn Muhəmməd Rıza Hüseyni "Cəlaul-uyun" kitabında və Əbus Mənsuri "Zubdətul-fikrəti fi tarixil-hicrəti" kitabında imam Hüseynin qoşununu 72 nəfər, 40 nəfər piyada və 32 nəfər atlı olduğunu nəql edir. (Bəzi mənbələrə əsasən imamın qoşunu 72, 73, 82, 97, 113, 134, 136, 114, 140, 145, 170, 1000, və 1100 nəfər qoşunu var idi). Əhli-beyt rəvayətlərinə görə yəzidin Kufə qoşunu 30000 nəfər olub. (Amma başqa mənbələrə əsasən 6000, 20000, 22000, 53000, 80000, 100000, 46000 və 800000 nəfər olub). Əgər daha mötəbər mənbədə qeyd olunan sayları müqayisə etsək 72 nəfər 30000 nəfərin müqabilində döyüşdüyünü görürük. (Yəni hər bir nəfərə 416 nəfər düşür)!

Suyun bağlanması

Kərbəla və susuzluq! Bu iki söz həmişə birlikdədir. İmam Hüseynin karvanı furat çayının kənarında dayandı. Amma İbn Sədin qoşunu furat çayını mühasirə etmişdi. İmama, əhli-beytinə və əshabına su vermədilər. Bəzi nəqllərə əsasən aşuradan üç gün qabaq furat çayı mühasirə olmuşdu və imamın xeyməsinə üç gün idi ki su gəlmirdi. Uşaqlara və qadınlara (sivillərə) su verməmək bütün dinlərdə, məxsusən islamda qeyri-qanuni və qeyri-insani əməl hesab olunur. Əməvi qoşunu suyu imam Hüseynin (ə) övladları və dostlarının üzünə bağlamaqla qeyri-şəri, insan şərafətinə və döyüş qanunlarına uyğun olmayan bir cinayət törətdilər.

Təkbətək döyüş qaydasına əməl etməmək

Təkbətək döyüş müharibə adətlərindəndir. Qaydaları var. Ərəb o qaydalara riayət edirdi. Qaydalarından biri bu idi ki, başqa döyüşçülər müdaxilə etmirdi. Hər kəs istəsəydi meydana gəlib döyüşmək üçün tərəf müqabildən döyüşçü tələb edirdi. Ərəb arasında bu qayda nadir hallarda riayət olunmazdı. Çünki, bu iş onun adını və qəbiləsini rüsvay edirdi. Kərbəlada əməvi sərdarlar təkbətək döyüşdən üz çevirdilər ki, az ölü versinlər (az adamları ölsün). Əmr ibn Həccac əsgərlərinə xəbərdarlıq edir ki, "qanmazlar! Kiminlə döyüşdüyünüzü bilirsiz? Məbada onları təkbətək döyüşə dəvət edəsiniz!

Ömər Səd də əsgərlərinə əmr verdi ki, təkbərək döyüşə getməsinlər. Bu səbəbdən imamın tərəfdarlarının çoxu elə şəhid oldu. Yəni bir dəstə düşmən döyüşçüsü imam tərəfdarına hücum çəkdi və müəyyən müddət döyüşdən sonra şəhid oldu.

Daşa basmaq

İmam Hüseynin şücaətli dostlarının nümayişləri müqabilində Kufə ordusu daş atmağı seçdi. Təkbətək döyüşdə Kufə ordusu çoxlu tələfat verirdi. Ömər səd və digər ordu başçıları təkbətək döyüşə icazə vermədilər. Əmr verdilər ki, imamın tərəfdarlarını daşa bassınlar. Çünki, bunu aşura cəngavərləri ilə döyüşdə yeganə çıxış yolu görürdülər. Ömər Səd elə ki, gördü heç kəs Əbbas ibn Əbi Şəbiblə təkbətək döyüşməyə hazır deyil, bu rüsvayçılığı ört-bastır etmək üçün göstəriş verdi ki, onun döyüşçü tələbi nidasına daş atdılar. Bəli, döyüş qaydalarının əksinə onu daşladılar.

Uşaqlara və qadınlara silah çəkmək

Müharibədə döyüş potensialı olmayan, (sivil) yaşlı-əldən düşmüş qocalar, qadınlar və uşaqların qanını tökmək olmaz. Bu da bütün mədəniyyətli xalqlar arasında riayət olunan döyüş qaydasıdır. Qadınlara və uşaqlara hücum çəkib onları öldürmək zülm və vəhşilik hesab olunur. Həzrət Peyğəmbər (s) kafirlərə qoşun göndərəndə bu qaydanı xüsusilə tapşırardı. Əlinizi qoca, qadın və uşaq qanına bulaşdırmayın-deyərdi. Aydın məsələdir ki, bu qayda daxili döyüşlərdə də riayət olunurdu. Amma əməvilər bu qaydaya da riayət etmədi, islam dini müşriklərə rəva görmədiyini bunlar müsəlmanlara etdilər. Şimr əmr verdi ki, xeymələri yandırsınlar. Hətta şimrin öz əsgərləri bu əmrə etiraz etdi. Həmid ibn Müslim deyir: şimrə dedim- "Allaha pənah! Bu kş sənin xeyirinə deyil. Allahın əzabından başqa, arvad-uşağı öldürməklə özünü biabır etmək istəyirsən?!" (Tarixi Təbəri, 4-cü cild, səh 334).

Uşaqları öldürmək

Aşura vaqiəsində əməvilər əllərini uşaqların qanına aludə etdilər. Döyüşün sonunda düşmən ordusundan qaçıb canını qurtarmaq istəyən uşaqlara qılınc zərbəsi endirib uşaqları da şəhid edirdilər. Həddi-büluğa çatmamış beş uşaq Kərbəlada şəhid oldu.

1- Əbdullah Rəzi (imam Hüseynin südəmər körpəsi).

2- Əbdullah ibn Həsən.

3- Muhəmməd ibn Əbi Səid ibn Əqil.

4- Qasim ibn Həsən.

5- Əmr ibn Cənade Ənsarı.

Analarının gözü qabağında adamları öldürmək

Ana mehribanlıq simvoludur. Övlad isə ananın həyatının xəzinəsidir. İnsaniyyət dini, İslam hətta heyvanları belə anasının gözü qabağında öldürməkdən çəkindirir. Əməvilər imam Hüseynin bəzi tərəfdarlarını analarının gözü qabağında qanına qəltan etdilər. Onların bəzisi gənclər və uşaqlar idi.

Aşura günü şəhidlərdən 9 nəfərinin anası Kərbəladaydı və öz övladlarının şəhadətinin şahidi oldular.

Əbdullah ibn Hüseyn (Rübab).

Ovn ibn Əbdullah Cəfər (Zeynəb).

Qasim ibn Həsən (Rəmle).

Əbdullah ibn Həsən (bint Şəlil Ciliyyə).

Əbdullah ibn Müslim (imam Əlinin qızı Rüqəyyə).

Muhəmməd ibn Əbi Səid ibn Əqil,

Əmr ibn Cənadə və Əbdullah ibn Vəhəb Kəlbi (Ümmi Vəhəb).

Əli əkbər (bir nəqlə əsasən anası Leyla olub).

Cəsədlərə hörmətsizlik

Düşmən ölülərinin bədənlərini soyğun etmək və üzərində at çapmaq, onlara hörmətsizlik sayılır və döyüş qanunlarına ziddir. Əsgərlər düşməni öldürməyə məmur olunur, meyitlərə hörmətsizliyə deyil. Məlum məsələdir ki, daxili döyüşlərdə də bu qaydaya riayət etmək lazımdır. Amma İbn Ziyad Ömər Sədə əmr verdi ki, Hüseyni öldürdükdən sonra cəsədinin üstündə at çap, hərçənd ki, bilirəm bu iş ona əziyyət verməyəcək. Amma əhd eləmişəm ki, Hüseynə əlim çatsa, onu öldürsəm üstündə at çapdıracam. (Tarixi İrşad, səh 210). Tarix kitablarının çoxu bu hadisəni, imam Hüseynin bədəninin üstündə at çapılmasını nəql etmişdir. "Nasix" kitabında nəql olunur ki, Ömər Səd nida etdi: kim könüllü Hüseynin sinəsi üstə at çapmaq istəyir? Qoşunda on nəfər at çapmağa hazır olduqlarını bildirdilər. Atlarına minib həzrətin mübarək bədəninə cumdular, üstündə at çapdılar. Həzrətin bədənindəki sümüklər sınanadək at çapdılar. Bunlar Kufəyə qayıdan kimi ibn ziyadın qarşısında dayandılar. Ubeydullah ibn ziyad soruşdu: siz kimsiniz? Dedilər: biz o şəxslərik ki, Hüseynin bədəninin üstündə at çapdıq, bədənini dəyirman buğdanı un edən kimi etdik, əzdik. (Nasix, 3- cü cild, səh 9).

Əməvilər nəhayət şəhidlərin başlarını bədənlərindən ayırıb nizələrə keçirdilər.

Vəhşicəsinə qarət etmək

Döyüşdən sonra yerdə qalan əmvalı, qənimətləri yığıb götürmək, qələbə çalmış ordunun mükafatı və doğru iş hesab olunur. Amma bu vəhşiliyə və amansız qarətə çevrilməməlidir. Qarət zülmdür. Bundan əlavə, atəşkəsdən sonra düşmənin əmvalın qarət etmək qadağandır və daxili döyüşdə, yəni iki müsəlman qoşunu arasındakı döyüşdə bu iş şəri baxımdan haramdır. Amma Kərbəlada Kufəlilər imam Hüseynin əmvalını qarət etmək üçün bir-birilərini ötüb-keçirdilər. Qadınların üz örtüyünü başlarından çıxarır oğurlayırdılar. Sırğaları kiçik qızların qulaqlarından çəkib çıxarırdılar. İmam Hüseynin mübarək bədənindən paltarını çixardılar və barmağını üzüklə birlikdə kəsdilər. İmam Hüseynin qızı Fatimə hekayət edir ki, bizim çadırlara tökülüşdülər, hücum çəkdilər. Mən kiçik qız idim. Onlardan biri ağlaya-ağlaya ayağımdan ayaqqabını çıxarırdı. Soruşdum ey Allahın düşməni! Niyə ağlayırsan? Dedi çünki, Peyğəmbərin qızını qarət edirəm. Dedim qarət etmə. Dedi: qorxuram ki, mən eləməsəm başqası edəcək.

Xeymələri yandırmaq

İmam Hüseyni şəhid etdikdən sonra Kufəlilər xeymələri qarət etməyə başladılar və xeymələri yandırdılar. İmam Səccad (ə) bu səhnəni belə izah edir: Allaha and olsun ki, hər dəfə bibimə və bacılarıma baxanda gözlərimdən yaş axır, onların bu xeymədən o xeyməyə pənah aparıb sığınmaq üçün qaçdıqlarını xatırlayıram. Düşmən ordusu isə qışqıra-qışqıra deyirdi ki, zalımların evini yandırın! (Həyatul-imamilHüseyn, 3-cü cild, səh 299).

Dini baxımdan məzlumiyyət

Aşura günü imam Hüseynə edilən zülmlərin bəzisi dini qanunların da ziddinə idi, islamın təkidlə tapşırdığı təlimlərlə də düz gəlmirdi. Burada onların bəzisinə işarə edirik:

Ümmətin ən üstününü öldürmək

Kərbəla vaqiəsini təhlil edərkən həmişə belə bir sual yaranır ki, necə ola bilər ki, Peyğəmbərin vəfatından əlli il sonra Peyğəmbərin ardıcılları onu nəvəsini faciəli şəkildə şəhid edirlər? Təəccüblüsü burasıdır ki, bu hadisəni şiəlikdə və Əli ailəsinə məhəbbətdə məşhur olan şəxslər tərəfindən baş tutur! Şəhadəeyn dillərindən düşməyən, namaz qılıb həccə gedən müsəlmanlar tərəfindən! Bu müsəlmanlar nə islamdan üz çevirmişdi, nə də imam Hüseynin hörmətini inkar etmirdilər. Onlar əqidəcə mənəvi və əxlaqi keyfiyyətlərə sahib olan imam Hüseyni mütləq yeziddın üstün bilirdilər, imam Hüseyni yəzidə tərcih edirdilər. Kərbəla vaqiəsində onların imam Hüseyni və dostlarını tanımaması ehtimalı da qəbulolunmazdır. Çünki, imam dəfələrlə Yəzidin qoşunu üçün xütbə oxudu, özünü və xanədanını tanıtdırdı, həzrət Peyğəmbərin onun barəsində etdiyi sifarişləri onların qulağına çatdırdı. Bütün bunlara baxmayaraq, gözlərini dünyanın zər-zivəri kor etmiş Yəzid qoşunu Muhəmməd (s) ümmətinin ən üstünü ilə müharibəyə qalxdılar. Peyğəmbər nəvəsini, ümmətinin ən üstününü, peyğəmbərin sifarişlərinə baxmayaraq şəhid etmək, üstəlik bu cinayətin peyğəmbərin ardıcıllığı iddiası edən camaat tərəfindən baş tutması imam Hüseynin böyük məzlumiyyətlərindəndir. Haram aylarda müharibə

Muhərrəm ayı haram aylardandı. Haram aydı, çünki, o aylarda müharibə etmək və qan tökmək haramdı. Cahiliyyət dövründə belə cahil və inadcıl ərəblər bu ayları haram sayırdı. İslam dini də bu qaydanı bəyəndi və qəbul etdi. Amma Yəzidin qoşunu bu ayın hörmətini saxlamadı (haramlığına əhəmiyyət verməyib) imam Hüseynlə müharibə etdilər.

İmam Rıza (ə) bu barədə buyurur: "Muhərrəm elə bir haram aydır ki, cahiliyyət dövründə camaat o ayda müharibəni haram hesab edirdilər. Amma Bəni Üməyyə bizim xanədanın qanını tökməyi, uşaqlar və qadınlarımızı əsir etməyi və bizim xeymələri qarət edib yandırmağı rəva gördülər..." (Mənaqibi Ali Muhəmməd, 1-ci cild, səh 206).

Ömər Sədin əshabının batini xəbisliyi

Belə bir deyim var ki, insanları düşmənləri ilə tanıyırlar. Biz də səmavi ruhlu birini, Hüseyni tanımaq üçün Yəzid adlı birini tanımalıyıq. Kərbəla faciəsinin əzəmətini dərk etmək üçün də Yəzid tərəfdarlarının mənfur düşüncələrindən xəbərimiz olmalıdır.

Bu məqamda, şəhid Mütəhhərinin bu barədə dediklərilə kifayətlənirik: "Qorxaqlıq və tamahkarlığı kərbəlada vaqe olan cinayətlər üçün əsas gətirə bilmərik. Həmçinin şəxsi kini də əlavə etsək də düz deyil. Çünki, orada şəxsi kin və düşmənçilik olmamışdır. İmam Hüseyn (ə) aşura günü soruşdu: mən halalı haram və ya haramı halal etmişəm k, ona görə (yəni əqidənizə görə) mənimlə müharibə edirsiniz? Və ya sizin malınızı almışam və ya qanınızı tökmüşəm ki, şəxsi ədavətə görə mənimlə müharibə edirsiniz? Qorxu və tamah soyğun, işgəncə, körpə uşaqları öldürmək, suyu bağlamaq, (cəsədlərin üstündə) at çapmağa səbəb ola bilməz. Belə deyilməlidir ki, Şimr kimilərin fitrətində zati xəbislik və haqla düşmənçilik var idi ki, mərdliyə məxsus hər işlə müxalifət etdilər" (Həmaseyi Hüseyni, 3-cü cild, səh 165).

Din adı altında təcavüz etmək

Əməvilər öz cinayətlərinə dini don geyindirmək, dini rəng qatmaq istədilər. İmam Hüseynin (ə) hərəkətini müsəlman hökumətinin əleyhinə çıxmaq və qiyam (üsyan) kimi cilvələndirdilər. İmamın qarşısını almaq, onu vurub-əzməyi dinin vacib əməllərindən saydılar. Şübhəsiz, dini müdafiə etmək üçün dinin əhkamını ən yaxşı bilən adamı (imam Hüseyni) öldürmək, imamın böyük məzlumiyyətidir. Ustad Mütəhhəri bu barədə yazır: "Kərbəlanın faciəli səhnələri var. Ən çox faciə aspekti dinin müdafiəsi üçün imam Hüseyni öldürdülər!یتقربون الی اللهبدمه imamın qanını tökməklə Allaha yaxın olmaq istədilər. Yəni bu əməli ibadət hesab edirdilər. İmam Hüseynin şəhadətinə dini rəng qatmaq istədilər. Ən böyük cinayət budur ki, cinayəti sülh və əxlaq adına törətsinlər"

Peyğəmbər səhabələrini öldürmək

Həzrət Peyğəmbərin (s) əshabının dördü imam Hüseynin ordusunda idi və Kərbəlada şəhid oldular.

Ənəs ibn Hərs Kahili.

Həbib ibn Məzahir.

Müslim ibn ovscə.

Əbdullah ibn Yəqtur Əmidi.

Bunlardan əlavə Hani ibn Urvə də Kufədə şəhid oldu.

Müvəqqəti olaraq düşmənçiliyi tərk etmək

İslamın qanunlarından biri də kafirlərlə döyüşdə müvəqqəti olaraq düşmənçiliyə ara vermək təklifini qəbul etməkdir. Fəqihlər də Qurani-kərimin açıq göstərişinə əsasən ona ittifaq etmişlər. Aydın məsələdir ki, daxili döyüşlərdə bu təklifi qəbul etmək, ona əməl etmək vacibdir. Bütün bunlara baxmayaraq əməvi sərkərdələri öncə imamın bu təklifini, müvəqqəti olaraq döyüşü saxlamaq və düşmənçiliyə ara vermək-təklifini qəbul etmirdi. Lakin bu məsələ onların arasında səs-küyə, etirazlara səbəb oldu. Əmr ibn Həccac öz həmkarlarına cumdu və qışqırdı ki, Allaha and olsun ki, bunlar kafir olsaydı, təkliflərini tez qəbul edərdik, peyğəmbər xanədanının təklifini niyə qəbul etməməliyik!? (İnqilabe təkamoliye islam, səh 830).

Namaz vaxtında həmlə

Aşura günü gönorta namazının vaxti oldu. İmam Hüseyn namaza qalxdı. Namaza başlamadan qabaq Züheyr ibn Qin və Səid ibn Əbdullaha buyurdu ki, namaz qılanların qarşısında dursunla ki, imam namazını qılsın. Dinin yalançı müdafiəçiləri, Yəzid ordusu bu müqəddəs namaz vaxtında da təcavüzdən əl çəkmədi, öz əməlləriylə sabit etdilər ki, onlarda islamdan quru bir ad qalmışdır. Səid ibn Əbdullah düşmənin həmləsi və atdığı oxlar nəticəsində yerə yıxıldı və şəhid oldu, aşura günü "namaz şəhidi" ləqəbini aldı.

Səbir ölümü

Səbir ölümü odur ki, insanı və yaxud heyvanı bağlayıb döyə-döyə öldürürlər. Bir canlını canı çıxana, ölənədək döyürlər. Hədisdə var ki, həzrət Peyğəmbər (s) heç kəsi elə öldürməyib. Heyvanların da o tərzdə öldürülməsi nəhy olunmuşdur.

İmam Hüsenin (ə) məzlumluğu və Kufəlilərin qəsavətliliklərinin başqa bir sənədi də budur ki, hələ canı çıxmamış imama qılıncla və nizə ilə zərbə endirirdilər. Həzrəti tədrici ölümlə şəhid etdilər. İmam Səccad (ə) Yəzid qoşununun sitəmlərini ifşa edərək Kufədə əsir ola-ola bir xütbə oxudu: "Mən səbir ölümü ilə öldürülən şəxsin oğluyam. Və mən bununla fəxr edirəm" أَنَا ابْنُ مَنْقُتِلَ صَبْراً وَ كَفَىبِذَلِكَ فَخْراً

Tarixdə nəql olunur ki, İbn Ziyad (Allahın lənəti ona olsun) Müslim ibn Əqili də "səbir ölümü" ilə öldürmüşdür. İmam şəhid olandan sonra ox yaralarından başqa bədənində 33 nizə yarası və 34 qılınc yarası var idi.

İmamı bu şəkildə şəhid etdilər:

Məlun Şimr üzünü əsgərlərə tərəf tutub qışqırdı: Niyə Hüseynin işini bitirmirsiniz? Sonra əsgərlər hər tərəfdən Hüseynə hücum etdi. Həsin ibn Təmim həzrətin ağızına bir ox vurdu. Əbu Əyyub Ğənəvi imamın boğazına ox vurdu. Zərə ibn Şərik imamın sol əlinə zərbə endirdi və kəsdi, başqa bir zalım imamın çiyininə zərbə vurdu... Məlun Sənan imamın boğazından nizə saldı və imamın sinə sümüyünə qədər nizəni sancdı, bununla da kifayətlənmədi..." (Muntəhəl-amal, 1-ci cild, səh 726). Məlun Şimr imamı üzü üstə uzatdı, qılıncını çəkib peyğəmbər övladını öldürməyə hazırlaşırdı, bu (məzmunda) şerlər oxumağa başladı: "Bu gün səni öldürəcəm. Amma peşman olacam. Bilirəm ki, sənin atan peyğəmbərdən sonra camaatın ən üstünü idi. Şübhəsiz, sabah, qiyamət günü yerim cəhənnəmdədir" Sonra həzrətin başını arxadan kəsdi. Başı nizəyə sancıb qaldırdı.

İmamın bədənini üryan etdilər

Kərbəlada vaqiəsində düşmənin qəsavətliliklərindən biri də bu idi ki, imamın bədənini üryan etmişdilər və imamın bədəni torpağın üstündə qalmışdı. İmam bunun qarşısını almaq üçün öncədən tədbirli davranmışdı, şəhadət meydanına getməzdən qabaq xeyməyə gəldi. Bacısı Zeynəbdən köhnə paltar istədi. O paltarları əliylə bir neçə yerə böldü, paraladı. Sonra o köhnə paltarı geyindi ki, şəhid olduqdan sonra heç kəs onun paltarına göz tikməsin, paltarı qənimət götürmək üçün onu soyundurmasın. قَالَالْحُسَيْنُ ع ابْعَثُوا إِلَيَّثَوْباً لَا يُرْغَبُ فِيهِأَجْعَلْهُ تَحْتَ ثِيَابِي لِئَلَّاأُجَرَّد Amma imam şəhid olandan sonra bir nəfər məlun imamın bədənindən o köhnə paltarı da çıxarıb imamı Kərbəlada üryan etdi. Rəvayətdə buyurulur ki, həzrətin başsız bədəni qüslsuz və kəfənsiz yerdə qalmışdı. مُلْقًىفِي الْأَرْضِ جُثَّةً بِلَا رَأْسٍوَ لَا غُسْلٍ وَلَا كَفَن

Müsəlman qadını əsir götürmək

Kərbəla hadisəsində döyüş sona çatdıqdan sonra imam Hüseynin əhli-beytini əsir götürüb şəhərbəşəhər gəzdirdilər. Kufədə və Şam şəhərində nümayiş etdirdilər. Bu faciə də islam qanunlarının ziddinə idi. İslam baxımından müsəlman kişi və qadını əsir götürmək olmaz. Həzrət Əli (ə) də "cəməl" döyüşündə heç kəsi əsir götürmədi. Aişəni də bi qrup qadınla birlikdə öz şəhərinə göndərdi.

Amma əməvilər Peyğəmbər övladlarını əsir götürdü, kafir əsir kimi onlarla davranaraq Kufədən Şama yolladılar. Əsirlərin çöhrələrini şəhər əhalisinə və yol boyu kənd sakinlərinə göstərdilər. Onlarla əcnəbi əsirləri kimi davrandılar, son həddə daşürəkli və zorakı rəftar etdilər Həzrət Zeynəb (ə.s) şəhidlərin cəsədləri kənarından keçərkən (əsirliklərinə etiraz əlaməti olaraq) dedi: "Ey Muhəmməd! (s) Əsir götürülənlər sənin qızlarındır...! (Təbəri, 4-cü cild, səh 348).

Mənbə: Rəhtuşeyi rahiyane nur, 1-ci cild, səh 261.


Müəllif: Höccətul islam, Əsğər İrfan.

Tərcümə etdi, hazırladı: Ə. Pərvanə

 

"ULUYOL"

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300