Boğaz ağrısını azaldan təbii çay RESEPTLƏRİ

 

Havaların soyuması ilə birlikdə sağlamlığımızda bəzi problemlər yaranır. Bunlardan ən geniş yayılmışı isə boğaz ağrısıdır. Təbii yolla boğaz ağrısından qurtulacağınız bir neçə faydalı resepti təqdim edirik.

 

 

Gülxətmi

 

Gülxətmi bitkisi orta əsrlərdən bəri boğaz ağrısı və digər xəstəlikləri müalicə etmək üçün istifadə edilib. Udduğunuzda boğazı bürüyüb yağlandıran və jelatinə bənzər bir maddəyə malikdir.

 

Lazım olanlar:

 

Soyuq su

30 qram ovulmuş gülxətmi

 

Hazırlanması:

 

Soyuq su ilə 1 litrlik balonu doldurun. Gülxətmini təmiz bir bezin içinə qoyaraq, ağzını büküb bağlayın. Həmin bezi suya salın və balonun ağzını bağlayın. Gecə boyu və ya ən az 8 saat saxlayın. Daha sonra istəyə görə bal da əlavə edərək, bu sudan gün ərzində içə bilərsiniz.

 

Alma sirkəsi

 

Boğaz ağrısını azaltmaq üçün1 xörək qaşığı alma sirkəsi əlavə edilmiş və istəyə bağlı olaraq bal da qarışdırılmış 1 fincan ilıq su için.

 

Duzlu su qarqarası

 

Boğaz ağrısından qurtulmaq üçün duzlu su ilə qarqara etmək məsləhətdir. Boğazdaki lazımsız mikrobları öldürməyə kömək edir.

 

1 stəkan ilıq suyun içinə 1 çay qaşığı duz atın və əriməsi üçün qarışdırın. Hər saat başı 30 saniyə qarqara edin.

Bal


Balboğaz ağrısını azaltmaq üçün digər təbii maddələrlə birlikdə istifadə edilən ləzzətli bir dadlandırıcıdır. Bal xüsusilə isti su və alma sirkəsi ilə birlikdə daha təsirli olur. Amma 1 yaşdan kiçik uşaqlara verilməsi məsləhət deyil.

 

Limon suyu

 

Limon suyu soyuq və ya qrip zamanı yaranan boğaz ağrısını da azalda bilən rahatladıcı bir içkidir. Limonun tərkibində C vitamini və antioksidantlar var. Limon suyunu ilıq su, bir az da bal vəya duzlu su ilə birləşdirməkən yaxşı vasitədir.

 

Zəncəfil çayı

 

Zəncəfilantibakterial və anti-inflamatuar təsirə malikdir. Boğaz ağrısını azaltmağa yardımçı olur.

 

Lazım olanlar:

 

Zəncəfil kökü

1 litr su

1 xörək qaşığı (15 ml) bal

Sıxılmış limon suyu

Hazırlanması:


Zəncəfil kökünü soyun, rəndələyin və kiçik bir qaba qoyun. Böyük bir qazanda su qaynadın, ardından ocağın altını söndürün. Qazana 1 xörək qaşığı rəndələnmiş zəncəfil qoyun və qapaqla örtün. 10 dəqiqəyə qədər gözləyin. Bal və limon suyu əlavə edib sonra qarışdırın. Bu çaylazım olduqda qızdırıla bilər, yaxud soyuq halda içiləbilər. Zəncəfil çayıinfeksiya ilə mübarizəyə kömək ola bilər. Həmçinin iltihablanmanıvə boğaz ağrısını azaldır.

 

Nanə çayı

 

Nanənin tərkibində anti-inflamatuar birləşmələr var və boğaz üçün son dərəcə rahatladıcıdır. Nanə həmçinin boğazı yüngülcə uyuşdurur və ağrını azaldır. Nanə yarpaqlarını qaynar suyun içində 3-5 dəqiqə dəmləyərək içə bilərsiniz.//ailem.az

 


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300