Putinin Yaxın Şərqdəki qumarı bölgədə heyrətamiz alyanslar yaradıb - Qərb mətbuatı

 

 

"Suriya avantürasında riskə getmək Rusiya prezidentini bölgənin yeni rəisinə çevirdi”

"Vladimir Putin Yaxın Şərqin yeni rəisidir”, - İtaliyanın "La Repubblica” qəzetinin məqaləsinin başlığı belədir.

Məqalənin müəllifi Alberto Stabilenin yazdığına görə, Putin Rusiyanı Yaxın Şərqə təbil və şeypur sədaları altında təntənə ilə qayıtımasını təmin etdi.

"Bir çoxları Rusiya prezidentini təcrübəli qumar oyunçusu kimi tanıyır. Əgər onun riskə getmək həvəsi olmasaydı, 2015-ci ildə Obamanın tərəddüdündən, Avropadakı ziddiyyətlərdən istifadə edib Suriyaya girməzdi”, - müəllif qeyd edir.

İspaniyanın "El Mundo” qəzeti isə Vladimir Putinin ABŞ-ın bölgədəki müttəfiqlərini ələ aldığını yazır.

"Moskva qeyri-mümkün alyanslara deyil, heyrətamiz ittifaqlara inanır. Səudiuyə kralı Salmanın Rusiyaya rəsmi səfəri də bunu göstərir”, - yazı müəllifi Xaviyer Kolas qeyd edir.

Müəllifin fikrincə, bu vaxta qədər Rusiya prezidenti və Səudiyyə Ərəbistanı kralı bir-biri ilə hər şeydə və hər yerdə rəqabət halında olub.

"Lakin ABŞ-ın Yaxın Şərqdə əsas oyunçu olmaq funksiyasından tədricən vaz keçməsi Ər-Riyadı enerji sektorunda sakit və təhlükəsiz gələcəyi təmin etməyə sövq edib. Söhbət ilk öncə neft, silah və Suriya kimi münaqişələrin həllindən gedir. Bu 3 sahənin hamısında Rusiyanın Yaxın Şərqə geri döndüyü artıq təsbit olunub”, - məqalədə vurğulanır.

"Səudiyyə kralı tarixi düşməni Rusiya ilə daha isti münasibətlər qurmağa çalışır”, - "The New York Times” qəzeti yazır.
İvan Neçepurenko və Ben Habbardın həmmüəllifi olduqları yazıda kral Salmanın Rusiya səfəri onun ABŞ-ın asılılığından qurtulmaq istəyi və beynəlxalq əməkdaşlığı şaxələndimək niyyəti ilə izah olunur.

"Rəsmi səfər həm də Rusiyanın Yaxn Şərqdə getdikcə artan nüfuzunun qəbulu və tanınması, habelə krallığın Suriya prezidenti Bəşər Əsədin iqtidarına səssiz razılığını nümayiş etdirir”, məqalədə qeyd olunur.

Elə Səudyiyyəli analitiklər də bunu gizlətmir.

"Obamanın ABŞ-ın bölgədəki nüfuzunu yerlə-bir edən doktrinası ucbatından Rusiyanın Yaxın Şərqdəki rolunun artması faktını inkar edə bilmərik”, Səudiyyə Ərəbistanının "Arab News” qəzetinin baş redaktoru Faysal Abbas qəzetə bildirib. Faysal Abbas Rusiyanın həm maliyyə, həm də hərbi gücü ilə bölgədəki bərabərliyə nail olduğunu bildirir.

Fransanın "Le Figaro” qəzetinin jurnalisti Aleksis Feyerçak Rusiyanın geopolitikası üzrə mütəxəssis, "Observo” Fransa-Rusiya analitik mərkəzinin direkttoru İqor Delanoenin rəyini alıb. Delanoenin fikrincə, Rusiya Səudiyyə Ərəbistanı və İran arasında yaxınlaşmanın yenidən təmin olunmasına çalışmalıdır.

"Rusiya və Səudiyyə Ərəbistanı həmişə bir-biri ilə üz-üzə gəliblər. Lakin həm hərbi, həm də siyasi meydanda situasiya kökündən dəyişib. İndi səudiyyəlilər üçün Moskva problem deyil, alınan strateji qərarların tərkib hissəsidir”, - Delanoe qəzetə bildirib.

Delanoe Moskvanın Səudiyyələilərdən həm Suriya müxalifətinə, həm də radikal dini qruplara yardımı kəsməsini istədiyin və bu yolda kompromisin əldə olunmasının mümkünlüyünü qeyd edib.

Ekspertin fikrincə, Rusiya heç də Yaxın Şərqdə amerikalıların yerini tutmağa çalışmır. Lakin o, Tehran və Ər-Riyad arasında körpü rolunu oynamaq istəyir. Bu da Kremlə siyasi, hərbi, enerji sahələrində təşəbbüsü ələ almaq və söz sahibi olmaq imkanını bəxş edir.//musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300