Barselonada vahid İspaniyaya dəstək aksiyasına 1 milyona qədər insan qatılıb

 

Bu gün Barselonada vahid İspaniyaya dəstək üçün keçirilən aksiyaya 950 min insan qatılıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu aksiyanın təşkilatçısı Katalonya Vətəndaş Cəmiyyəti Assosiasiyası açıqlayıb.

Aksiyada tək Barselona deyil, İspaniyanın müxtəlif şəhərlərinin sakinləri qatılıb. Aksiya iştirakçılarının əksəriyyəti İspaniya, Kataloniya və Avropa Birliyinin bayraqlarını dalğalandırıb. Aksiyada çıxış edən dramaturq, Nobel mükafatı laureatı Mario Varqas Los deyib ki, şirkətlərin Kataloniyanı tərk etməsini və Barselonanın vəbadan əziyyət çəkən orta əsr şəhəri kimi görünməsini istəmirlər: "Biz istəyirik ki, Kataloniya İspaniyanın lokomotivi, mədəniyyət paytaxtı olsun. Kataloniya azadlıq və qanunların riayət olunduğu bir yerdir, separatçıların bunu dağıtmasına yol vermək olmaz. Azadlığa, Kataloniyaya və İspaniyaya salam olsun!” .

Xatırladaq ki, oktyabrın 1-də Kataloniyada müstəqillik referendumu keçirilib. İspaniya hökuməti referendumu qeyri-qanuni və qəbuledilməz adlandırıb.

Qeyd edək ki, oktyabrın 10-da Kataloniya muxtariyyətinin parlamentinin iclası keçiriləcək. İclasda Kataloniya muxtariyyətinin rəhbəri Karles Puçdemon regiondakı situasiya barədə çıxış edəcək.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300