Tıxaca düşən prezident 3 km yolu piyada getdi -"MOTOSİKLET ALMALIYAM"

Ölkənin Clingon şəhərindəki hərbi tədbirdə iştirak etmək üçün ora gedən İndoneziya prezidenti Coko Vidodo və onunla birlikdə olan heyət yolda tıxaca düşüb.

"Uluyol” Ensonhaber-ə istinadən bildirir ki, Banten əyalətində keçirilən İndoneziya Müdafiə Qüvvələrinin 72-ci ildönümünə həsr edilmiş tədbirə çox böyük kortejlə yola düşən prezident ucu-bucağı görünməyən tıxaca görə maşından düşərək 3 km yolu piyada getməli olub. Paytaxt Cakartadan 2 saat yarmlıq məsafədə yerləşən bu şəhərdəki tədbirə gedən prezident tıxacda yarım saat gözlədikdən sonra maşından enərək qalan 3 km-lik yolu piyada getməyə qərar verib. Prezidentin yanında olan müdafiə naziri, Baş Qərargah rəisi və başqaları da prezidentin ardınca getməli olublar.

Televiziyadakı çıxışında Vidado: "Bəlkə də motosiklet almalıyam, onda yəqin ki, bu qədər yorulmaram"-deyib. 3 km-lik yolu piyada getməyindən şikayətlənməyən prezident: "Sadəcə 3 km yol getmişəm. Bu qədər yolu piyada gəzməyə alışmışam. Lakin kostyum geydiyimə görə tərlədim"-deyib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300