"Azercell"dən Cocuq Mərcanlı xəyanəti - Mobil şirkət Azərbaycan torpağını "satdı" - FOTO

"Azercell” Azərbaycan torpağını İran ərazisi kimi təqdim edir.

Bu, Yenicag.az-ın əməkdaşının Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfəri zamanı bəlli olub.

Belə ki, Azərbaycan prezidenti İlham Əliyevin də daim diqqət mərkəzində olan bu kəndə daxil olar-olmaz telefona "İrana xoş gəlmisiniz” mesajı gəlir. Bu azmış kimi "Azercell” müştəriyə öz doğma yurdumuzda rouminq xidməti də təklif edir.

Məsələ burasındadır ki, Cocuq Mərcanlı kəndi ilə maraqlananlar arasında əcnəbi turistlər də olur. Belə olan halda, şəhidlərin qanı hesabına düşməndən geri alınan Lələ təpənin ətəyində yerləşən əraziyə yollanan turistin telefonuna "İrana xoş gəlmisiniz” sms-i gəlsə, o, nə düşünər?

Qeyd edək ki, Avropada ölkələrarası sərhədlər simvolik xarakter daşıdığından bir ölkədən o birinə avtomobillə keçərkən, yalnız mobil telefonunuza gələn sms ilə ölkə sərhəddini keçdiyinizi anlayırsınız. Məsələn, Hollandiyadan Almaniyaya keçərkən, o mesajı aldıqda, hansı ölkə ərazisinda olduğunuzu bilirsiniz. Bu məntiqlə, Cocuq Mərcanlıya səfər edən bir avropalı bir anda özünü İran ərazisində hiss edəcək.

Nəzərə alsaq ki, İranın Azərbaycan ərazilərinə iddiası var, "Azercell”in bu "xidmət”i ilə fars rejiminə xidmət etdiyini desək, yanılmarıq. İnanırıq ki, müvafiq dövlət qurumları bu təxribatın qarşısını alacaqlar. Bununla həm də orada yaşayan insanlarımızın mobil telefon xidməti ilə bağlı çəkdikləri əziyyətə də son vermək olar.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300