Braziliyanın San-Paulu ştatında yüngülmotorlu təyyarə yaşayış evinin üstünə düşüb.
APA-nın "Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, təyyarənin göyərtəsində olan 3 nəfər ölüb. Qəza nəticəsində fərdi yaşayış evi qismən dağılsa da, orada yaşayan sakinlərə zərər dəyməyib.
İnsidentin səbəbi müəyyənləşdirilir.