"Milla”da kütləvi ixtisarlar başladı: Şirkətə polislər çağrıldı…

 

"Milla” ("AZFP Co. LTD” MMC) şirkətində kütləvi ixtisarlar başlayıb.

Şirkətin işçilərinin AzToday.az-a verdiyi məlumata görə, oktyabr ayının əvvəlindən başlayaraq 40 nəfər işdən çıxarılıb. Şirkət rəhbərliyi buna səbəb kimi maliyyə vəziyyətinin yaxşı olmamasını göstərir. İşçilər şirkət rəhbərliyinin bu arqumenti ilə razılaşmırlar. Onların sözlərinə görə, "Milla”da bu aydan başlayaraq işçilərin maaşı 10 faiz artırılıb: "Əgər şirkətin maliyyə vəziyyəti pis olsaydı, işçilərin maaşını artırmazdılar”.

Adil Məmmədza

"Milla”nın işsiz qoyduğu şəxslərin sözlərinə görə, şirkətdə işçilərə qarşı ayriseçkilik edilir. Belə ki, mövsümü işlərdə çalışan satış nümayəndələrinin (ekspeditor) heç biri ixtisara düşməyib. Onlar payız və qış aylarında şirkətdə sürücü kimi işləyəcək. Onların əvəzinə isə sürücülər işdən azad olunub. Bu isə qaranlıq məbləblərdən xəbər verir. Ötən yazımızda "Milla”nın satış müdiri Adil Məmmədzadənin satış nümayəndələrindən böyük məbləğdə pul istəməsi barədə xəbər vermişdik. Görünür, Adil Məmmədzadənin tələbləri yerinə yetirildiyi üçün satış nümayəndələri müvəqqəti də olsa işdən uzaqlaşdırılmayıb. Həm də şirkətdə həyata keçirilən maxinasiyalarda Adil Məmmədzadənin məhz bu şəxslərlə əlbir işlədiyi barədə məlumatlar var.

Çox maraqlıdır ki, bu dəfə "Milla”da işdən çıxarılanların arasında bir nəfər belə olsun təzə işə götürülən yoxdur. Halbuki təcürbəli işçilərin əvəzində yenilərinin saxlanılması şirkət sahiblərinin narahatlığı üçün əsas olmalı idi… Çünki yeni işə götürülənlərdən pul alınması, onların təqdimatlarının Gədəbəydən verilməsi və s. amillər diqqətləri çəkməyə bilməzdi. Görünür, əslən Gədəbəy rayonundan olan Adil Məmmədzadə şirkətdə hamını razı saldığından hələlik ona "gözün üstə qaşın var” deyən yoxdur…

Oktyabr ayının 2-də "Milla”da işçilərin kütləvi etiraz edəcəklərindən çəkinən şirkət rəhbərliyi əraziyə xeyli sayda polis çağırıb. İşdən çıxarılanlarla təhqiramiz münasibət sərgilənib.

İşdən çıxarılanlar bildirirlər ki, Adil Məmmədzadənin özbaşınalıqlarını şirkətin sahibi, iranlı iş adamı Əhəd Zəncaniyə çatdirmaq üçün etirazlara başlayacaqlar.

Mövzunu davam etdirəcəyik.

Fikrət Sadıqlı, AzToday.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300