Neftçala təhsilində daha bir rəzalət-Direktorun səhvinə görə şagird təhsilini yarımçıq saxlamalı oldu

Azərbaycan təhsil sisteminə nümunə olan Neftçalada təhsilin son illər durumu heç də ürək açan deyil. Hər il qəbul imtahanlarından sonra Neftçala rayonunun adı birincilər siyahısında olardı, amma yarıtmaz kadr islahatları rayon təhsilini rəzil duruma saldı. İstək və arzuların qurbanı olan məktəblərdən biridə Sakit Kərimov adına Qədimkənd kənd tam orta məktəbidir. Bu məktəbdə yaranan özbaşnalıqlarla bağlı bir neçə dəfə saytımızda reportaj yayımlanıb. Bütün bu özbaşnalığa səbəbkar məktəbin direktoru Kamal Cəfərovdur. Uluyol.az-la əlaqə saxlayan valideyn Qafarov Cavid övladının təhsilinin yarımçıq qalmasında direktoru günahkar hesab edir.

"Övladımın təhsilində yaranmış problemlə bağlı rayon üzrə bütün adiyyatı orqanlara müraciətimiz cavabsız qaldı. Məsələnin mahiyyəti budur ki, övladım hazırda 10-cu sinifdə oxumalıdır. Hələ 9-cu sinifdə oxuyanda direktor Kamal Cəfərov mənimlə əlaqə saxladı və övladımın biliyinin zəif olma səbəbindən peşə məktəbinə yazmağı məsləhət bildi. Məndə razılaşdım, axı direktor işin gedişinə bələd insan olur. Day demə ki, bu direktora işini öyrədən lazım imiş. Elə oldu ki, övladım Peşə məktəbinə getmək üçün ərizə yazdı. Ərizə yazdığı günün səhərisi direktor mənə təkrar zəng etdi və peşə məktəbinə getməyinə lüzum qalmadığını deyib ,”oğlununuz yazdığı ərizəni elə gözünün qarşısında cırdım, və daha iki il bu məktəbdə oxuyacaq” dedi. Vaxt vədə yetişdi, yeni tədris ilinin başlaması ilə əlaqədar məktəbə gedib (8 sentyabr) kitab götürmək istəyəndə oğluma kitab verilməyib. Səbəbini öyrənəndə məktəb çıxarıldığı deyilib.

İndi də şagird yoldaşları məktəbə gedir, təhsilinə davam edir, mənim övladım isə direktor günahından təhsili yarımçıq saxlamalı olub.

Mən özüm 20 ildir ki, Rusiyada işləyirəm. Bu illər ərzində 300-ə yaxın soydaşımızın işlə təmin olunmasında iştirak etmişəm. İndi bizdə də belə alınıb də, qohum-əqrabadan, böyüyüb-başa çatdığımız yerlərdən uzaq düşmüşük. İndi yarı canım qalıb ki, uşaq neyləyir, nə edəcək?! Qanın qaynayan vaxtıdır, bağrım çatdıyır ki, birdən boşluğa düşüb pis vərdişlərə meyllənər. Sonra başıma döyərəm. İndi zəmanə, mühit göz qabağındadır.

Övladıma kitab verilməyən, məktəbdən xaric edilmə xəbərini eşidəndən direktora bu günə qədər zəng edirəm amma zəngimi açmır. Telefonlarıma cavab vermədiyini görüb yoldaşımla, bacım məktəbə gediblər. Direktor bunları görüb aradan çıxıb, və dərs hissə müdiri Əlipənah müəllimi yollayıb. Oda öz növbəsində onun həll edəcəyi problem olmadığını bildirib.

Daha sonra Neftçala Təhsil şöbəsinin müdiri Əjdər Kərimova zəng etdim və problemi danışdım. Əjdər Kərimovda rayon təhsil şöbəsinin həll edəcəyi problem olmadığını bildirib, ancaq məktəb direktorunun nəzarətində olan məsələ olduğunu dedi. Bir sözlə hara zəng edirəmsə, lazım olan cavabı ala bilmirəm. Qərib yerdəyəm, yarı canım qalıb övladımın yanında. 20 il başqa bir ölkədə çalışmaq çətindir. Biz kimə görə çalşırıq ki, övladımız təhsilli olsun, bizim kimi bir tikə çörək üçün başqa yerə getməsin. İndi bilmirəm nə edim?

Kamal Cəfərov bilirdiki övladıma-Qafarov Rəsula attestat hava, su kimi lazım idi. Demişdim, direktor bilirdiki, məktəbi qurtarandan sonra Hərbi məktəbə yazdıracam. İstəyirəm övladım Xalqımıza, millətimizə hərbiçi kimi xidmət eləsin. Ancaq Kamalın bir istəyi var, onunda adı kütləvi savadsızlanma. Çünki, o özü ixtisasını heç bilmir. İxtisas artırma yolu ilə tarix dərsi keçməklə iş düzəlmirki...”

Mətbuat vasitəsilə Təhsil Naziri Mikayıl Cabbarova səslənirəm: cənab nazir, bizi xilas edin bu yarıtmaz "kadr”ın əlindən. Siz gənclərə yer verməklə islahat apardığınız halda, belə yarıtmaz kadrlar hesabınadır ki, ölkə təhsilinin boşluqları danışılır. Hər kəs öz vəzifəsinə məsuliyyətlə yanaşmalı, ölkənin inkişafına öz tövhəsini verməlidir. Sakit Kəromov adına Qədimkənd kənd tam orta məkrəbində son illər baş verən olaylar biabırçı vəziyyətə gəlib. Gah jurnalisti təhqir elədi, gah şagird valideyni ilə əxlaqsız hərəkətləri kənddə yayıldı. Gah pul yığmağa başladı.Neçə illərdir ki, məktəb üçün ayrılan əkin sahələrini öz şəxsi maraqları üçün istifadə edir. Daha nə qeyd edim?! Cənab nazir, bizi bezara gətirən direktoru yaxamızdan nə vaxt çəkirsiz?"


Uluyol.az, Tural İntiqam

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300