Zillət bizdən uzaqdır

Mərhəmətli, rəhmli Allahın adı ilə. İmam Hüseynin (ə.s) qiyamını müxtəlif aspektlərdən dəyərləndirmək (araşdırmaq olar) mümkündür. Bu cəhətlərdən biri də imamın qiyamını Qurani-kərimin ayələrinə əsasən araşdırmaqdır. Qurani-Kərim araşdırmasında bu barədə bir neçə mövzuya: "İzzət və zillət (xar olmaq) Quranda”, "Əhli-beytin düşmənləri”, "Allahın düşmənləri”, "Hz. Peyğəmbərin (s) duası” və s… işarə etmək olar. Bu kiçik məqalədə, qeyd etdiyimiz mövzulara aydınlıq gətirmək istəyirik:
İzzət, Qurani-kərimdə
"İzzət” lüğət kitablarında hörmət, şərəf və etibar mənalarını daşıyır. Ərəb mənşəli sözdür. Nüfuzsuz (təsirə məruz qalmayan, təsiri qəbul etməyən) və mühkəm yerə "ərzun əziz” yəni əziz yer deyilir. Çətinliklə əldə olunan şeylər əziz hesab olunur. Bu baxımdan mömin də əzizdir. Yəni şeytanın nüfuzundan amandadır. Adətən izzət qələbə çalmaq (qalib olmaq) mənasında işlənir. Çünki, qələbə çalan şəxs (ya ordu) daha nüfuzludur və məglub olanı nüfuzdan salmışdır. Qələbə olan yerdə həmişə izzət də var. Bu üzdən izzət və qələbə bir mənanı ifadə edə bilir. Zillət isə çətinlik, ağır şərait, pis vəziyyət, ehtiyac, yoxsulluq, məşəqqət və üsrət mənalarında işlənir. Tarix boyunca canlarından, mallarından və məqamlarından vaz keçən insanları tanıyırıq ki, bütün bunlara baxmayaraq zilləti (xarlıq, əzilmə) qəbul etməyiblər. Torpaqlarını düşmənə təslim etməyib, milli və mənəvi dəyərlərdən əl çəkməyiblər və müstəqillik naminə minlərcə insanlar şəhid olub. Bu əməlin (fədakarlığın) ən bariz nümunəsini "Kərbəla” hadisəsində görmək olar. Hz. Peyğəmbər (s) buyurub: "Öz iradəsi (və ixtiyarı ilə) zəlilliyi qəbul edən şəxs biz "Əhli-beyt”-dən deyil”. (Tuhəful-uqul, səh: 58: مَنْ‏أَقَرَّ بِالذُّلِ‏ طَائِعاً فَلَيْسَ مِنَّا أَهْلَ الْبَيْت‏). İslam dini Adəm övladını şərəfli və hörmətli hesab edir və insanı yaradılmış məxluqatın çoxundan xeyli üstün sayır. (İsra surəsi, 70-ci ayə). İnsanın yaradılışca üstünlüyü hədislərdə də vurğulanmışdır: İmam Sadiq (ə) buyurur: "Mömin hörmət baxımından "Kəbə”-dən üstündür” (Xisal, cild: 1, səh: 27: المؤمن‏ أعظم‏ حرمةمن الكعبة) Mömin heç kəsə onu xar və zəlil etməsinə icazə verməməlidir. Mömin özü-özünü də xar (zəlil) etməməlidir. İmam Sadiq (ə) buyurur: "Mömin dağdan da möhkəmdir. Çünki, dağı gürzlə əzib parçalamaq olar. Amma heç bir şey möminin dinini əzib azalda bilməz” (Kafi, cild 2, səh 241: الْمُؤْمِنُأَصْلَبُ مِنَ الْجَبَلِ الْجَبَلُيُسْتَقَلُّ مِنْهُ وَ الْمُؤْمِنُلَا يُسْتَقَلُ‏ مِنْ‏ دِينِهِ‏ شَيْ‏ءٌ.). İmam Hüseyn (ə) də "zillət bizdən uzaqdır” şüarı ilə bir daha bütün aləmə çatdırdı ki, zülmə və zalıma baş əymək xarlıqdır (əzilmək və zillət) və imam öz əməli ilə İslam dininin əzizliyini sübut etdi.
İzzət amilləri:
1. Agahlıq və bəsirət: Bəsirətlilik izzət (şərəf, hörmət, etibar) amillərindəndir. Agah insanlar heç vaxt düşmənin xaredici (alçaltıcı, zəlil edici) hücumlarına məruz qalmaz. İmam Əli (ə.s) buyurur: الْجَهْلُ‏ ذُلٌ‏ الْعَالِمُ بِزَمَانِهِ لَا تَهْجُمُ عَلَيْهِاللَّوَابِس‏… "Cəhl zəlillikdir (xarlıqdır)…” (Tuhəful-uqul, səh: 356). Kərbəlada İmam Hüseyn (ə) tərəfdarları ən yaxşı tərəfdar kimi dəyərləndirildilə. Əsas səbəb kimi onların bəsirətli (dini bəsirətli) adam olduqları bildirilir. Başda həzrət Əbəlbəzl (ə) olmaqla imam Hüseynin (ə) əshabı (Allahın salamı onların üzərinə olsun) şşərəfli və çox hörmətli insan idilər. Belə ki, düşmənin onlara aman verməsinə ("amannamə” göndərməsinə) baxmayaraq onlar bu mərhəməti xarlıq hesab etdilər və düşməndən gələn mərhəməti rədd etdilər. İmam Sadiq (ə) buyurub: كان‏عمنا العباس بن علينافذ البصيرة صلب الإيمان…"Əmim Abbas imanı möhkəm və bəsirətli şəxs idi… ” (Şərhul-əxbar fi fəzailil-əimmətil-əthar, cild: 3, səh 184)
2. Bəndəçilik və Allaha mütilik: Allah taalaya bir uşaq mütiliyi etmək izzətə səbəb olur və əbədi səadətə nayil olmağa zəmin yaradır. İmam Hüseynin (ə) və tərəfdarlarının baş ucalığına (hörmətinə, nüfuz qazanmasına) səbəb olan əsas amil Allaha itaət etmələri idi. İmam Hüseyn (ə) "Aşura” günü (muhərrəm ayının onuncu günü) düşmən oxlarının yağış kimi gəldiyi bir vaxtda ən gözəl ibadəti-namazı- əda etdi (namazı vaxtında qıldı). İmam Hüseyn (ə) aşura gecəsi qardaşı Abbasda dedi: Düşməndən möhlət istə ki, bu gecəni ibadət etməklə keçirək. لعلّنا نصلّي‏ لربناالليلة و ندعوه ونستغفره، فهو يعلم أنيكنت احبّ الصلاة لهو تلاوة كتابهو كثرة الدعاءو الاستغفار "Bu gecəni namaz qılaq, dua və istiğfar edək. Allah bilir ki, mən namazı, Quran tilavətini və istiğfar etməyi çox istirəm (sevirəm)” (Əl-İrşad fi mərifəti hucəcillahi ələl-ibad, cild: 2, səh: 91).
Allah-Taala (hədisi-qüdsidə) buyurur: إِنِّي‏ وَضَعْتُ‏ الْعِزَّ فِي طَاعَتِي وَ النَّاسُ يَطْلُبُونَ فِي أَبْوَابِ السَّلَاطِينِ فَلم يَجِدُوها قط‏ "Mən izzəti Mənə itaət etməkdə qərar vermişəm. Halbu ki, camaat onu (izzəti, hörməti, şərəfi, nüfuzu) soltanların qapısında (yəni saraylarda) axtarırlar. Heç vaxt tapa bilməyəcəklər” (Camiul-əxbar, səh: 184).
3. Qurana əməl etmək: Quranın göstərişlərinə (əmrləri və nəhylərinə) əməl etmək İslam ümmətinin məğlubedilməzliyinə səbəb olur. Bu barədə həzrət Əli (ə.s) buyurub: ثُمَ‏ أَنْزَلَ‏ عَلَيْهِ‏ الْكِتَابَ‏ نُوراً لَا تُطْفَأُ… وَ شِفَاءً لَا تُخْشَى أَسْقَامُهُ وَ عِزّاً لَا تُهْزَمُ أَنْصَارُهُ وَ حَقّاً لَا تُخْذَلُ أَعْوَانُهُ… وَ مَعْقِلًا مَنِيعاً ذِرْوَتُهُ وَ عِزّاً لِمَنْ تَوَلَّاه‏ "…Sonra ona Quranı nazil etdi. Quran, nuru azalmayan çıraq, işığı sönməyən məşəl, dibi bilinməyən dəniz, gedərkən azğınlığa aparmayan yol, nuru tükənməyən parlaq şüa, dəlili azalmayan ayıran (haqqı batildən ayıran), təməli viran olmayan bina, (əhlinin) xəstəliklərində qorxu olmayan şəfa, yardımçıları məğlub olmayan şərəf və izzət, köməkçiləri basılmayan haqdır. Buna görə də Quran imanın mədəni və onun mərkəzidir; ədalət bağları və onun hovuzlarıdır; elmin çeşmələri və onun dənizləridir; İslamın binasının daşları və onun sütunlarıdır; haqqın səhraları və onun hamar çölləridir… Onu sevənin izzət və baş ucalığı, ona daxil olanın sülh və əmin-amanlığı, tabe olanın hidayət və qurtuluşu, onu özünə nisbət verənin üzrü, ona əsaslanaraq danışanın dəlili, onun vasitəsi ilə düşmənlə mübahisə edənin şahidi, onu dəlil gətirənin qələbəsi, ona əməl edənin qoruyucusu, onu işlədənin iti miniyi, nişanə axtaranın nişanəsi, başa tutanın qalxanı, yadında saxlayanın elmi, nəql edənin xəbəri, (xalq arasında) hökm verənin hökmü edib” (Nəhcül-bəlağə, 198-ci xütbə).
4. Təqva: Əli (ə.s) buyurub: مَنْ‏ أَرَادَ أَنْ‏ يَكُونَ‏ أَعَزَّ النَّاسِ فَلْيَتَّقِ اللَّهَ فِي سِرِّهِ وَ عَلَانِيَتِه‏ "Hər kəs camaatın ən izzətlisi olmaq istəyirsə aşkarda və gizlində təqvalı olsun” (Vəsailuş-şiə, cild: 27, səh: 169). Başqa bir hədisdə belə buyurub: لَا عِزَّ أَعَزُّ مِنَ‏ التَّقْوَى "Təqvadan (pərhizkarlıq-Allahdan qorxmaq və Ona itaət etməkdən) üstün izzət yoxdur” (Nəhcül-bəlağə, 377-ci hikmət).اعْلَمُوا عِبَادَ اللَّهِ أَنَّ التَّقْوَى دَارُ حِصْنٍ‏ عَزِيزٍ وَ الْفُجُورَ دَارُ حِصْنٍ ذَلِيل‏"Ey Allah bəndələri! Bilin ki, təqva (günahlardan çəkinmə) möhtərəmliyin hasarlı sarayı, günahkarlıq isə öz sakinini (bəla və çətinliklərdən) saxlamayan, ona pənah gətirəni qorumayan hasarlı zəlil saraydır”. (Nəhcül-bəlağə, 157-ci xütbə). Imam Hüseyn (ə) buyurub: وَ الشَّرَفَ‏ التَّقْوَى‏ "Təqva şərəf və izzətdir” (Biharul-ənvar, cild: 75, səh 1287).
5. İnsaf, Qənaət, Təvəkkül, səbirlilik: Əli (ə.s) buyurub: أَلَا إِنَّهُ‏ مَنْ‏ يُنْصِفِ‏ النَّاسَ مِنْ نَفْسِهِ لَمْ يَزِدْهُ اللَّهُ إِلَّا عِزّا"Bilin ki, hər kəs camaatla insaflı davranarsa Allah onun izzətini (hörmətini) artıracaqdır” (Camius-səadat, cild: 1, səh: 319). الْقَنَاعَةُ تُؤَدِّي‏ إِلَى الْعِزِّ "Qənaət (etmək) izzətlə nəticələnəcək” (Ğurərul-hikəm, səh: 60),اقْنَعْ‏ تَعِزَّ "Əziz olmaq üçün qənaət et” (Tuhəful-uqul, səh: 215). İmam Baqir (ə) buyurub: الْغِنَى وَ الْعِزُّ يَجُولَانِ فِي قَلْبِ الْمُؤْمِنِ فَإِذَا وَصَلَا إِلَى‏ مَكَانٍفِيهِ التَّوَكُّلُ أَقْطَنَاهُ. "Ehtiyacsızlıq və izzət möminin qəlbində gəzər, təvəkkül olan yerə çatdıqda orada yerləşərlər” (İrşadul-qulubi iləs-səvab, cild: 1, səh: 118). Həzrət Əli (ə.s) buyurub: لَا عِزَّ أَرْفَعُ‏ مِنَ‏ الْحِلْم‏ "Səbirlilikdən (həlimlikdən) üstün izzət yoxdur” (Bihar, cild: 68, səh: 414).
6. Zamanın imamına itaət etmək: Baş ucalığına səbəb olan şeylərdən biri də zamanın imamına itaət etməkdir. İmam Səccad (ə) bu barədə buyurub: طَاعَةُ وُلَاةِ الْأَمْرِ تَمَامُ‏ الْعِز "Məsum imamlara itaət etmək izzət hamısıdır” (Tuhəful-uqul, səh: 283). Nüdbə duasında isə belə oxuyuruq: أَيْنَ‏ مُعِزُّ الْأَوْلِيَاءِ وَ مُذِلُّ الْأَعْدَاء "Hardadır övliyaları (Allahın dostlarını) əziz və düşmənləri zəbun (zəlil, xar) edən şəxs”. Əgər müsəlmanlar Peyğəmbərdən (s) sonra Allah və Peyğəmbərin tapşırdığı imama itaət etsəydilər bəni Üməyyə bə bəni Abbas kimi zalım hakimlərin müqabilində xar olmazdılar.
7. Cihad və şəhid olmaq: Dini ədəbiyyata əsasən cihad İslam ümmətinin baş ucalığıdır. Əli (ə.s) buyurur: فَرَضَ اللَّهُ … وَ الْجِهَادَ عِزّاً لِلْإِسْلَام‏ "Allah… cihadı İslamın izzəti (və kafirlərin məğlubiyyəti) üçün, vacib edib”. (Nəhcul-bəlağə, 249-cu hikmət). İmam Əli (ə.s) öz səhabələrinə Şam əhalisi ilə döyüşməyi əmr etdiyi vaxt buyurduğu xütbələrdə buyurub: "Mən sizlərdən bezmişəm və narahatam. Sizi danlamaqdan əziyyət çəkirəm. Əbədi həyatın əvəzinə dünyanın müvəqqəti həyatından şadsınız? İzzət və başıucalığın yerinə rəzalət və alçaqlığa boyun əymisiniz? Sizləri düşmənlə müharibəyə çağıranda gözlərinizi döyürsünüz…” أُفٍ‏ لَكُمْ‏ لَقَدْسَئِمْتُ‏ عِتَابَكُمْ- أَ رَضِيتُمْ بِالْحَياةِالدُّنْيا مِنَ الْآخِرَةِ عِوَضاًوَ بِالذُّلِّ مِنَ الْعِزِّ خَلَفاًإِذَا دَعَوْتُكُمْ إِلَى جِهَادِ عَدُوِّكُمْدَارَتْ أَعْيُنُكُم‏ (Nəhcul-bəlağə, 34-cü xütbə). Bu xütbədən də aydın olur ki, imam cihadı baş ucalığı hesab edir, düşmənlə müharıbədən yayınmağı isə rəzalət sayır. İmam Hüseyn (ə) Allah yolunda şəhid olmağı əzizliyin əlaməti hesab edib buyurur: الهی و سیدی! وددت ان اقتل و احیی سبعین الف مرة فی طاعتک و محبتک، سیما اذا کان فی قتلی نصرة دینک و احیاء امرک و حفظ ناموس شرعک (Mosuətu kəlimatil-imamil-Huseyn, səh: 579).
8. Tamahkarlıq etməmək, dünya malına göz yummaq: Hər şeyə tamah edən, hər şeydə gözü olan adam hörmətli insan ola bilməz. Fərdi və ictimayi yaşamın afətlərindən hesab olunan tamahkarlıq həm də xarlığa və rəzalətə gətirib çıxarır. İmam Əli (ə.s) buyurur: : الْعِزُّ مَعَالْيَأْسِ"İzzət (bəndələrdən) ümidsizlikdədir”. İmam Baqir (ə) buyurur: اطْلُبْ‏ بَقَاءَ الْعِزِّ بِإِمَاتَةِ الطَّمَع‏ "İzzətin davamlılığını tamahkarlığı aradan qaldırmaqla axtar” (Tuhəful-uqul, səh: 286). Dünya malına pərəstiş etmək də xarlığın əsas amillərindəndir. Həzrət Əli (ə.s) buyurub: منسلا عنمواهبالدّنيا عزّ "Hər kəs dünyəvi ləzzətlərə göz yumarsa əziz (hörmətli) olar” (Ğurərul-hikəm, səh: 667).

9. Şərarətdən uzaq olmaq: Şərarət yamanlıq, pislik və mərdimazarlıq deməkdir. Hər kəs şərarət əksə peşmanlıq bitər (Ata sözü). Fitnə-fəsad törədən şəxsə şərarətçi deyilir. Şərarət etməmək izzət doğurar. İmam Əli (ə.s) buyurur: مَنْ‏ بَرِئَ‏ مِنَ‏ الشَّرِّ نَالَ الْعِز (Tuhəful-uqul, səh: 316).
10. Güzəşt etmək, düz danışmaq: Başqalarının xeyrinə bir şeydən əl çəkmək, bağışlamaq mənasında həzrət Peyğəmbər buyurub: عَلَيْكُمْ‏ بِالْعَفْوِ فَإِنَّ الْعَفْوَ لَا يَزِيدُ الْعَبْدَ إِلَّا عِزّاً فَتَعَافَوْا يُعِزَّكُمُ اللَّه‏ "Əfv-günah və qüsurunu nəzərə almama- və güzəşt edin. Çünki, güzəşt insane məhz izzət (hörmət) artırar” (Kafi, cild: 2, səh: 108). İmam Baqir (ə) da izzət üçün üç amil açıqlayır: ثَلَاثٌ لَا يَزِيدُ اللَّهُ بِهِنَّ الْمَرْءَ الْمُسْلِمَ‏ إِلَّا عِزّاً الصَّفْحُ عَمَّنْ ظَلَمَهُ وَ إِعْطَاءُ مَنْ حَرَمَهُ وَ الصِّلَةُ لِمَنْ قَطَعَهُ "Üç şey bais olur ki, Allah müsəlmanın izzətini artırır: Haqqında sitəm edən şəxsi bağışlamaq, onu məhrum edən şəxsə bir şey vermək və əlaqəni kəsən adamla əlaqə yaratmaq” (Bihar, cild: 68, səh: 403). İnsanın izzətini (hörmətini) artıran başqa bir sifət düz danışmaqdır (yalandan çəkinmək). İmam Hüseyn (ə) buyurur: الصِّدْقُ‏ عِزٌّ وَ الْكَذِبُ ذُل‏ "Düz danışmaq izzətdir, yaalan danışmaq xarlıqdır” (Kafi, cild: 1, səh 26).
Qurani-Kərim Allah-taalanın feli sifətləri öncə digər yaranmışlara mənsub olunsa da sonda o sifətlərin məhz Allaha məxsus olduğunu bəyan edir. İzzət də Allahın feli sifətlərindəndir. Bu barədə Quran ayələrinə nəzər salırıq: Həzrət Musanın (ə) dövründəki – sehrbazlar iplərini və əsalarını yerə atıb: "Fironun şan-şövkətinə (izzət və qüdrətinə) and olsun ki, biz üstün gələcəyik!”(Şuəra surəsi: 44- cü ayə: بِعِزَّةِ فِرْعَوْنَ‏ إِنَّا لَنَحْنُ‏ الْغالِبُون) dedilər. Firon və sehrbazlar Musanın möcüzəsi müqabilində məğlub oldular. Allah Musa peyğəmbərə buyurdu ki, onlar Fironun izzətinə and içib qalib gələcəklərini bildirdilər. Lakin onlar bilməlidirlər ki, məhz sənin rəbbin izzət sahibidir. Həqiqətən, Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! Bu ayə Şuəra surəsində səkkiz dəfə təkrar olunub. (Şuəra surəsi: 9-68-104-122- 140-159-175- 191 إِنَ‏ رَبَّكَ‏ لَهُوَ الْعَزيز) Digər ayələrdə izzət Allaha, peyğəmbərə və möminlərə mənsub olunub: "… Halbuki şərəf-şan da, (izzət, qüvvət və qələbə də) yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur…”(Munafiqun surəsi: 8-ci ayə) Sonda isə (yuxarıda qeyd etdiyimiz kimi) izzətin məhz Allah-taalaya məxsus olduğunu bəyan edir: "O münafiqlər ki, möminləri qoyub kafirləri dost tuturlar. (İzzət və) qüdrəti onların yanındamı axtarırlar? Şübhəsiz ki, (izzət və) qüdrət tamamilə Allaha məxsusdur!”(Nisa surəsi: 139-cu ayə: إِنَّ الْعِزَّةَ لِلَّهِ جَميعا) Yenilməz izzət (qüvvət) bütövlükdə yalnız Allaha məxsusdur…”(Yunus surəsi: 65-ci ayə.) Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir! (Həcc surəsi: 74-cü ayə: إِنَّ اللَّهَ لَقَوِي عَزيز)
Bu ayələrdən belə nəticə almaq olar ki, yenilməz izzət (qüvvət) sahibi məhz Allahdır. Həzrət Əli (ə) bu barədə buyurur:‏ "…Allahdan qeyri hər bir əziz, zəlil və xardr. (Nəhcül-bəlağə” 64- cü xütbə: كل‏ عزيز غيره‏ ذليل) Ondan başqa hər bir güclü gücsüzdür…” Lakin Allah-taala peyğəmbərini və möminləri əziz istədiyi kimi istədiyi şəxsə izzət verər və istədiyini xar edər: "… Ey Allah! …İstədiyin şəxsi yüksəldər və istədiyin şəxsi alçaldarsan…” (Ali-Imran surəsi: 26-cı ayə: تعز من تشاء و تذل‏ من‏ تشاء)
Məsum imamlarımız Allah dərgahında həqiranə münacat edərkən özlərini Allahın müqabilində xar-zəlil kimi tanıtdırırlar. Təvazökarlıq nümayiş etdirirlər. İmam Səccad (ə.s) buyurur: "Mən zəlillərin ən zəliliyəm” (Səhifeyi-Səccadiyyə: أنا أقل الأقلين و أذل‏ الأذلين) Lakin onlar Hz. Peyğəmbərdən sonra ən izzətli, şərəfli və ilahi sifətləri özlərində liyiqincə əks etdirən yeganə varlıqlardır. Əli (ə.s) buyurur: Allahın (ümmət arasında) məndən böyük ayəti yoxdur”. (Təfsirul-Qommi, c 1, səh: 308: ما لله آية أكبر مني‏) "Səqəleyn” hədisində oxuyuruq ki, hər kəs Quran-Kərimdən və Əhli-beytdən (ə) möhkəm tutsa (onlara tabe olarsa), qurtuluşa çatmışdır və bu iki qiymətli şeydən ayrılarsa həlak olmuşdur.” İslam Peyğəmbəri (s) "Səfinə” hədisində Əhli-beyti (ə) nicat gəmisinə bənzədərək Onlardan üz çevirənlərin həlak olacaqlarını izah edib. Başqa bir mötəbər hədisdə buyurub: "Əli haqq ilə, haqq da Əli ilədir”. (Xisal, c 2, səh: 496.) "Qiyamət günündə məhz həzrət Əlinin (ə) şiələri qurtulacaqlar.” (Mənaqibi ali Əbi Talib, c:4, səh:89.)
Allah-Taalanın düşmənləri və Hz. Peyğəmbərin duası:
Hz. Peyğəmbər (s) yaranmışların ən üstünüdür. Onun duası da duaların ən yaxşısıdır (əfzəlidir). Peyğəmbərin (s) duası mütləq Allah dərgahında müstəcab olur. Allah o həzrətin duasını qəbul edib ondan dilədiklərini yerinə yetirir. İnsanlar da o həzrətin istəklərini yerinə yetirməli və dəvətini qəbul etməlidirlər. Allah-Taala Qurani-kərimdə buyurur: "Ey iman gətirənlər! Peyğəmbər sizi, sizləri dirildəcək bir şeyə (imana, haqqa) dəvət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin dəvətini qəbul edin…”(Ənfal surəsi: 24-cü ayə.) Hz. Peyğəmbər (s) "Qədir-Xum” günü Əlini (ə.s) özündən sonra imam elan etdikdən sonra belə dua etdi: "Mən kimin rəhbəriyəmsə (əmr sahibi) Əli (ə) də onun rəhbəridir. İlahi! Onun dostları ilə dost, düşmənləri ilə düşmən ol və onu xar etmək istəyənləri xar et”.("من کنت مولاه فهذا علی مولاه اللهم وال من والاه و عاد من عاداه و انصر من نصره و اخذل من خذله”)
Nəzərə alsaq ki Qurani-kərimdə Allah kafirlərlə düşmən olduğunu buyurur: "Şübhəsiz, Allah kafirlərlə düşməndir” (Bəqərə surəsi: 98-ci ayə.) Deməli, imamların düşmənləri (etiqadca) kafirdir. Əgər Allah Əhli-beytin düşməni ilə düşmən olarsa bu o deməkdir ki onların düşməni kafirdir və kafir heç vaxt əziz ola bilməz. İmamlar Allahın sevimli bəndələridir. Deməli, zillət həmişə onlardan uzaqdır.
İmam Hüseyin (ə.s) öz qiyamının səbəbi barədə buyurur:
"Mən Allahın dininə kömək etmək və şəriətini izzətlə qorumaq üçün Allah yolunda cihad edib, Allahın adını ucalda biləcək ən layiqli şəxsəm”. "Haqqa əməl olmadığını görmürsünüzmü?! Batilin qarşısı alınmadığını görmürsünüzmü?! Mən qanımın axması ilə nəticələnsə belə yaxşı işlərə dəvət etmək və pis əməllərdən çəkindirməyi qərara almışam.”
İmam Hüseynin (ə.s) buyuruqlarına əsasən Yəzid ibn Müaviyə (Allah onlara lənət eləsin!) və onun hökuməti heç bir İslami dəyərə malik deyildir. Həzrət bu barədə buyurur:
"Yezid fasiq insandır, günahsız adamların qatilidir, şərab içəndir. Camaat şeytana itaət etmək məcburiyyətindədirlər. Alahın itaətini tərk ediblər və yer üzündə fəsad törədirlər. Allahın haramın halal, halalını isə haram ediblər.” (Biharul-ənvar, c:44, səh: 381)
Zalım soltana qarşı qiyam etmək vacibdir və
Quran təlimlərində zülm edənlərə rəğbət bəsləmək və kömək göstərmək qadağan edilmişdir. (Hud surəsi: 113-cü ayə.) İmam öz qiyamının amillərindən birini də sitəmə və zalım padşahın əleyhinə etirazın vacibliyini bilir. Həzrət bu barədə buyurur: "Hər kim Allahın haramını halal, halalını isə haram edən, Peyğəmbər sünnəsi ilə müxalifət edən və camaata zülm edən sitəmkar hakimi (rəhbəri) görüb bir söz deməsə və yaxud etiraz və qiyam etməsə Allah onu cəhənnəmə aparmağı Özünə lazım bilər.” (Biharul-ənvar” c: 44, səh: 381)
İmam Hüseyn (ə) buyurdu: Ey camaat! Bunlar məni iki yoldan birini seçməyimi istəyirlər; Zəlilanə zalıma təslim olmaq yaxud izzət, fəxr və başıucalıqla ölmək! Xarlıq və zəlillik bizdən uzaqdır (هيهات‏ منا الذلة) Bizim şərəfimiz, ləyaqətimiz, paklığımız zəlillik və rəzaləti qəbul etməmizə icazə verməz. Bəli, imam İzzət uğrunda zillət və xarlıqla müharibə etdi. İnsanlıq və azadlıq üçün qiyam etdi. Bu yolda hətta özünün və ailəsinin şəhid olmalarını gözə alaraq Kərbəlaya gəldi. Nəticədə izzətlə, iffətlə şərəflə şəhid oldu. Eyni halda öz qiyamını məntiqli sayırdı. Həm də Allahdan tam razılıqla şəhid oldu.
Kərbəlada, gənclər və yeniyetmələr ölümü baldan şirin, (أحلى من العسل) imam Hüseyn (ə) isə ölümü şəhidlik zirvəsi kimi görürdü. (إني لا أرى الموت إلا شهادة) İbn Ziyad (Allah ona lənət eləsin!) sarayda həzrət Zeynəbə (ə.s) dedi: "Allaha həmd olsun ki, sizləri xar etdi və yalanlarınızı üzə çıxardı…” Həzrət Zeynəb (ə.s) rüsvay edici kəlamları ilə onun cavabını verdi. Sonra "Gözəllikdən başqa bir şey görmədim” (Lühuf səh: 161: ما رأيت‏ إلا جميلا)- deyərək Allahın qəza-qədərinə tam razılığını bildirdi. Bu sözlərin hamsında Peyğəmbər (s) ailəsinə məxsus olan mötəbərlik var.
Bütün bunları bir neçə ayəyə diqqət etdikdə başa düşmək olar: Allah: "And olsun ki, Mən və Peyğəmbərlərim qalib gələcəyik!” – deyə buyurmuşdur. (Mucadilə surəsi: 21-ci ayə: کتب الله لاغلبن انا و رسلی) Bu ayədə qələbədən məqsəd fiziki qələbə deyil. Çünki, Quran özü Peyğəmbərlərin haqsız yerə öldürüldüklərini bəyan edir. (Ali-İmran” surəsi: 181 və "Bəqərə” surəsi: 61-ci ayə: یقتلون النبیین بغیر الحق) Deməli ayənin mənası zahiri qələbə deyil. Heç kəs Allahin sözü kimi söz deyə bilməz və onun işi kimi iş görə bilməz. Bu ayənin mənasıdır. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir! Bu qələbədir! Bu izzətdir!
İlahiyyatçı-yazar: Şəhriyar Əliyev

mənbə: sizinyol.com

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300