Sumqayıtda Şəhidlərin şəkilləri vurulmuş lövhələri küçədən kim kəsib götürüb?-FOTOLAR

Sumqayıtda Şəhidlərin şəkilləri vurulmuş küçədəki lövhələr kimlər tərəfindənsə kəsilərək qeyri-müəyyən yerə aparılıb. Məsələ ilə bağlı bir qrup şəhid ailəsi Sumqayıt şəhər icra hakimiyyətinə gedib başçı ilə görüşmək istəyiblər.

Amma yeddi saat qapı arxasında gözlədilən şəhid ailəsini Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov qəbul etməyib.

Sonda onları başçının Tahir adlı müavini qəbul edib və bildirib ki, şəhidlərin şəkilləri olan lövhələri küçələrdən götürülməsinə icra hakimiyyəti göstəriş verməyib.

Qaziler.az saytı xəbər verir ki, bütün bunları Xəyal Rəşid Bağırov adlı facebook istifadəçisi öz səhifəsində yayıb.

Əldə etdiyimiz məlumata görə, hazırda Şəhid ailələri, Qarabağ əlilləri (Qaziləri) və müharibə veteranlarının hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatlar, eyni zamanda keçmiş döyüşçülər bununla bağlı ölkə prezidentinə müraciət etməyə hazırlaşır.

Əldə etdiyimiz məlumata görə, hadisə dünən gecə baş verib. Gündüz isə Şəhid Seymur Baxışovun şəkli vurulmuş lövhə kəsilib aparılıb.

Məsələni diqqətdə saxlayacağıq.

"ULUYOL"

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300