Türkiyə öz limanlarını Krımdan olan gəmilər üçün bağladı

 

Krımdan olan gəmilərin Türkiyə limanlarına girişi qadağan edilib.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bu haqda Facebook-da Limanlar Baş İdarəsinin mətbuat katibi Larisa Sarqan xəbər paylaşıb.

Onun yazdığına görə, 6 oktyabrda Türkiyə Gəmiçilik Palatasının rəhbərliyi öz dəniz daşıyıcılarına və limanların rəislərinə məktub göndərərək ölkənin xarici siyasətini nəzərə almaqla müvafiq tədbirlər görmələrini tələb edib.

"Türk limanlarına, dəniz agentlərinə, operatorlara və gəmi sahiblərinə rəsmən bildirilib ki, Krımdan və onun limanlarından gələn gəmilər Türkiyəyə buraxılmır, həmçinin onların bu regionun limanlarından yola düşmələrinə icazə verilmir", - Sarqan bildirib.

Bu qaydalar istisnasız olraq bütün gəmilərə- onların sahiblərinə, ölkələrin bayraqlarına və yüklərinə baxmayaraq hamıya şamil edilir.

Xatırladaq ki, dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Pyotr Poroşenko ilə Kiyevdə birgə keçirdiyi brifinqdə ölkəsinin Krımın ilhaq ediılməsini tanımadığını bildirib: "Türkiyə əvvəlkitək Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və Krımın Rusiya tərəfindən ilhaq edilməsini tanımır”.

Ərdoğan onu da vurğulayıb ki, "Türkiyə Krım əhalisinin hüquqlarının qorunması üzrə addımlarını koordinasiya etməkdə davam edir”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300