Leyla İlqar qızı ilə birgə Gürcüstanı tərk etdi
Azərbaycanda həbsdə olan jurnalist Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva qızı ilə birlikdə Gürcüstanı tərk edib.
Musavat.com xəbər verir ki, bu barədə oktyabrın 12-də Azadlıq Radiosuna Leyla xanımın özü məlumat verib.
Məlumatı onun vəkili Arçil Çopikaşvili də təsdiqləyib.
Leyla Mustafayeva hazırda 4 yaşlı qızı ilə birlikdə Almaniyanın Berlin şəhərində olduğunu deyir.
Mustafayeva bunun səbəbini Gürcüstanda özünü təhlükəsiz hiss etməməsi və izlənməsi ilə izah edir.
"ULUYOL"