İraq muxtariyyətə 48 saat vaxt verdi

 

İraq mərkəzi hakimiyyətinə bağlı ağır hərbi texnika ilə silahlanan "Haşdi Şabi” qüvvələri Kərkük şəhərinin mərkəzindən 20 km aralıda yerləşiblər.

 

"Report” xəbər verir ki, onlar Kərkük vilayətinin qərb və cənub bölgələrində dislokasiya olunublar.

2014-cü ilin aprelində terrorçu İŞİD qruplaşması Kərkükün Havicə rayonunu və ona bağlı 4 qəsəbəni ələ keçirmişdi. Bu yaxınlarda İraq ordusu və "Haşdi Şabi” qüvvələri həmin ərazini terrorçulardan təmizləyib. Bu əməliyyatdan sonra Kərkükdə güclər nisbəti dəyişməyə başlayıb.
Kərkük-Bağdad avtomobil yolu "Haşdi Şabi” qüvvələrinin nəzarəti altındadır.
Bəzi bölgələrdə İraqın şimalındakı yerli hökumətin silahlı dəstəsi ("peşmərgə”) ilə bu qüvvə arasındakı məsafə 500 metrdir.

"Peşmərgə”nin 70 birliyinin komandanı Cəfər Mustafa Kərkükdə keçirdiyi toplantıdan sonra bildirib: "Atışma olmaması üçün İbadi (İraqın baş naziri Heydər əl-İbadini nəzərdə tutur – red.) və başqaları ilə danışıqlar apardıq. Savaşın olmasını istəmirik. Ancaq savaş qapımıza dayanarsa, savaşacağıq. Cənub Cəbhəsi komandanı Vesta Resul məktub yazaraq 48 saat ərzində hərbi bazalar, hava lmanı və neft quyularını təhvil verməyimizi istəyib. Federal polis güclərinin bu yerlərə girəcəyini də bildirib. Biz onların istədiklərini heç vaxt etməyəcəyik. Bunu yoxlaya bilərlər".

İraqın şimalındakı yeri muxtariyyətin başçısı Məsud Barzaninin oğlu Mansur Barzani silahlanaraq ötən gün Kərkükə gedib.
Qeyd edək ki, bir müddət əvvəl İraq ordusu ilə "Haşdi Şabi” qüvvələrinin birlikdə Kərkükdəki neft quyuları və hərbi hava limanının geri qaytarılması istiqamətində əməliyyata başladıqları barədə məlumat yayılmışdı.
İraq ordusu bu xəbəri təkzib edərək əməliyyatın başlamadığını, Kərkük ətrafında bəzi araşdırmaların aparıldığını bildirib.

 

"ULUYOL"

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300