Mingəçevir xəstəxanasında polis növbətçi həkimi döyüb

Mingəçevir Mərkəzi Xəstəxanasında döyülmə hadisəsi baş verib.

"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə xəstəxananın Acil şöbəsində qeydə alınıb. Şəxsiyyəti hələlik məlum olmayan polis əməkdaşı xəstəxananın Acil şöbəsinə gələrək növbətçi həkim Elşən Kazımovu vurub. Lakin hadisənin böyüdüyünü görən polis əməkdaşı sonradan həkimin yanına gələrək ondan üzr istəyib və etdiyi hərəkətdən peşman olduğunu bildirib.

Məlum olub ki, həkimə qarşı kobudluq edən gənc polis əməkdaşı Acil şöbəsinə gətirilmiş 1959-cu il təvəllüdlü Ağdam rayon sakini Həsənov Mübariz Niyazi oğlunun övladıdır. O, hazırda paytaxtda polis əməkdaşı kimi xidmət edir.

Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, uzun müddət Dövlət Yol Polsi sıralarında çalışmış M.Həsənov bir neçə həftə öncə infarkt diaqnozu ilə Mingəçevir xəstəxanasına gətirilib. Xəstə Dövlət İcbari Tibbi Sığorta Agentliyinin təşəbbüsü ilə Gəncə Mərkəzi Klinikasına köçürülərək orada əməliyyat olunub və ona üç stend qoyulub. Daha sonra səhhəti normallaşan xəstə evə buraxılıb. Bu gün isə Mübariz Həsənov şəkərində yaranmış problemlə bağlı yenidən Mingəçevir xəstəxanasına gətirilib.

Yuxarıda qeyd olunan hadisə məhz bundan sonra baş verib.

Faktla bağlı arşdırma aparılır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300