Qırğızıstanda prezident seçkiləri günü istənilən sorğuya qadağa qoyulub

 

Qırğızıstanda prezident seçkiləri günü səsvermə məntəqələrinin çıxışında heç bir sorğu aparmağa icazə verilməyəcək.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə respublikanın Mərkəzi Seçki Komissiyasından bildiriblər. "Qırğızıstan prezidenti və parlamenti seçkiləri haqqında konstitusiya qanununa əsasən seçkilərə qədərki son 5 təqvim günündə, həmçinin seçki günü ictimai rəy sorğuları, seçki nəticələrinin proqnozları və seçkilərlə bağlı digər tədqiqatların KİV-lərdə dərc olunması qadağandır”, - deyə MSK-nın mətbuat xidmətinin nümayəndəsi qeyd edib.

Onun sözlərinə görə, ictimai rəy sorğularının nəticələrinin işıqlandırılması zamanı göstərilən tələblərin pozulması qanunvericilikdə nəzərdə tutulan məsuliyyətə səbəb olacaq. Göstərilən müddət ərzində qadağalar bütün növ ictimai rəy sorğularına, o cümlədən "exit-poll”a da aiddir.

Qırğızıstanda prezident seçkiləri oktyabrın 15-nə təyin edilib. Hazırda dövlət başçısı postu uğrunda 11 namizəd mübarizə aparır. Yerli politoloqların əksəriyyətinin fikrincə, seçkilərdə əsas mübarizə iqtidaryönlü "Sosial-demokrat partiyası”nın namizədi Sooronbay Jeenbekovla müxalif "Respublika – Ata Jurt” parlament fraksiyasının lideri Omurbek Babanov arasında gedəcək.

Qeyd edək ki, Qırğızıstanda prezident yalnız bir dəfə 6 il müddətinə seçilir. Hazırkı dövlət başçısı Almazbek Atambayevin səlahiyyətləri dekabrın 1-də sona çatır və o, təkrar olaraq namizədliyini irəli sürə bilməz.



Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300