Beynəlxalq İdman Araşdırmalar Mərkəzi  (CİES) Avropanın 5 ən böyük liqasında çıxış edən oyunçuların dəyərini müəyyən etmək məqsədi ilə araşdırma aparıb.
 
Uluyol.info-un xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, araşdırmalar zamanı futbolçuların klubları və milli komandadakı vəziyyəti, müqavilələrinin  müddəti, yaşları, mövqeləri və çıxışlarına əsasən siyahı hazırlanıb. Siyahıda "Barselona”nın futbolçusu Lionel Messi ilk pillədə yer alıb.  Onun dəyərinin 250 milyon 700 min avro olduğu bildirilib. Neymar ikinci, Eden Hazard üçüncü olub. Kriştiano Ronaldo isə siyahının dördüncü pilləsində qərarlaşıb
 
Dünyanın ən bahalı 10 futbolçusu aşağıda adları qeyd olunanlardır:
 
1. Lionel Messi ("Barselona”) – 250 milyon 700 min avro
2. Neymar ("Barselona”) – 152 milyon 700 min avro
3. Eden Hazard ("Çelsi”) – 130 milyon 500 min avro
4. Kriştiano Ronaldo ("Real”) – 114 milyon avro
5. Harri Keyn ("Tottenhem”) – 91 milyon 300 min avro
6. Rahim Sterlinq ("Mançester Siti”) – 98 milyon 800 min avro
7. Antuan Qrizmann ("Atletiko”) – 88 milyon 300 min avro
8. Luis Suares ("Barselona”) – 86 milyon 300 min avro
9. Serxio Aquero ("Mançester Siti”) – 82 milyon 100 min avro
10. Aleksis Sançes ("Arsenal”) – 81 milyon 900 min avro
 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300