Ərdoğan devrilərsə, bu bölgə məhv olacaq - Rusiyalı ekspert

 

Qərb yenidən Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana qarşı çevriliş cəhdi həyata keçirəcək.

Bu sözləri rusiyalı hərbi ekspert İvan Konovalov "Zvezda” telekanalında çıxışı zamanı deyib.

"Əvvəla, S-400-ə sahib olan ölkə regionun ən güclü dövləti olacaq. Türkiyə üçün bu çox önəmlidir. Su-24 böhranını və əlaqələrimizin pisləşdiyi günləri xatırlamalıyıq. Moskvanın, xüsusilə Rusiya Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin uğurlu siyasəti nəticəsində Türkiyə yalnız strateji partnyorumuz olmadı. Eyni zamanda Türkiyə İdlib kimi ən ağır bölgənin əməliyyatını öz üzərinə götürdü”, - Konovalov bildirib.

O, həmçinin iddia edib ki, Qərb hər vəchlə Ərdoğandan qurtulmaq istəyir:

"Qərb Ərdoğana qarşı yeni çevriliş cəhdlərini sınaqdan keçirəcək. Şübhəsiz. Qərbin Türkiyə ilə bağlı ilk hədəflərindən biri budur. Ərdoğan bunun fərqindədir. Bir məsələyə diqqət çəkmək istəyirəm: Türkiyə Rusiya ilə Suriya məsələsində, İdlib kimi ən çətin mövzuda razılaşdı. Əgər Ərdoğan devrilərsə, bütün İdlib bölgəsi məhv olacaq”.//axar.az 


"ULUYOL"

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300