Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanovun yeni oyunları - ŞİKAYƏT

Azərbaycan Texnologiya Universitetinin Rektoru Akif Süleymanov barəsində Uluyol.az-a şikayət məktubu daxil olub. Şikayətçi Sənan Əfəndiyevin redaksiyamıza yolladığı mətni təqdim edirik:

"Texnologiya Universitetinin rektoru Akif Süleymanovu çirkin əməllərdən uzaqlaşdıra bilmirik ki, bilmirik.

Bir neçə ay bundan öncə Texnologiya Universitetinin Elmi şura məclisində çirkin əməllərlə Universitetin MMM və QMT fakültələrinin sabiq dekanı dosent Həsən Musa oğlu Musayev və dosent Məsim Kazım oğlu Abadov dekanatlığın ad dəyişməsi adı altında tutduqları vəzifədən azad ediblər.

Texnologiya Universitetinin rektoru Universitetdə fakültələrin və şöbələrin adlarını dəyişməklə məşğuldur. 2017-ci il sentyabr ayının 13-də Universitetdə Elmi şura keçirdən rektor Akif Süleymanov, universitetin bir neçə şöbələrinin adını dəyişərək, işçiləri kütləvi halında işdən kənarlaşdırmaq istəyir ki, buda yeni hiyləgərlik...

Universitetin "Kitabxana və Nəşriyyat Mərkəzini", "İdman Mərkəzini", "İnformatika və Texnologiya", " Daxili xidmət", "Hərbi uçot" şöbəsinin adını dəyişir, hətta İdman mərkəzini Universitetin Davamlı İnkişaf şöbəsinə verməyi də gülüncə səbəb olub. Bütün Respublika Universitetlərində İdman yüksək pillələrdə yer alsada Texnologiya Universitetində İdman Mərkəzi heç bir fəaliyyəti olmayan bir şöbəyə verilməsi görünür ki, Texnologiya Universitetinin rektoru Akif Süleymanov ya Tədrisi bilmir, yada o Cənab Prezident İlham Əliyevin idmana göstərdiyi diqqəti dəyərləndirmir. Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanov sentyabrın 26-da məzuniyyətə getmək adı altında Universiteti Tədris işlər üzrə prorektor Vüqar İsmayılova tapşıraraq bildirmişdir ki, 2017-ci il 29 Noyabr tarixinə qədər, kütləvi ixtisarla bağlı xəbərnamələri Universitetin texniki işçilərinə tam paylanılsın. Akif Süleymanov "Axırıncı Aşırım" kinosunda Kərbəlayının oyununu oynayır, külli ixtiyari verir Qəmlonun əlinə, Bu Universitetin Tədris işləri üzrə prorektoru Qəmlodan geri qalan adam deyil. Vüqar İsmayılovda bu Qəmlo kimi "cəlladın başkəsənin biridir ay bəy".

2017-ci il 27-28-29-30 sentyabr ayı Azərbaycan Texnologiya Universitetinin "Daxili xidmət şöbəsinin işçilərini, Kitabxana və nəşriyyat şöbəsinin işçilərini, İnformatika, və Texnologiya şöbəsinin işcilərini, idman Mərkəzinin işçilərini, universitetin daxili mühafizə işçilərinə və Hərbi uçot şöbəsinin işçilərini "Texnologiya Universitetinin İnsan Resursları şöbəsinə çağırılaraq, bildirilib ki, (Azərbaycan Texnologiya Universitetinin Elmi Şurasının 13.09.2017 ci il tarixli 01 saylı protokoluna və 13.09.2017 ci il tarixli 196 №-li əmrinə əsasən Kitabxana və nəşriyyat şöbəsi, İnformatika, və Texnologiya şöbəsi, idman Mərkəzi, və Hərbi Uçot şöbəsi, Daxili xidmət şöbəsi, mühafizə xidməti, 29.11.2017 ci il tarixindən ləğv ediləcəkdir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən işçilərin sayı azaldıqda və ya ştatlar ixtisara olunduqda bu məcəllənin 70-ci maddəsinin b) bəndi ilə işə götürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl içini rəsmi xəbərdarlıq etməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə azı bir iş günü əmək funksiyanızın icrasından azad edirsiniz. Rektor vəzifəsini müvəqqəti icra edən: imzasıyla dos. Vüqar İsmayılov.)

Texnologiya Universitetinin Rektoru Akif Süleymanov bilərəkdən bu addımı atır, hiyləgərlik edərək xəstəlik adı altında Universitetdə olmadığı vaxt bu işləri həvalə edir Tədris işlər üzrə Vüqar İsmayılova. Elə ki, iş böyüyür Dövlət səviyyəsinə qalxır, onda mənim xəbərim yoxdur deyərək aradan asanlıqla çıxır.

Xəbərdarlıq olunan şəxslərin siyahısını ardıcıllıqla aşağıda göstəririk.

1. Kitabxana və Nəşriyyat şöbəsinin 27 işçisinə ,

2. Daxili Xidmət şöbəsinin 91 işçisinə,

3. İdman mərkəzinin 8 məşqçi müəlliminə,

4. Hərbi Uçot şöbəsinin 4 işçisinə, 

5. İnformasiya və Texnologiya Şöbəsinin 4 işçisinə,

6. Universitetin Mühafizəsini xidmətinin 13 işçisinə xəbərdarlıq olunub.

Ümumi olaraq 150-dən artıq Universitetin işçisinə xəbərdarlıq olunub. Akif Süleymanovun niyyəti odur ki, yarıdan çoxunun yəni 100 nəfərə yaxın insanı ixtisara salsın.

Azərbaycan Texnologiya Universitetinin Elmi Şurasında ixtisarla bağlı qoyulan məsələyə, yəni bu yuxarıda adları çəkilən şəxslərin ixtisarına öz iş yoldaşları səs verərək qərara alıblar. O şəxslər kimlərdir, Universitetin professor və dosentləridir. O professorlardırki, 40 ildən artıqdır universitetdə işləyirlər bütün rektorlara yaltaqlanaraq kreslo kürsülərindən enməyiblər, o şəxslərdir ki, onlar bütün rektorlara yaltaqlanınr və o rektorlar işdən azad olunan kimi onların arxasınca xoşa gəlməz sözlər danışıblar.

 

Diqqətinizə çatdıraq ki, 2016-cı ilin dekabr ayında Universitetin Professoru Cahangir Hacıyevin işdən kənarlaşmağını elmi Şuraya çıxarılanda həmin şəxslər öz 40 illik iş yoldaşlarının çıxarılmasının lehinə səs vermişdilər, hətta bu yuxarıda adlarını çəkdiyimiz şəxslər sabiq dekan Məsim Abadovun, sabiq dekan Həsən Musayevin, və sabiq Dəftərxana müdiri Gülnara Alışovanın, Elmi Şurada onların dekanatlıqlarının və dəftərxana şöbəsinin ləğvi ilə bağlı lehinə səs vermişdilər. Sabiq Dekanlar Həsən Musayev, Məsim Abadov, və Dəftərxana müdirinidə işlədikləri dekanatlığın, və şöbənin adını dəyişmək adı altında işdən azad ediblər, bu ad dəyişmə məsələsində səs çoxluğu üstün gəldiyindən məsələ qərara alınır yəni ki, bu professorlar, Elmi şurada məsəliyə çıxarılan ad dəyişmə məsələsində böyük rol oynayırlar.

2017-ci ilin sentyabr ayının 13-də yenə Texnologiya Universitetinin ( Hərbi Uçot şöbəsinin birləşdirilməsində, İdman Mərkəzinin Ləğvində, İnformatika və Texnologiya şöbəsinin adı dəyişirilməyinə, Daxili Xidmət şöbəsinin adı dəyişirilməyinə, Universitetin Mühafizəsi xidmətinin adı dəyişirilməyinə, kitabxana və İnformasiya şöbəsinin adının dəyişirilməyinə elmi şurada səs veriblər.)

Azərbaycan Texnologiya Universitetinin elmi şurasının professor, üzvü olan 4 professor, onlardan üçü kafedra müdiri, bu kafedra müdiri olan universitetdə "cındır"adı işçilər arasında ləqəb qoyulan, və biri "qaloş” ləqəbli dekan rektorun bəy tərifi deyənləridir, o hansı insanlığa, ziyalılığa, kişiliyə yaraşar ki, ayda 130 manat pul alan texniki işçi, xadiməçi, fəhlə, və digər şəxslərin çörəyini kəsin. Buda Universitetin professorları, ziyalıları ayıbdır vallah...

 

2018-ci ilin oktyabr ayında Prezident seçkisidir, Azərbaycan Texnologiya Universitetinin rektoru Universitetdə ixtisar aparmaqla, dövlətə qarşı çıxır. Sabiq dəftərxana müdiri Alışova Gülnara Gəncə Şəhər Kəpəz Rayonunda "məntəqə" sədri işləyir o, insanın prezident seçkilərində böyük xidmətləri olub.

Texnologiya Universitetinin rektorunun harınlamış şoferi Tağıyev Müzəffər Elxan oğlu, bir neçə gün bundan qabaq İdman mərkəzinin işçilərini Akif Süleymanovun qəbuluna buraxmayıb. İdman mərkəzinin məşqçi müəllimlərini, Rektor Akif Süleymanov işdən azad edib, bir neçə müəllim Akif Süleymanovun qəbuluna getsədə, onları rektor başının quldur dəstəsilə Universitetin Elmi Şura zalında tək-tək qəbul edəcəyini bildirib.


 

İdman mərkəzinin müəllimləri buna etiraz etsələrdə ki, biz birlikdə Akif Süleymanovu görməliyik. İdman mərkəzinin kollektivinin sözü var bizi qəbul etsin rektor, lakin Universitetin Ümumi şöbəsinin müdiri Mətləb Oqtay oğlu Əliyev onlara bildirib ki, bizə rektor tapşırıq verib ki, İdman mərkəzinin müəllim kollektivini tək-tək qəbul edəcəm, diqqətinizə çatdıra ki, Texnologiya Universitetinin Ümumi şöbəsinin müdiri Mətləb Oqtay oğlu Əliyev 2015-2017-ci illərdə Gəncə Şəhər Təhsil İdarəsinin Maliyyə şöbəsinin müdiri olubdur, onun Gəncə şəhər Təhsil İdarəsində maliyyə şöbəsinin müdiri olduğu illərdə maliyyə pozğunluğu və külli miqdarda pul yeyintisi olduğundan tutduğu vəzifədən korrupsiyayolu ilə kənarlaşdirilib. Mətləb Oqtay oğlu Əliyev hal-hazırda universitetdə iki vəzifəni icra edir, Audit və Ümumi şöbə müdiri vəzifəsini. Mətləb Oqtay oğlu Əliyevin çirkin əməllərindən növbəti yazılarımızda universitetin digər vəzifəli şəxslərinin iç üzlərinin açılmasında yazımızda göstərəcəyik.


Ümumi şöbənin müdiri Mətləb Oqtay oğlu Əliyev özünü Vüsal adlı yaxın dostunu Universitetə Audit vəzifəsinə yəni icra etdiyi iki vəzifəsidən birinin yerinə gətiribdir. Belələrinə nə ad vermək olar ?!"qrabitel tufeyli".

Rektorun şoferi Tağıyev Müzəffər Elxan, rektorun qəbuluna gedən universitetin işçilərini, rektorun adı altında aldadaraq hər bir işçiyə yalandan vəd verir, rektor Akif Süleymanovun şoferi olmaqla həmdə can güdənidir.

Rektor Akif Süleymanovun 20-AA-520 markalı dövlət nişanlı avtomobilinin baqaj hissəsinin altından "göz" muncuğu asılıbdır, maraqlıdır ki, bu avtomobili idarə edən şofer Müzəffərin, rektor Akif Süleymanovun hansı müsbət insan keyfiyyətli əməlinə göz dəyəcək?


Bəlkə də Akif Süleymanov işarə edir ki, mənim arxamdada göz var. Amma çox güman ki, Universitetin Maliyyə büdcəsini ata mülkü kimi xərcləyən Rektor Akif Süleymanov çirkab pulları şoferi Müzəffərlə birlikdə dövlət nişanlı 20-AA-520 markalı maşınının arxasında gizlədir ondan yana Akif Süleymanov o haravasının arxasına gizli göz qoyub ki, görüm Universitetin inzibati binasında oturan 1000 manat və 3000 manat alan şəxslərdən mənim çirkin puluma kim göz tikib, onun gözünü çıxardıb maşının açarına brelok edim. Maraqlıdır yoldaş Akif Süleymanovun bu göz məsələsi...

 

Azərbaycan Texnologiya Universitetinin İdman Mərkəzinin məşqçi müəllimləri mətbuat konfransı keçirəcəklər. Universitetin rektorunun şoferi Tağıyev Müzəffər Elxan oğlu , Ümumi şöbənin müdiri Mətləb Oqtay oğlu Əliyev, İnsan kapitalının idarəetmə mərkəzinin direktoru Zaur Cəmaləddin oğlu Əliyev, və digər vəzifəli şəxslərin haqqında mətbuat konfransında onların çirkin əməllərindən geniş açıqlama verəcəklər.

 

Azərbaycan Texnologiya Universitetinin işləyən və işdən azad olunan şəxsləri Cənab Prezident İlham Əliyevə Müraciətləri olacaqdır, mətbuat konfransına müraciət etməklərinin səbəbi budur və o yuxarıda adları çəkilən Universitet daxilində özbaşınalıq edən şəxslərində hər birinin foto şəkilləri mətbuatda işıqlanacaq.

 

Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanov bu qədər insanlara əzab vermə, neçə insanı 130 manat maaşa ehtiyacı olan şəxsləri çörəyinə möhtac olmaq kişiyə yaraşmaz, sizə ancaq insan yox "manqurt" demək olar".


Uluyol.az olaraq qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300