NATO Rusiya sərhədlərində təlimə başladı
Latviyada NATO-nun Gümüş ox-2017 hərbi təlimi başlayıb.
Bu barədə informasiyanı Latviya Müdafiə Nazirliyi yayıb. Təlimdə Albaniya, ABŞ, Estoniya, İtaliya, Kanada, Latviya, Britaniya, Polşa, Sloveniya, İspaniya və Almaniya hərbçiləri iştirak edirlər.
29 oktyabra qədər keçiriləcək təlimdə 3500 hərbçinin iştirakı nəzərdə tutulur.//axar.az