Ağcəbədidə gələcəyin müəllimləri qul əməyinə cəlb edilib-PAMBIQ TARLALARINDA

Çoxlarınız yəqin ki, ötən əsrdə – yenidənqurma zamanı böyük cinayət prosesi "pambıq işi” haqda eşitmisiniz. Bilirsiniz, bu necə və nə vaxt baş verib? Təxminən 23 il əvvəl – 1991-ci il dekabrın 25-də. Özbəkistan prezidenti İslam Kərimov "özbək işi” ilə bağlı həbs olunaraq cəzalarını respublika ərazisində çəkənlərin hamısınlı əfv edib. İndi Özbəkistanda o tarixi belə qiymətləndirirlər: "80-ci illərin sonlarında "pambıq işi” uydurulmuşdu, "özbək işi” kimi də adlanırdı və özbək xalqının mənliyinin aşağılanmasına səbəb olmuşdu.
O zaman baş verənləri SSRİ-nin elə bir yeri olmazdı ki, bilməsin. Pambıq əkini, məhsul yetişəndə elliklə hamının "ağ qızıl” tarlalarına məcburən göndərilməsi bir ənənəyə çevrilmişdi. Pambıq yığımı zamanı toy etmək belə, qadağan olunurdu. "Ağ qızıl” o çağlarda hər kəsin ömründə ağ xatirələrlə qalmırdı, sosializm yarışında geridə qalan, planı artıqlamasilə yerinə yetirməyənlərin ömrünə qara səhifələr yazılırdı.
Azərbaycan Müəllimlər İnstitunun Ağcəbədi filialının tələbələrinin belləri hazırda pampıq tarlalarında bükülür.
Təhsil ocağının rəhbəri soruşanda deyir ki, icra başçısı Şahin Məmmədovun əmridi.
Obyektiv.org-a verilən məlumata görə bu yalandı. İcra başçısı belə bir əmr verməyib.Məsələ ondadır ki, icra başçısının müavini Rövşən Əhmədov və filialın direktoru Mətanət Fərzəliyeva şərikli becərdikləri pambıq sahələrindən məhsulu pulsuz yığmağa qərar veriblər. Ona görə tələbələrin qul əməyindən istifadə edirlər.

 
"ULUYOL"

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300