Arif Qaraşova məxsus avtomobil adam vurdu

20 yaşlı qız başından ağır xəsarət alıb, sürücü onu xəstəxanaya aparıb

Bu gün saat 11.25 radələrində Bakıda daha bir piyadavurma hadisəsi baş verib. Avtosfer.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 15/17 ünvanının qarşısında "Jeep" markalı, 90 AA 707 dövlət nömrə nişanlı avtomobil yolu keçən piyadanı vurub. Hadisə piyada keçidinin üstündə baş verib. Yolu keçməkdə olan 20 yaşlı qız həmin avtomobil tərəfindən yolun əks tərəfində, keçidin üstündə vurulub. Zərbənin təsirindən 10 metr irəli düşən piyada başından ağır xəsarət alıb, hadisə yerində olan vətəndaşların köməyi ilə sürücü yaralını maşına qoyaraq xəstəxanaya aparıb.

Şahidlər bildirir ki, 20 nömrəli məktəb tərəfdən yüksək sürətlə gələn "Jeep"in sürücüsü keçiddə yolu keçən piyadaya yol verən maşınların dayandığını gördükdə maşını dayandıra bilməyib. Qarşıdakı maşınla düzgün ara məsafəsi saxlamayan sürücü toqquşmadan yayınmaq üçün qarşı yola çıxıb. Bu zaman keçiddə olan qızı vurub.

TİA.AZ-a daxil olan məlumata görə piyadanı vuran "Jeep" markalı, 90 AA 707 dövlət nömrə nişanlı avtomobil BT-nin (Daşınmaz Əmlakın Dövlət Reyestri) keşmiş rəisi Arif Qaraşova məxsus Mars-FK LTD MMC-yə məxsusdur.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300