Peşmərgənin geri çəkilməsinin səbəbi: İlginc razılaşma

Kərkükdə peşmərgənin İraq ordusu və Haşdi Şabi qarşısından çəkilməsinin arxasında gizli bir razılaşmanın olduğu önə sürülüb.

Publika.az xəbər verir ki, Kürdistan Yurdsevərlər Birliyinin keçmiş lideri Cəlal Təlabaninin oğlu Bafel Təlabaninin Haşdi Şabi ilə 9 maddəlik bir razılaşma imzaladığı iddia edilib.

İraq parlamentinin millət vəkili Məsud Heydər gizli razılaşmanın detallarını açıqlayıb. O, razılaşmada Bafel Tələbani ilə Haşdi Şabinin səlahiyyətli nümayəndəsi Hadi Əmirinin imzasının olduğunu deyib.

Kürd xəbər agentliyi "Rudau” da 9 maddəlik razılaşmanın məzmununu paylaşıb.

Razılaşmada bildirilir:

-İraq qüvvələri mübahisəli bölgələrə yenidən daxil olacaq və peşmərgə geri çəkiləcək.

-Kərkük daxil olmaqla, 7 qəsəbə və qəsəbə mərkəzləri hökumətə təslim ediləcək.

-Kərkükdə ortaq hökumət qurulacaq. 15 kürd məhəlləsi kürdlər, 25 məhəllə isə digər entik qruplar tərəfindən idarə ediləcək.

-Kərkükdəki strateji yerlərin - "K 1” hərbi bazası, hava limanı və neft yataqlarının idarəsi mərkəzi hökumətdə qalacaq.

-Süleymaniyə hava limanı istifadəyə açılacaq.

-Süleymaniyə və Kərkükdəki məmurların, sərhəddəki peşmərgələrin maaşları mərkəzi hökumət tərəfindən ödəniləcək.

-Süleymaniyə və Kərkük bölgəsi qurulacaq.

-Yeni bölgə üçün yeni bir hökumət qurulacaq.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300