"Qarabağ”dan sensasiya – 10 nəfərlə "Atletiko”dan xal
aldı
Bu gün "Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
Qol.az-ın məlumatına görə, Ağdam klubu üçüncü turda "Atletiko”nu qəbul edib. "Qarabağ” ilk dəfə İspaniya klubu ilə üz-üzə gəlib.
90 dəqiqə ərzində qapılara qol vurulmayıb. Son 15 dəqiqəni çempionumuz azlıqda keçirsə də, qapısının toxunulmazlığını qoruya bilib– 0:0. Bununla da "Qarabağ” ilk dəfə ÇL-in qrupunda xal qazanıb.
Qeyd edək ki, Qurban Qurbanovun komandası İngiltərədə keçirdiyi ilk matçda "Çelsi”yə 0:6, Bakıda isə İtaliya təmsilçisi "Roma”ya 1:2 hesabı ilə uduzub.
Qrupun digər görüşündə "Roma” "Çelsi”nin qonağı olacaq.
18 oktyabr
Çempionlar Liqasının qrup mərhələsi, 3-cü tur
"Qarabağ” – "Atletiko” – 0:0
Qırmızı vərəqə:Ndlovu, 75
22:45. "Çelsi” – "Roma”
1. |
Çelsi |
2 |
2 |
0 |
0 |
8:1 |
6 |
2. |
Roma |
2 |
1 |
1 |
0 |
2:1 |
4 |
3. |
Atletiko |
3 |
0 |
2 |
1 |
1:2 |
2 |
4. |
Qarabağ |
3 |
0 |
1 |
2 |
1:8 |
1 |