"Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşən Azərbaycan vətəndaşlarının 745 nəfəri mülki şəxs olub".

Bunu "Həsrət Yolu" Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı əsir və girov götürülmüş, itgin düşmüş şəxslərin hüquqlarının müdafiəsi beynəlxalq humanitar hüquq kontekstində" movzusunda keçirilən konfransda deyib.

Ümumilikdə 3868 nəfərin münaqişə zamanı itkin düşdüyünü deyən E.Orucova onlardan 3123 nəfərinin hərbçi, 62-sinin uşaq, 262 nəfərinin qadın, 302 nəfərinin isə qoca olduğunu bildirib: "Sübutlara, hətta azad edilən ailə üzvlərinin və yaxınlarının şahidlik etmələrinə baxmayaraq, 873 nəfər hüququ pozulmuş şəkildə bu günə kimi qarşı tərəfdə saxlanılır. Əsirlərin 591 nəfəri hərbçi, 282-si mülki şəxs, 29 nəfəri uşaq, 99-u qadın, 112 nəfəri qocalardır. 553 nəfər əsir və girovluqda qətlə yetirilib və ya müxtəlif səbəblərdən vəfat edib. Onların 448 nəfəri kişi, 14-ü qadındır".

O, bildirib ki, bu vaxta kimi 1437 nəfər əsir və girovluqdan azad edilib ki, onlardan 351 nəfəri hərbçi, 1086-sı mülki şəxsdir. E.Orucovanın sözlərinə görə, azad edilənlərin 210-u uşaq, 342-si qadındır: "Ermənilər "Müharibə Zamanı Mülki Əhalinin Müdafiəsinə Dair" lV Konvensiyanın maddələrini kobudcasına pozaraq, 3 aylıq körpəni, 104 yaşlı qocanı belə girov götürüb, bu günə kimi qaytarmayıblar. Dözülməz şəraitdə saxlandıqdan sonra əsir və girovluqdan azad edilən 1437 nəfər şəxs bu gün mənəvi və psixoloji gərginlik içində yaşayır. Onlara tətbiq edilmiş işgəncələr nəticəsində böyük bir qismi əlil olub, işləmək qabiliyyətini itirib".//report

 

Uluyol.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300