Ərdoğanın baş müşaviri istefa verdi

 

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası (AKP) liderinin baş müşaviri, millət vəkili Şaban Dişli istefa verib.


APA-nın "Hürriyet”ə istinadən verdiyi məlumata görə, Ş. Dişli bu il avqustun 30-da partiyanın lideri Rəcəb Tayyib Ərdoğan tərəfindən bu posta təyin edilib.

Ancaq Ş. Dişlinin təyinatı Türkiyə cəmiyyətində birmənalı qarşılanmayıb. Çünki Ş. Dişlinin qardaşı, Silahlı Qüvvələrin Baş Qərargahının Strateji Planlaşdırma İdarəsinin rəisi olmuş general Mehmet Dişli keçən il 15 iyul hərbi çevriliş cəhdinin əsas iştirakçılarından biri olub və hazırda həbsdədir. AKP-nin son qurultayına qədər partiya sədrinin müavini olan Ş. Dişli qurultayda partiyanın mərkəzi idarəetmə orqanlarına namizədlərin siyahısında yer almayıb və sədri müavini postundan istefa verib. Ancaq yenidən AKP sədri seçilən R. T. Ərdoğan gözlənilmədən Ş. Dişlini partiyada baş məsləhətçisi təyin edib.

Ş. Dişli istefa ərizəsində yazıb ki, təyinatından sonra həm sosial şəbəkələrdə yer alan fikirlər, həm də AKP-dəki bir çox partiyadaşlarının məsələyə münasibəti onu narahat edib: "Hansı yerdə və vəzifədə oluramsa olum, partiyama və Rəcəb Tayyib Ərdoğana xidmət etməyi özüm üçün şərəf sayıram. Partiyamın və Rəcəb Tayyib Ərdoğanın haqsız yerə hədəf olmaması üçün bu vəzifədən istefa verdim”.

 

Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300