İmam Hüseynin təbliğ üslubu

Bismillahir-Rəhmanir-Rəhim.

Təbliğ "bələğ" kökündən götürülüb, mesaj çatdırma mənasındadır. Bir mətləbin və ya xəbərin çatdırılmadına təbliğ deyilir. Dini terminologiyada məlumatların insanlar arasında-əqidələr və insanlar arasındakı nəzəriyyələrin digər insanlarda təsiri üçün, onların fikirləri, ruhiyyələri və davranışlarında dəyişiklik etmək üçün-yayılmasına təbliğ deyilir. Təbliğ adətən sözlə, əməllə, şəkillər, karikaturlar və sair vasitələrlə həyata keçir. Müasir dövrdə ictimai rabitələr təbliğ hesab olunur və əsasən maarifləndirmədən ibarətdir. İctimai rabitələrdə şəxs, çoxlu sayda insanlarla əlaqə yaradıb məlumat toplayır. Təbliğdə əsas məqsəd bundan ibarətdir ki, şəxs öz məlumatlarını digər insanlara köçürməklə onların batininə nüfuz potensialı qazanmış olur. Təbliğ üçün müəyyən metodlar var. Bu yazıda imam Hüseynin (ə) təbliğ metodlarını açıqlayacağıq.

İmam Hüsenin fikrincə təbliğ üslubu

Allah Nəhl surəsinin 125-ci ayəsində dinin təbliği üçün peyğəmbərin üç missiyasını (metodunu) qeyd edir: "(Ya Rəsulum!) İnsanları hikmətlə (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (islama) dəvət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!” (Nəhl surəsi, 125-ci ayə).

ادْعُ إِلى سَبيلِ رَبِّكَبِالْحِكْمَةِ وَ الْمَوْعِظَةِ الْحَسَنَةِوَ جادِلْهُمْ بِالَّتي هِيَ أَحْسَنُ إِنَّرَبَّكَ هُوَ أَعْلَمُ بِمَنْضَلَّ عَنْ سَبيلِهِ وَهُوَ أَعْلَمُ بِالْمُهْتَدينَ Qurani-Kərim bu ayədə dinə dəvətin və onun metodlarını şərh etmişdir. Hz Peyğəmbərə məxsus və o həzrətdən sonrakı təbliğatçılara aid təbliğ yollarını izah etmişdir. Aydın məsələdir ki, "hikmət", "moizə" və "mucadilə" sözlə təbliğin növləridir. Hz. Peyğəmbərin (s) bu üç növ danışıq tərzi ilə dini təbliğ etməyə, maarifləndirməyə məmur olmuşdu. Bu metodlarda xüsusi tərtib mövcud deyil. Müxatəbin çəkiciliyindən (dərketmə qabiliyyətindən) asılı olaraq bu üç üslubdan biri ilə təbliğ olunur. Dəvət etmək də təbliğ etmək mənasını daşıyır və camaatı bir dinə və ya əqidəyə çağırmaqdan (səsləməkdən) ibarətdir. Ayədəki "səbil" sözündən məqsəd İslam dinidir.

İndi isə bu üç metodu nəzərə alaraq imam Hüseynin təbliğatını müxtəsər şəkildə bəyan edəcəyik. Sonra imamın Quran baxımından digər təbliğ üslublarına işarə edəcəyik.

Hikmət və əqli arqument

Qurani-kərimin bu ayədəki ilk sifarişi camaatı hikmətlə Allaha çağırmaqdır ki, burhanla və əqli dəlillərlə hasil olur.

Zeməxşəri deyir: "Hikmət” möhkəm və səhih sözdür və ondan məqsəd haqqı bəyan edən və şübhəni aradan qaldıran dəlildir" (Əl-Kəşşaf, 2-ci cild, səh 644). Əllamə Təbatəbai ona bənzər ifadələrlə buyurur: "Hikmətdən məqsəd- Allah

yaxşı bilir- haqq ilə nəticələnən dəlildir, belə ki, onda heç bir şəkk-şübhə və ibham qalmamalıdır" (Əl-Mizan, 12-ci cild, səh 534).

Hər halda, hikmət elm və məntiq mənasındadır və əslən mane olmaq mənasını daşıyır. Çünki, elm və məntiq fəsadlara və inhiraflara mane olur, onları aradan qaldırır. Haqqa dəvət etməkdə ilk addım düzgün məntiqdən istifadə etməkdir. Fikiri və düşüncələrini işə salaraq camaatın yatmış ağıllarını oyatmaq hikmət vasitəsilə həyata keçir. İmam Hüseynin (ə) təbliğində hikmət və əqli dəlillər çox müşahidə olunur. Məsələn: Həzrət Kufə başçılarına yazdığı məktubda qiyamındakı hədəflərini açıqlamaqla yanaşı, Bəni Üməyyənin fəsadlarını bu şəkildə isbatlayır:

"Bəni üməyyə elə bir qövmdir ki, şeytana itaəti seçdi, Allaha itaətdən boyun qaçırdı, yer üzündə açıq fəsad törətdilər, Allah hüdudlarını ehmal etdilər, Allahın haramını halal, halalını haram etdilər. Mən Peyğəmbərə (s) daha yaxın olduğum üçün bunlarla mübarizə etməyə mən daha layiqəm" (Ehqaqul-həqq və izhaqul-batil, 11-ci cild, səh 603).

İmam başqa yerdə haqqa əməl olunmaması və batildən çəkinməmələrini qiyamı üçün əsas gətirmişdir. Öz vəsiyyətnaməsində qiyamının hədəfini belə izah etmişdir: əmr be məruf və nəhy əz münkər və cəddim Peyğəmbərin sünnəsini ehya etmək üçün qiyam etdim.

Moizə Təbliğin ikinci mərhələsində, Allah Peyğəmbərini (s) camaatı dinə dəvət etməkdə gözəl nəsihətlərdən istifadə etməyə göstəriş verir. Moizə nəsihət vermək mənasındadır. Yumşaq sözləri daş ürəkləri yumşaltmaq və pis davranışları yaxşı ilə əvəzləmək məqsədi ilə həyata keçir. Moizə əsasən duyğulu təsirə malikdir və onun təhrikilə camaatın əksəriyyətini ələ almaq, onları haqqa tərəf çəkmək olar. "Hikmət" insanın ağılından, moizə isə insanın diyğularından yararlanmaqdan ibarətdir. Moizənin "gözəl" qeydlə qeydlənməsi buna görədir ki, moizə gözəl olmazsa heç kəsə təsir etməz (Nümunə təfsiri, 11-ci cild, səh 456). Moizədə acıqlı söz, özünü üstün tutaraq deyilən söz, tərəf müqabili təhqir etmək və inadcıl olmaq kimi xüsusiyyətlər olmamalıdır.

İmam Hüseynin dəvəti ürəyə yatan moizələrlə doludur. İnsanları hidayət etmək üçün göxəl moizələr etmişdir. Hürr ibn Yəzid Riyahi imamın Kufəyə tərəf getməsinin qarşısını alanda imam əshabının hüzurunda bir xütbə oxudu, moizə etdi. Moizədə mühüm nöqtələrə işarə etdi:

و إن الدنيا قدتغيّرت و تنكرت، وأدبر معروفها، و استمرّت وولّت حتى لم يبقمنها إلا صبابة كصبابةالإناء، و إلا خسيسعيش كالمرعى الوبيل. ألا ترون أن الحقلا يعمل به، وأن الباطل لا يتناهىعنه، فليرغب المؤمنون فيلقاء اللّه عزّ وجلّ. فإني لا أرىالموت إلا سعادة، والحياة مع الظالمين الباغينإلا برما

"Başımıza gələnləri görürsünüz! Ruzigar dəyişib, pis üzü aşkara çıxıb. Yaxşılıqdan çox az miqdar alıb və bu vəziyyət davam etməkdədir... Görmürsünüzmü ki, heç kəs haqqa əməl etmir və batildın heç kəs çəkindirmir?! Batilin həddi, sonu yoxdur?! Belə vəziyyətdə həqiqi mömin haqq yolunda şəhadət

istəyər. Belə bir vəziyyətdə, mən ölümü səadətdən başqa bir şey saymıram. Zalımlarla yaşamağı isə bədbəxtlik və zillətdən başqa bir şey hesab etmirəm" (Ehqaqul-həqq və izhaqul-batil, 11-ci cild, səh 605).

Bunlardan əlavə, imam şəxslərlə davranışında da moizədən bəhrələnirdi. Zuheyr ibn Qin Məkkədən qayıdan yolda imam Hüseyn karvanıylı rastlaşan şəxs idi. İstirahət vaxtı elə yerdə xüymə qurmaq istəyirdi ki, imamla üz-üzə gəlməsin. Evlərin birində imam onun üçün adam yolladı, ona deyin ki, onu görmək istirəm- dedi. Zuhəyr əvvəl getmək istəmirdi. Amma arvadı Deyləm bint Ömər-in israrıyla imamla görüşə getdi. İmamı gördü və danışdılar. Zuheyr qayıdanda üzü gülürdü və sevincli idi. əmr verdi ki, xüymələri imamın xeyməsinə yaxın yerdə qursunlar. (Lühuf, səh 86-87).

Həmçinin İmam Kufəyə gedəndə Bəni Muqatilin sarayında Abdullah ibn Hurr Cofi ilə rastlaşır. Ona xitabən buyurdu: Gəl bizimlə gedək ki, qələbə çalaq! Abdullah dedi: Mənim çox bahalı qılıncım və misilsiz atım var. İmam cavab verdi: Qılıncın və atınla i.imiz yoxdur. Bizim işimiz sənin özünlədir. Abdullah razılaşmadı, imama qoşulmadı. Həzrət ona buyurdu: Əgər bizimlə deyilsənsə burada qalma, çünki, bizim məzlumluq fəryadımızı eşidib bizə cavab verməyən şəxs həlak olacaq” فوالله لا یسمع واعیتنااحد ثم لا ینصرناالا هلک.

Münazirə (mübahisə və mücadilə)

Qurani-Kərim üçüncü mərhələdə onlara təbliğ etməyin daha gözəl yolunu deyir. "onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et”. Mübahisə qalib gəlmək üçün danışıq mənasındadır. Tərəf müqabilin bildiklərindən vaz keçilməsi üçün işə salınan bir dəlildir. Mübahisə tərəf müqabili öz iddiası ilə rədd etmək deməkdir. (Əl-Mizan, 12-ci cild, səh 534). Əlbəttə Quranın da açıq buyurduğu kimi mübahisə ən gözəl şəkildə baş tutarsa təsirli olar. Yəni bütün insanlıq qaydaları riayət olunmalı, təhqir və s deyilməməlidir.

Məsumların həyatı muxaliflərlə mübahisə ilə doludur. "Əl-Ehticac əla əhlil-licac” kitabında həzrət Peyğəmbər (s), və məsum imamların mübahisələri geniş şəkildə nəql olunmuşdur.

İmam Hüseyn (ə) da müxtəlif yerlərdə Kufəlilərlə mübahisə etmişdir. Onlardan iqrar almaq üçün belə buyurmuşdur: "Mən sizin peyğəmbərinizin oölu deyiləmmi? Mən Allaha ilk iman gətirən və peyğəmbəri ilk təsdiq edən şəxsin (Hz. Əlinin) oğlu deyiləmmi? Həmzə mənim əmim deyilmi? Əbi Talibin oğlu Cəfər Təyyar mənim əmim deyilmi? Cəddim Peyğəmbər (s) buyurmayıb ki, (Həsən və Hüseyn) bu iki nəfər behişt cavanlarının ağasıdır?” (Ehqaqul-həqq və izhaqul-batil, 11-ci cild, səh 605).

الست انا ابن نبیکموابن اول المومنین ایماناو و المصدقلله و رسوله؟ الیسحمزة سید الشهداء عمّی؟الیس جعفر الطیار فیالجنان عمّی؟ الیس قالجدّی (ص): ان هذینولدای سیدا شباب اهلالجنة من الخلق اجمعین؟

İmam sonra buyurdu: "əgər bu sözləri məndən qəbul etmirsinizsə siz Kufəlilərin arasında Zeyd ibn Sabit, Bəra ibn Azib və Ənəs ibn Malik var, özüm və qardaşım

barəsində Peyğəmbərdən (s) nəql etdiklərimi təsdiq edə bilərlər. (Ehqaqul-həqq və izhaqul-batil, 11-ci cild, səh 605)

Həzrət sonda fürsətdən istifadə edib onları şahid tutdu və dəvətindəki əsas hədəfi onlara dedi:

وَ اللَّهِ لَا أُعْطِيكُمْبِيَدِي إِعْطَاءَ الذَّلِيلِ وَ لَا أَفِرُّفِرَارَ الْعَبِيدِ ثُمَّ نَادَى يَاعِبَادَ اللَّهِ إِنِّي عُذْتُبِرَبِّي وَ رَبِّكُمْ أَنْتَرْجُمُونِ أَعُوذُ بِرَبِّي وَرَبِّكُمْ مِنْ كُلِّ مُتَكَبِّرٍلا يُؤْمِنُ بِيَوْمِ الْحِسابِ.

"Allaha and olsun ki, əlimi zəlilcəsinə beyət etmək üçün sizə tərəf uzatmayacağam və kölələrin qaçışı kimi sizdən qaçmayacağam. "Mən sizin məni daşqalaq etmənizdən mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha pənah aparıram!” "Mən haqq-hesab gününə inanmayan hər bir təkəbbür sahibindən həm mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha pənah aparıram!” (Əl-İrşad fi mərifəti hocəcillahi ələl-ibad, 2-ci cild, səh 98).

İmam Hüseyn Ömər Səd ilə də münazirə etdi. İmamın göstərişilə altı nəfərdən ibarət heyət yaradıldı. Üç nəfər digər üç nəfərlə üzbəüz oturdular. Yəni imam özü, həzrət Əbəlfəzl və Əli Əkbər oturdular. Onların müqabilində Ömər Səd, Ömərin oğlu və qulamı oturdu. İmam buyurdu: "vay olsun sənə ey Sədin oğlu! Ona tərəf qayıdacağın Allahdan qurxmursanmı? Mənimlə müharibə etməkdən qorxmursanmı? Sən mənim Peyğəmbərlə rabitəmi bilirsən. Bunlardan uzaq ol, mənə qoşul. Mən səni uca Allaha yaxın edərəm. Ömər Səd dedi: Ey Əba Əbdillah! Evimin viran olmasından qorxuram. İmam buyurdu: mən onu sənin üçün tikərəm. Ömər dedi: əmlakımın müsadirə olmasından qorxuram. İmam buyurdu: mən Hicazdakı öz əmlakımdan səninkilərdən yaxşısını sənə verərəm. Ömər dedi: ailəliyəm, onlar üçün qorxuram! Sonra imam dinmədi, cavab vermədi".

Müjdələmək və qorxutmaq

İmam Hüseyn yuxarıda qeyd olunan üç təbliğ metodundan əlavə, digər metodlardan da istifadə edirdi. İmamın istifadə etdiyi metodlarln hər biri Qurani-kərimlə uyğundur. Onlardan biri də "müjdələmə" və "qorxutma" üslubudur. Başqa adı "təşviq" və "tənbih"-dir. İnsanın hər hansı bir işi görməsi üçün müəyyən həvəsləndirici amillərə ehtiyacı var. Bəzən də qurxuducu və təhdidedici amillərə ehtiyac duyulur. Çünki, insanda iki fitri xüsusiyyət var: Həmişə ləzzətləri çox istəyər, əzablardan və çətinliklərdən isə qorxar (qaçar). İmam Əli (ə.s) buyurur:

الْفَقِيهُ كُلُ الْفَقِيهِ مَنْلَمْ يُقَنِّطِ النَّاسَ مِنْ رَحْمَةِ اللَّهِوَ لَمْ يُؤْيِسْهُمْ مِنْرَوْحِ اللَّهِ وَ لَمْيُؤْمِنْهُمْ مِنْ مَكْرِ اللَّه

"Dərrakəli və zirək alim o kəsdir ki, xalqı Allahın mərhəmət və bağışlamasından məyus etməsin, onları Allah tərəfindən olan rahatlıq və asayişə naümid etməsin və həmçinin onları Allahın cəza və intiqamından xatircəm və asudə etməsin” (Nəhcül-bəlağə, 90-cı hikmət). İmam Hüseyn (ə) Ömər ibn Sədi də qorxudmaqla təbliğ edib buyurdu: Qiyamətdən qorxmursanmı? Sənə xəbərdərlıq edirəm ki, məni öldürməkdə iştirak etsən, nə dünyaya sahib olacaqsan nə də axirətə. Sonra buyurdu: Qarşıda elə bir gün görürəm ki, sənin başın nizə üstündə, Kufə uşaqları sənə tərəf daş atırlar. Allah yataqda canını alacaq, qiyamət günü səni bağışlamayacaq. Ümid edirəm ki, İraqın buğdası sənə nəsib olmaz.

İmamın Ömər ibn Səd barədə buyurduqları bircə-bircə həyata keçdi. Ömər yataqda ikən Muxtar əli ilə öldürüldü.

Aşura günü Əmr ibn Qurzə Ənsari yerə düşdükdə imam onun yanına gəldi. Əmr imama dedi: اوفیت یا بن رسولالله؟ "Ey Rəsulullahın oğlu! Səninlə əhdimə vəfa etdimmi?" Həzrət ona müjdə verib buyurdu: "sən məndən öncə behiştə gedirsən. Mənim salamımı peyğəmbərə çatdır" (Lühuf, səh 121).

İmam Hüseyn (ə) dəfələrlə bu metoddan istifadə etmişdir. Bəsrə əhlinə məktub yazdı. Yəzid ibn Məsud Bəsrənin başçılarından idi, imanın məktubuna müsbət cavab verdi, "gəlirəm" dedi, amma vaxtında çata bilmədi. O Kərbəlaya çatanda artıq müharibə qurtarmışdı, çox təəssüfləndi. İmama müsbət cavab verdiyi üçün imam onun cavabında buyurdu: "Allah səni qiyamətin vəhşətindən amanda saxlasın, izzətini çoxaltsın, hər kəsin susuz olduğu gündə Allah səni su ilə sirab etsin!" آمَنَكَاللَّهُ يَوْمَ الْخَوْفِ وَأَعَزَّكَ وَ أَرْوَاكَ يَوْمَالْعَطَشِ الْأَكْبَر (Biharul-ənvar, 44-cü cild, səh 339).

Vəhəb ibn Hubabın arvadı Vəhəbin qolunun kəsildiyini görəndə dəmir əmudu götürüb ona kömək etmək məqsədilə meydana tərəf gedirdi. Amma Vəhəb ona icazə vermədi. İmam Hüseyn (ə) da onun yanına gəlib buyurdu: "Xanədanıma etdiyin yardıma görə Allah səni mükafatlandırsın. Allah sənə rəhm etsin, qadınlar olan çadırlara tərəf qayıt" (Lühuf, səh 120)

Nemətləri xatırlatmaq

Nemətləri xatırlatmaq üslubu da Qurandan əxz edilib. Allahın peyğəmbərləri də bu metoda əməl edirdi. İmam Hüseyn də təbluğində bu üslubdan istifadə etdi. Demək olar ki, Quranın hər səhifəsində Allahın bəşərə bəxş etdiyi nemətlər xatırlanır. O cümlədən, Allah təala "ər-rəhman" surəsində 31 dəfə Öz nemətlərinə işarə edir. فَبِأَيِّآلاءِ رَبِّكُما تُكَذِّبان Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?! "Nəhl" surəsində qırx nemət zikr olunub. Allahın nemətləri saya hesaba gəlməz. وَ إِنْتَعُدُّوا نِعْمَةَ اللَّهِ لا تُحْصُوها"Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz”

Nemətləri xatırlatmaq ən yaxşı təbliğ metodudur. Camaatı dinə cəzb etmək üçün ən yaxşı vasitədir. İnsan həyatını asanlaşdırmaq üçün Allah ona müxtəlif nemətlər əta etmişdir. Nemətlərin şükürünü yerinə yetirmək zehndə, dildə və əməldə nemətləri xatırlamaq lazımdır. Bu səbəbdən Allah Peyğəmbərinə buyurur ki, Və (həmişə) Rəbbinin sənə olan nemətindən söhbət aç! وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّث (Zuha surəsi, 11-ci ayə).

İmam Hüseynin ərəfə günündə oxuduğu dua (ərəfə duası) nemətlərin xatirlanması və şükürünün ən ali nümunəsidir. İmam bu duada Allahın saysız nemətlərinə işarə edir. İnsanın yaranması, dünyaya sağlam gəlməsi, körpənin beşikdə qorunması, qidalanmaq üçün ana südünün hazırlanması, ananın övlada qarşı məhəbbəti, uşağın dil açıb danışması, uşağa başa düşmək qabilliyyətinin verilməsi Allahı insana inayətidir. İnsana yemək-içmək növlərinin verilməsi də

nemətlərdəndi. Sonra imam bədən üzvlərinə işarə edib onların hamısının Allahın saysız hesabsız nemətlərindən hesab edir ki, onların hər biri üçün ayrıca şükür etmək lazımdır. Aşura axşamı o çətin şəraitdə belə imam Allahın nemətlərini sadalayıb Ona həmd edir:

اتني على اللّه- تباركو تعالى- أحسنالثناء، و أحمده علىالسرّاء و الضرّاء، اللهمّاني أحمدك على أناكرمتنا بالنبوّة، و علّمتنا القرآنو فقّهتنا فيالدين، و جعلت لناأسماعا و أبصارا وأفئدة، و لم تجعلنامن المشركين

"Ən yaxşı təriflər Allaha məxsusdur. Çətin və gözəl günlərdə Allaha həmd edirəm. Ey Allah! Bizə Peyğəmbər göndərdiyinə görə, Quranı öyrətdiyinə görə, dini başa saldığına görə, bizə göz, qulaq və qəlb verdiyinə görə Sənə həmd edirəm. Bizi şükür edənlərdən qərar ver" (Ehqaqul-həqq və izhaqul-batil, 11-ci cild, səh 611).

Şəxsiyyətə hörmət etmək

Təbliğ yollarından biri də şəxsiyyətə təzim etməkdir. Bu yolla da insanları cəzb etmək olar. İnsanlara ehtiram etməklə onların diqqətini cəzb etmək mümkündür. Çünki, bəşər fitri olaraq özlərini çox istəyirlər. Səbəbi nə olursa olsun, təhqir olunmaq, danlanmaq, xəstə olmaq və ona əziyyət edən, onu narahat edən hər şeydən acığı gəlir.

Hədisdə buyurulur ki, "şəxsiyyətli insanın yanında dünya kiçikdir" (Tuhəful-uqul, səh 278) مَنْكَرُمَتْ عَلَيْهِ نَفْسُهُ هَانَتْ عَلَيْهِ الدُّنْيَا

Başqa rəvayətdə buyurur: "şəxsiyyətli insanlar özlərini günahla kiçiltməzlər" (Ğurərul-hikəm, səh 634). مَنْكَرُمَتْ عَلَيْهِ نَفْسُهُ لَمْ يُهِنْهَا بِالْمَعْصِيَة

Başqa bir hədisdə buyurub: "şəxsiyyətli insanın şəhvəti ona müsəllət olmaz" (Nəhcül-bəlağə, 449-cu hikmət). مَنْكَرُمَتْ عَلَيْهِ نَفْسُهُ هَانَتْ عَلَيْهِ شَهْوَتُه

Yəzid ibn Subeyt Bəsrə əhlidir. İki oğlu, bir qulamı və üç dostu ilə birlikdə imam Hüseynə kömək etməyə gəlmişdi. Məkkədə özlərini imama çatdırdılar və özləri üçün çadır qurdular. O tez imamı görməyə getdi. Amma çatanda gördü ki imam yoxdur. İmamın harda olduğunu soruşdu. Ona dedilər ki, imam səni qarşılamaq üçün sənin çadırına tərəf getdi. Həzrət bu şəkildə əshabına ehtiram edirdi. İmam Məhdi (ə) da onun məqamını uca tutmuş və "nahiyə" ziyarətində buyurur:

السَّلامُ عَلى زَيْدِ بْنِثُبَيْت الْقَيْسِيِّ، السَّلامُ عَلى عَبْدِ اللَّهِوَ عُبَيْدِ اللَّهِ ابْنَيْ يَزِيدبْنِ ثُبَيْت الْقَيْسِي

Rəvayət olunur ki, Əbu Səmamə imam Hüseynin yanına gəlib dedi: döyüş davam edir və namazın vaxtı çatmışdır. Vaxtı çatmış namazı qılaraq Allahı mülaüat eləmək istirəm. İmam buyurdu: "namazı xatırladın. Allah səni namaz qılanlardan qərar versin. Bəli, indi namaz vaxtıdır" ذكرتالصلاة جعلك اللّه منالمصلّين الذاكرين! نعم، هذا أوّلوقتها

sonra imam buyurdu ki, düşmən ordusindan namaz qılmaq üçün icazə alın. Şimr həzrət Əbəlfəz və qardaşıarı üçün "əmannamə" gətirəndə onlar Şimrə əhəmiyyət vermədi, ona cavab da vermək istəmirdilər. İmam Hüseyn buyurdu: "cavabını verin, fasiq adam olsa belə"

Belə bir davranış tərzi insaniyyət məqamına ehtiramın əlamətidir və təbliğ üçün olduqca önəmlidir.

İmam Hüseyn aşura axşamı əshabına ehtiram edirdi. "Ən vəfalı dostlar" və "ən sədaqətli dostlar" sözləri ilə dostların hörmət edirdi.

أما بعد؛ فاني لاأعلم أصحابا أولى ولا خيرا من أصحابي،و لا أهلبيت أبرّ و لاأوصل من أهل بيتي،فجزاكم اللّه عني جميعاخيرا "Mən dostlarımdan vəfalı adam tanımıram və öz xanədanımdan gözəl və mehriban xanədan görməmişəm. Allah mənim tərəfimdən sizlərə mükafat vetsin". Həzrət imam Hüsen Hürr, Zəhir, Həbib və Əqilin ailəsinə xüsusi ehtiram göstərdi. Əqilin ailəsini bir yerə yığıb dedi: "Müslim ibn Əqilin şəhadəti ilə siz borcunuzu ödədiniz, siz şəhid vermisiniz, hamınız gedə bilərsiz" Onlar imamın cavabında dedilər: "Allaha and olsun ki, ölənə qədər mövlamızdan ayrılmayacağıq" (Ehqaqul-həqq və izhaqul-batil, 11-ci cild, səh 611).

İmam Hüseynin təbliğ üslublarının təsirlərindən nümunələr

İmamın dostları və əshabının sözləri, əhval-ruhiyyəsi və davranışlarına baxdıqda, xüsusilə də o çətin vəziyyətdə, cürbəcür müşküllərlərlə üzləşdikləri bir vaxtda, heç bir təchizatın olmadığı bir vaxtda öz imamlarına "ləbbeyk" demələri imam Hüseynin təbliğatının təsirindən xəbər verir. Müxtəlif bəlalara mübtəla olmalarına baxmayaraq özləri son nəfəslərinədək imamla birlikdə oldular və digər insanları da bu yola dəvət dəvət etdilər. Dostlarından istədilər ki, imamı tək qoymasınlar. Zuheyr ibn Qin imamı ilk gördükdə, imamın baxışları və moizəsi nəticəsində elə dəyişdi ki, Hürr imamın hərəkətinə mane olduqda imam bir xütbə oxudu, Zuheyr xütbəbi eşidən kimi ayağa qalxıb dedi: "Ey Rəsulullahın oğlu! Biz sənin sözlərini eşitdik. Bu fani dünya bizim yanımızda dəyərsizdir. Əgər dünya fani olmasaydı, biz dünyada əbədi qalsaydıq yenə də səninlə ölməyi dünyada əbədi qalmağdan üstün bilərdik (tərcih edərdik)"

Hilal ibn Nafe Bəcəlli imamın xütbəsinin davamında dedi: "Ey Rəsulullahın oğlu! Allaha and olsun ki, Biz Allahı mülaqat etməkdən və ölümdən qorxmuruq. Öz sadiqanə niyyətimizdə qalmağa davam edirik. Çox möhkəm bir bəsirətimiz var. Sizin dostlarınızla dost, düşmənlərinizlə düşmənik"

Burəyr ibn Xuzəyr Həmədani də imamın xütbəsindən sonra belə dedi: "Ey Rəsulullahın oğlu! Allah bizə sənin yanında döyüşüb tikə-tikə olmaqda müvəffəq etməklə böyük neməti vermişdir. Bunun əvəzində cəddin Peyğəmbər (s) qiyamət günü şəfaətçimiz olsun"

Qəys ibn Musəhhər Səydavi imam Hüseynin məktubunu Kufə şiələrinə aparan şəxs idi. İbn Ziyadın əsgərləri tərəfindən tutuldu. İmamın məktubunu cırdılar. Bu işinə görə İbn Ziyad onu vadar etdi ki, minbərə çıxıb imam Hüseyn, atası Əli və babası Peyğəmbərdən bezdiyini söyləsin. Lakin o minbərə çıxıb vilayət və imaməti müdafiə etdi, düşmənlərini lənətlədi. Özünü imamın nümayəndəsi kimi (elan etdi) tanıtdırıb camaatdan ona kömək etmələrini istədi. Bu xəbər İbn Ziyada çatdı. Əmr verdi ki, onu Darul-imarə sarayının üstündən yerə atsınlar. Bu minvalla Qəysi şəhid etdilər.

Aşura axşamı Muhəmməd ibn Bəşir Həzrəmiyə xəbər çatdı ki, oğlu Reydə əsir olub. İmam Hüseyn onun yanına gəlib dedi: "Mən beyətimi səndən götürdüm.

Övladığından ayrı düşmüsən, get bacardığını elə (oğlunu xilas etmək üçün əlindən gələni et)"

Muhəmməd dedi: "diri-diri yırtıcı heyvanlara yem olum, belə etsəm səndən uzaq olaram"

Vəhəb ibn Hubab Kəlbi anası və arvadı ilə Kərbəlada idilər. Bir müddət döyüşdükdən sonra anasının yanına gəlib soruşdu ki, məndən razı oldunmu? Anası dedi: peyğəmbərin oğlunun yolunda ölməyənədək səndən razı olmayacağam. Vəhəb meydana qayıtdı. Hər iki qolu kəsildi. Arvadı dəmir əmud götürüb ona tərəf getdi, ondan Peyğəmbər ailəsinə yardım etməsini, onları müdafiə etmək üçün döyüşə davam etməsini istədi.

Burəyr ibn Xuzəyr Həmədani də aşura axşamı üst-başını təmizlədi, şəhadət qüslu verdi. Başqa dostları ilə bir yerə yığışıb zarafatlaşmağa-gülüşməyə başladılar. Bunun səbəbini ondan soruşdular. Burəyr dedi: Allaha and olsun ki, mən heç vaxt zarafat əhli olmamışam. Mənim sevincim sabah mənə nəsib olacaq səadətə görədir. (Lühuf, səh 94-120).

Bunlar imam Hüsenlə irtubatda olmağın və imam Hüseynin təbliğinin təsirlərindən nümunələr idi. Kərbəla səhrasında imam onlara elə təbliğ etmişdi ki, son damla qanlarınadək imamla bağladıqları əhdə vəfa etdilər. Mənbə: Rəhtuşeye rahiyane nur, 119. Səh 13.

Müəllif: Muhəmməd Kazım Kərimi

Hazırladı və tərcümə etdi: Ə. Pərvanə

 

"ULUYOL"

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300