Bakı bu yolla Zəngəzur və İrəvanı da qaytara bilər - Politoloq

 

ATƏT-in Minsk Qrupunun iki üzvü – Rusiya və ABŞ Dağlıq Qarabağ münaqişəsini həll etmədən regiona nəzarət etmək istəyir.

 

Bu sözləri axar.az-a açıqlamasında keçmiş diplomat, politoloq Fikrət Sadıqov deyib. Politoloq hesab edir ki, Ermənistanla güc dilində danışmaq lazımdır:

"Ermənilər işğal edilmiş əraziləri heç vaxt sülh yolu ilə geri qaytarmayacaqlar. İndiki şəraitdə görünən budur ki, Dağlıq Qarabağ münaqişəsinin yeganə həll yolu hərb variantıdır. İş orasındadır ki, Rusiya, ABŞ və Fransa bununla razılaşmayacaq. Xüsusən də Rusiya və ABŞ bu variantda regiona təsir imkanlarını itirə bilər. Onların bir nömrəli məqsədi Dağlıq Qarabağ münaqişəsini həll etmədən regiona nəzarət etməkdir. Üstəlik, son zamanlar Rusiyanın Ermənistanı silahlandırması danışıqlar prosesinə ziddir. Amma bütün bunlara baxmayaraq, Azərbaycan problemin həlli istiqamətində bütün vasitələrdən istifadə edir və bundan sonra da etməyə hazırdır. Bu baxımdan da Azərbaycan Madrid prinsipləri üzrə danışıqları davam etdirməli, iqtisadi və hərbi gücünü artırmalıdır. Bu, gələcəkdə tarixi İrəvan və Zəngəzur bölgələrini geri qaytarmağa imkan yarada bilər”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300