İspan nəşri "Qarabağ"la bağlı "erməni səhvi"ni düzəltdi
Virtualaz.org xatırladır ki, nəşr "Atletiko"nun
futbolçusu Yannik Karraskos haqda dərc etdiyi yazıda Azərbaycan futbolunun
Çempionlar Liqasındakı təmsilçisi "Qarabağ"ı "erməni klubu"
adlandırmışdı.
""Çolo"nun uşaqları ("Atletiko"nun baş məşqçisi Dieqo
Simeonun ləqəbi – virtualaz.org) erməni "Qarabağ”ına qarşı oynadı - rəqib,
hansı ki, kağız üzərində tamamilə keçilən görünürdü. Ancaq "Atletiko"
qol vura bilmədi, Avropada ikinci dəfə heç-heçə oynadı və bununla da öz pərəstişkarlarını
hirsləndirdi", - deyə Mundo Deportivo yazmışdı.
Azərbaycandan çoxsaylı şikayətlərdən sonra nəşr "erməni" sözünü mətndən
çıxarıb və səhvini düzəldib.
Uluyol.az