Dünya türkoloqları Qazaxıstanda toplaşıblar

 

AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, eyni zamanda Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasıyla Əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli (Qəzənfəroğlu) 18-20 oktyabr 2017-ci il tarixlərində Qazaxıstanın Türküstan şəhərində Uluslararası Xoca Əhməd Yəsəvi Türk-Qazax Universitetinin və onun nəzdindəki Türkologiya İnstitutunun düzənlədiyi 7-ci Beynəlxalq Türkoloji Konqresdə iştirak edib.


Bu barədə Femida.az-a Faiq Ələkbərli məlumat verib.

O bildirib ki, "Təhlükədəki Türk dilləri” mövzusuna həsr edilmiş Beynəlxalq konfransa 6-dan çox ölkənin Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya Federasiyası, o cümlədən Tatarıstan, Çuvaşiya, Başqırdıstan, Yakutiya və b. Türksoylu ölkələrin alimləri qatılıblar.

F.Ələkbərli vurğulayıb ki, Konqresdə tanınmış dilçi alimlərdən Suer Eker, Eyup Sarıtaş (Türkiyə), Şakir İbrayev, Serdar Dağıstan (Qazaxıstan), Nikolay Eqorov (Rusiya Federasiyası, Çuvaşiya), Valerya Lemskaya (Rusiya Federasiyası, Tomsk), Firdaus Xisamatidinova (Rusiya Federasiyası, Başqırdıstan), Nasraddin Nazarov (Özbəkistan) və başqaları iştirak ediblər. Konqresin əsas mövzusu təhlükədəki Türk dilləri və onların həll yolları, eləcə də ortaq türk dilinin yaranmasının vacibliyi olmuşdur.

Azərbaycan alimi "Quzey Azərbaycanda milli dil məsələsi və onun həll yolları (XX yüzil-XXI yüzilin başları)” mövzusunda məruzəsi zamanı həm Azərbaycan türkcəsinin son əsrdə yaşdığı problemləri, həm də digər Türk xalqlarının eyni taleyi yaşamasından dolayı ortaq Türk dilinin artıq özünü ifadə etməsinin vacibliyini dilə gətirib. F.Ələkbərli: "Mən məruzəmdə 19-cu əsrin ortalarına qədər Türk xalqlarının əsasən, bir-birlərini anladıqları halda, ancaq son bir əsr yarım ərzində ciddi probləmlərlə üzləşdiyini bildiridim. Özəlliklə, Türk xalqlarının dillərinin sözdə inkişafında maraqlı olan qüvvələrin, əslində niyyətləri onların bir-birlərindən uzaqlaşması olmuşdur. Çünki hər bir xalqın milli varlığı ilk növbədə, onun dilinin inkişaf səviyyəsi ilə ölçülür. Biz isə görürük ki, xüsusilə Sovet Rusiyası Türk xalqlarının dillərinin ayrı-ayrılıqda inkişafı adı altında əslində ruslaşdırma siyasəti aparmışdır”.

F.Ələkbərli Konqresdə ortaq Türk dilinin yaranmasıyla bağlı konkret iki təklif verdiyini də dedi:

"Mən Konqres iştiraskçılarının nəzərinə çatdırdım ki, birincisi, ortaq Türk dili qədim Türkcə ilə Türk xalqlarınım müasir dilləri üzərində işləməklə ortaya qoyulmalıdır. Yəni, ortaq Türk dili əski türkcə ilə müasir dövrdə çox işlədilən Türk dilləri üzərində təşəkəkül tapmalıdır. İkincisi, həmin ortaq Türk dili bütün müstəqil Türk dövlətlərinin (Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Quzey Kipr Türk Cümhuriyyəti, Türkmənistan) təshil sistəmində yer almalı və 1-ci siniflərdən etibarən məcburi olaraq tədris olunmalıdır. Bir sözlə, hər bir Türk xalqı öz dilini inkişaf etdirmək, digər əcnəbi dilləri öyrətməklə yanaşı, ortaq Türk dilini də keçməlidirlər. Bununla da, bu kimi Türkoloji və digər konqreslərdə bir araya gələn Türk xalqlarının alimləri də öz çıxışlarını ortaq Türkcədə etməlidirlər. O zaman indi də qarşılaşdığımız kimi artıq rus, ingilis və ya başqa dillərdən istifadə etməyə də ehtiyac qalmayacaqdır”.

 

"ULUYOL"

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300