AŞPA məruzəçisi jurnalistin Kiyevdə saxlanılmasından narahatdır

 

Avropa Şurası Parlament Assambleyasının İnterpolda qanun pozuntuları məsələləri üzrə xüsusu məruzəçisi Bernd Fabritius Ukraynada saxlanılan jurnalist, Niderland Krallığının vətəndaşı Fikrət Hüseynli ilə bağlı bəyanatla çıxış edib.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) saytında (http://assembly.coe.int/nw/xml/News/News-View-EN.asp?newsid=6845&lang=2&cat=5) yayılan bəyanatında məruzəçi jurnalistin həbsindən dərin narahatlıq keçirdiyini bildirir.

"Mən AŞPA-nın İnterpol xətti ilə siyasi məqsədlərlə məsuliyyətə cəlb edilərək cəzalandırılan jurnalistlərin və siyasətçilərin məsələsini araşdıran şəxs kimi son zamanlarda baş verən hadisələrdən dərin narahatlığımı bildirirəm. Təəssüf ki, bir neçə gün əvvəl azərbaycanlı jurnalist, Niderland Krallığının vətəndaşı Fikrət Hüseynlini Ukraynada həbs ediblər. Bu dəfə də bu iş İnterpol xəttilə edilib.

Mənim məruzəm əsasında AŞPA qətnamə qəbul edib və həmin qətnamədə bəzi avtoritar rejimlərin İnterpoldan alət kimi sui-istifadə edərək müxalifətçiləri cəzalandırmasına son qoyulması tələb edilir. Son hadisələr də göstərir ki, bu tələbin yerinə yetirilməsi çox vacibdir”, sənəddə qeyd edilir.

F.Hüseynli oktyabrın 14-də Kiyevdən Düsseldorfa gedərkən Borispol hava limanında Ukrayna Sərhəd Xidməti tərəfindən Azərbaycanın sorğusu ilə İnterpol-un "qırmızı bildirişlər" sisteminə daxil edilmiş axtarış əsasında saxlanılıb. O, Azərbaycan Cinayət Məcəlləsinin dələduzluq və sərhəddi qanunsuz keçmək maddələri ilə ittiham olunur.

Oktyabrın 18-də Ukraynanın Borispol Şəhər Məhkəməsi azərbaycanlı jurnalistə 18 sutka həbs verib ("Amerikanın səsi").

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300