Ərdoğan Trampa mədəniyyət dərsi keçdi

 

Cənab Tramp mədəniyyət hadisəsini zahiri olaraq dəyərləndirən bir tipologiyadır.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Bir şəhərin Qərb meyarlarına görə mədəni hesab edilməsi üçün yollarda işiqlandırma olması, palçıq olmaması kimi üzdə olan xüsusiyyətlərə baxılmalıdır. Halbuki, İslam meyarlarında bir şəhərin mədəni olmasını göstərən başqa cəhətlər var. Məsələn qapını kilidləmədən evdən çıxa bilmək, ehtiyac sahibi hər kəsə əl uzadılması, küçə heyvanlarına belə şəfqətlə davranılması. Bizim mədəniyyətimizdə mədənilik anlayışı budur. 40 mərtəbə, 100 mərtəbə hündür binalar tikmək sizi mədəni etmir. Biz də bu tələyə düşmüşük. Bizim anlayışımızda fərqli düşüncə insanlarına qapılar bağlanmayıb, ancaq Amerikadakı müsəlmanlar oradan qovulma qorxusu içindədirsə, demək ABŞ-da bir problem var. Tramp əvvəlcə bunu müzakirə etməlidir. Bizim hədəfimizdə insan yaradılmışların ən şərəflisidir. Görünən odur ki, Amerikada belə deyil”, - Ərdoğan bildirib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300