Müsavat Məclisinin sessiyası keçirildi

 

Bu gün – oktyabrın 21-də, Müsavat Partiyası Məclisinin sessiyası keçirilib. Partiyanın mətbuat xidmətindən "Basta”ya verilən məlumata görə, iclasda təşkilatı məsələlərə baxılıb və ictimai-siyasi vəziyyət müzakirə olunub.

İclasda əvvəlcə yeni seçilən rayon təşkilatı sədrlərinin Məclis üzvləri səlahiyyətlərinin təsdiq edilib.

Daha sonra Müsavat Partiyası başqanı Arif Hacılının ictimai-siyasi vəziyyət və partiyanın vəzifələri barədə məruzəsi dinlənilib. (Arif Hacılının çıxışının videosu reportaja əlavə ediləcək).

Məruzə ətrafında Müsavat İcra Aparatının rəhbəri Gülağa Aslanlı, Müsavat başqanının müavinləri Səxavət Soltanlı və Tofiq Yaqublu, Məclis üzvü Valeh Hümmətoğlu və digərləri çıxış ediblər.

İclasda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar tədbirlərin keçirilməsi üçün Təşkilat Komitəsinin yaradılması.

Bundan sonra isə Məclisdə və partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasında (MNTK) boş yerlərə seçkilər keçirilib. Məclis üzvlüyünə seçkilərdə 10 yerə qarşı 26 namizəd, MNTK-ya seçkilərdə isə 3 yerə qarşı 5 namizəd irəli sürülüb.

Say komissiyasının sədri Yadigar Sadıqov bildirib ki, ciddi rəqabət şəraitində keçirilən gizli səsvermənin yekunlarına görə, səslər bölündüyü üçün namizədlərdən heç biri yetərincə səs toplamayıb.

Sessiyada Müsavat Partiyasının prezidentliyə namizədi İsa Qəmbər qarşıda duran vəzifələr haqqında geniş çıxış edib. İsa Qəmbər bildirib ki, hakimiyyət dərinləşməkdə olan böhranın qarşısını almağa qadir deyil. O, cəmiyyətin hakimiyyətdən narazılığının getdikcə artacağını qeyd edərək, artıq beynəlxalq birliyin də bu rejimə münasibətinin tam dəyişdiyini vurğulayıb. İsa Qəmbər bildirib ki, Müsavat Partiyasının 2018-ci ildə əsas hədəfi hakimiyyətin dəyişdirilməsinə nail olmaqdır.

Sessiya davam edərkən Müsavat Partiyasının qərargahı polis əməkdaşları tərəfindən əhatəyə alınıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300