"Modernləşirik" deyə Avropanın geridə qalmış mədəniyyətini də yamsılayaq?


Siz də, mən də tez- tez bu ifadələri eşidirik:"avropalaşmaq" və "modernləşmək". Bu, kimə, nəyə, nə üçün, lazımdır? Ümumilikdə bu anlayış nədir və toplumda necə anlaşılır? Digər tərəfdən "Türkləşmək", yəni "özləşmək"-özümüzə dönmək bizə nə qazandırar və həyatımızı necə dəyişər? Bu kimi suallara cavab tapmağa çalışacağam bu yazımda. Bu cavabları araşdırarkən Avropanın öz yazarlarının, düşünürlərinin yazılarına və düşüncələrinə müraciət edəcəyəm. Öncəliklə ""modernləşmə" necə meydana gəldi” sualına cavab tapaq və anlamı ilə əlaqədar fikirlərə diqqət yetirək:

AVROPALAŞAQ , MODERNLEŞEK YOXSA ÖZLEŞİB TÜRKLEŞEK ?!....

 

Modernləşmə nədir?

Sözün anlamı çağdaşlaşmaq, yeniləşmək, əsriləşmək, yəni yüzilə uyğunlaşmaq olan "modernləşmə" (1), geri qalmış bir mədəniyyətin irəli səviyyədəki mədəniyyətə (uyqarlığa) çata bilməyi üçün göstərdiyi cəhdlərin, səylərin ortaq adıdır(2). Bu özlüyündə xarici təsirlərlə meydana gələn toplumsal dəyişiklik prosesidir(3). Milatdan sonra V yüzildə xristianlığı rəsmən qəbul edən Roma yeni dönəmi, köhnə Pagan dönəmindən ayırmaq üçün istifadə etdiyi ''modern'' kəliməsinin kökü latınca "modernus"-dan gəlməkdədir(4).
Qeyd edək ki, bəhs etdiyimiz dönəmə qədər Avropa Hz. İsaya, xiristianlığa qarşı çıxmış, savaşmışdır. Hz. İsanı qətl etmişdir. Sonrasında orta çağlardan yeni çağlara keçən, Avropanın yeni bir anlayışı olan yenidən doğuş sürəsini ifadə etmək üçün istifadə etdiyi "modern” anlayışı, Qərbin-Avropanın tarixi bölümündə içərisində özünə xas inkişaf təcrübəsini ifadə etmişdir. İlk dəfə Hengel tərəfindən istifadə edilən "modern" sözünün Avropa qitəsini əhatə etməsi bunun bir sübutudur(5). "Modern"-dən törəyən modernite termini, Avropada bəlli bir dönəmdə yaşanan böyük köklü dəyişkliklərin qarşılığıdır və bəhs etdiyimiz zamanın fərqliliklərini ifadə etmək üçün istifadə edilir(6).
Öncədən qeyd etdiyimiz kimi, Avropanın orta çağdan, yeni çağa keçərkən "modernləşmə" deyə adlandırdığı bu dönəm, nə üçün önəmlidir? Orta çağ qövmlərin böyük köçü ilə başlayır və 1453 - cü ildə Fatih Sultan Mehmedin İstanbulu fəthi ilə sona çatır. Yeni Çağ isə 1453-cü il İstanbulun fəthi ilə başlayır və Fransız inqilabı ilə 1789- cu ildə sona çatır. Bu dövrlər sözün əsl mənasında Avropanın rəzillik, geriçilik və natəmizliydən əmələ gələn yoluxucu xəstəliklərlə dolu olan tarixidir. Öncəliklə avropalıların orta çağ yaşamına, mədəniyyətinə nəzər yetirsək "modernləşməyə" nə qədər çox ehtiyacları olduğunu anlayarıq.
Hal-hazırda özlərini mədəniyyətin beşiyi zənn edən avropalıların keçmişləri heç də ürəkaçıcı deyil. Onlar sözün əsl mənasında mədəniyyəti, geyimi, təmizliyi, elmi müsəlmanlardan, Türklərdən öyrənmişlər. Onlar daima sömürgəçilik siyasəti yeritmişlər. Bununla yanaşı nə gigiyenik, nə də elmi bilgilərə malik olmayan Avropalılar kilsənin, kralın və feodal bəylərin köləsi kimi həyatlarına davam edirdilər.
Bu dövrün Avropasında yuyunmamaq modaydı və kilsə də yuyunmağı qadağan edən əmrlər verirdi. Hətta o vaxtlar yuyunmağı əxlaqsızlıq olaraq görürdülər. O zamanlar vəba, tifüs, firəngi kimi xəstəliklər yayğınlaşmışdı. Firəngi xəstəliyi Fransadan bütün Avropaya yayılmışdı. Zatən firəngi sözünün kökü, o dönəm firəng adlanan fransizlardan gəlir.
16-cı yüzilin ortalarına qədər Avropa xalqı yuyunmağı tamamilə unutdu. Onlar sadəcə əllərini, ağızlarını yuyurdular. Çox az qisim elit təbəqə ildə bir və ya iki dəfə yuyunardı. Məsələn, İspanya kralıçəsi 1. İzabel (1451-1504) həyatında iki dəfə yuyunmuşdur: birincisi evlənərkən, ikincisi doğduqdan sonra. İzabel nə səbəbdəndirsə, o zaman verdiyi qərarla xristian olmayanlara çox təzyiq göstərmiş və 200 min İspanı ölkəsindən kənara sürgün etdirmişdir. Bu kraliçə kimi ildə iki dəfə yuyunmaq ''mədəniyyətinə" sahib olan Fransız Kralı XIV. Louisdir. Fransanı ziyarət edən bir rus elçisi dönüşündə yazdığı qeydlərdə XIV Louisin vəhşi heyvan kimi qoxduğunu qeyd edir. Bu səbəbdən də səyyah Avropa tərəfindən bir daha qəbul edilməmiş və sərt tərzdə xəbərdarlıq edilmişdir.
Ruslar da onlardan geri qalmırdı, ən azından ayda bir dəfə təmizlənirdilər. O dövrlərdə Avropa saraylarının necə qoxduğunu siz təsəvvür edin. Bu bərbad qoxunun qarşısını almaq üçün ətirlər kəşf etdilər. Bu gün utanmadan fəxr etdikləri Fransız ətirlərinin yaranma səbəbini hərdən fransızlar xatırlasalar pis olmazdı! (7).

AVROPALAŞAQ , MODERNLEŞEK YOXSA ÖZLEŞİB TÜRKLEŞEK ?!....
Avropanın qaranlıq üzü-Qulyəbanilik

"Qulyəbanilərin yalnız Afrikaya aid olduğunu zənn edənlər ola bilər, amma yanılırlar. Həqiqi qulyəbanilər avropalılardır". Bu sözlər bu yaxınlarda "Mumyalar, Qulyabanilər və Vampirlər" adlı kitabı ilə Avropa və Amerikada dava dalaşa səbəb olan Durham Universitetinin müəllimlərindən Dr. Richard Sugga aiddir. Suggun fikirlərinə görə, Avropada kökü qədimə dayanan bir qulyəbanilik, yəni insan əti, qanı, sümüyü və b. istifadə etmək adəti var və bu adət təkçə orta çağa aid deyildir. Bizim guya "aydınlanma dövrü" dediyimiz 18-ci yüz ildə də bu adət var idi. Sadəcə kasıb süfrələrində deyil, möhtəşəm saraylarda, yemək masalarında da kəllə sümüyü tozuna və ya mumya parçalarına rastlanırdı.
"Geo" dərgisi ötən saylarından birində bu anormal halın gizli bəlgələrini açdı və qulyabaniliyin "Avropanın qaranlıq sirri" olduğunu ifşa etdi. Ancaq nədənsə Türkiyədə və Azərbaycanda Avropasevərlər bu gizli bəlgələrin açıldığından xəbərsiz oldular və bu gərçəkləri görməzdən gəldilər. Həm də Avropanın biz Türkləri "qətliamçı” elan etdiyi, barbarlıqla suçladığı bir zamanda, bu vəhşiliyin görməzdən gəlinməsi həqiqətən normal deyil. Qulyəbaniliyi başqa irqlərə aid edən Avropaya bu bəlgələrin işığında baxıldığında, qulyəbaniliyin ən uzun davam etdiyi qitə halına gəldiyi görünür. Bu baxımdan özünü aydınlanma mərkəzi kimi görən Avropaya qarşı Suggun kitabını, həm də "Geo"-nun xəbərini gündəmə gətirməyin tam zamanı deyə düşünürəm.
Özlərində qulyəbanilik davam etdiyi halda, karikaturalarında hər zaman "bəyazları bir qazanda bişirən Afrikalı qulyəbanilər" imicini tez- tez təkrar edirlər. Onu da qeyd etmək istərdim ki, 19. yüzilin Danimarkasında belə başı kəsilən məhkumların altında, əllərində qablarla gözləyən insanlari görə bilərsiniz. Özəlliklə, edam edilən məhkum gəncsə, ondan axacaq qanın sarılıq xəstəliyini müalicə edəcəyi düşünülürdü. İşin qəribə tərəfi, bu adətin 19.yüz ilin ortalarına qədər davam etməsidir.
Hətta edam edilən məhkumun qanını içən adamın ağzını sildiyi dəsmal belə əldən ələ gəzərək şəfa umulurdu(Sugg,səhifə 81). Məzar açmaq, "tibbi qulyəbanilik" də avropalıların adəti idi. Belə ki, 15-ci yüzildə Papa VIII İnnocent ölüm döşəyindəykən aldatılaraq öldürülən 3 gənç qurbanının qanı içirilmiş və şəfa tapacağı umulmuşdu. Ancaq bu müalicələri işə yaramadı və Papa 25 iyulda öldü.
Bu hal sadəcə papalar və xalq arasında deyil, dəbdəbəli Avropa saraylarında da keçərli idi. Belə ki, Qanuni Sultan Süleymanın"Sən ki, Fransa Kralı Françeskosun"deyə xitab etdiyi I François, yanında kiçik mumya parçası daşıyırdı. Bu arada Elmi İnqilabın filosofu olaraq dəyərləndirilən Francis Bacon da mumya parçasının qanı durdurmağa yararlı bir dərman olduğuna inanmışdır.İngiltərə kralı II. Charlesə ölüm döşəyində bol-bol kəlləsümüyü tozu içirilmişdi ki, guya acılarını dindirəcəymiş. Zatən İngiltərədə Stuart xənadanının xüsusi maraqlandırırdı "cəsət tibbi".
Sözün qısası, "modern", "modernləşən "Avropada 200 il boyunca zəngin olsun, təhsilli və ya cahil heç fərq etməz, hər kəs az və ya çox dərəcədə olaraq qulyəbanilik etdiyini Richard Sugg yazmaqdadır.Bu halda kim həqiqətən qulyəbani və barbardı?- deyə avrupalılara sual vermək lazımdır. Vəhşi və ibtidai deyə həqarətlə adlandırdığı bizlərmi, yoxsa bu işi kitablara mövzu olacaq qədər inkişaf etdirən avropalilarmı?
Bunu da qeyd edək ki, gənc insanların edam edilməsi xəstələr üçün şəfa ümidi idi. Ünlü tibb adamı Paracelsusun tələbəsi kimyaçı Johann Schroeder, ölü bədənin necə bir həyat iksiri halına gələ biləcəyini bu sözlərlə belə ifadə edir: "cinayət vaxtında ölmüş 24 yaşında qara dərili birinin cəsəti bir gecə ay işığında gözlədilməlidir. Beləcə qoxusu, tustulənmiş bir ət kimi olur".
Nəyə görə qaradərili biri tərcih edilir?-deyə düşünə bilərsiniz. Bunun səbəbi avropalıların qara dərililəri insan hesab etməməsi, heyvan kimi dəyərləndirməsi idi.
Günümüzdə Avropada yaşayan afrikalıların avropalılar tərəfindən heyvan kimi ovlananıb kölə olaraq istifadə edilən insanların nəvələri olduğunu da unutmayaq.Daha yeni -22.01.2017-ci tarixində belə, Avropada qaradərililərə təzyiq edilir və futbol meydanında "meymun" deyə təhqir edirlər(8).

AVROPALAŞAQ , MODERNLEŞEK YOXSA ÖZLEŞİB TÜRKLEŞEK ?!....

Tualet mədəniyyəti

Ən qədim tualetlərə, milatdan öncə 40000-ci illərdə Mesopatamiyada rastlanir. Avropalıların bəyənmədiyi və ötəkiləşdirdiyi Hindistanda , Suriyada və digər irqlərdə biz türklərdə olduğu kimi, tualet mədəniyyəti qədimdən vardır. Hətta Misirdə Fironların məzarlarına tualet və hamam otağı əlavə edilmişdir. Türkiyədə, Van şəhərində milatdan öncə 8. yüz ilə aid tualet qalıntısı tapılmışdır ki, bu gün istifadə edilən tualetlərə bənzərdir.Amma Avropaya baxdığımız zaman onlarda bu mədəniyyətində olmadığını açıq görürük. Məsələn, Herodotun yaşadığı o parlaq dövrdə yunanlılar tualet nədir bilməzlər.Tarixçilər bir məkan olaraq tualetin Şərqdən Qərbə keçdiyində həmfikirdilər. Amma bu keçiş yüzillər sürmüşdür. Avropada görülən xəstəliklərin də başlıca səbəblərindən biri budur.Məsələn, 1388 -ci ildə İngiltərə Kralı II. Richard göl və gölməçələri tualet yerinə istifadəsini qadağan etmiş, amma bu işi harda etmək gərəkdiyini qeyd etməyi unutmuşur. Fransada da vəziyyət eynidir. Bunun üçün də qeyd etdiyimiz kimi, Paris ətirləri kəşf edildi.
Osmanlı Türk imperatorluğunun ilk Paris elçisi İyirmisəkkiz Məhməd Çələbi xatiratlarında fransızlarin kişi və qadin fərq etmədən su kimi parfum istifadə etdiyini qeyd edir.Ancaq çevrədən və fransızların vücudundan gələn pis qoxuyla parfum birləşdiyində daha da bərbad qoxduqlarını və pis qoxularını heç bir parfum, ətirlə örtə bilməyəcəklərini qeyd edir.Çələbi vətənə döndüyündə ayağının tozu ilə "Türkçə deyimlər" sözlüyünə yeni bir ifadə hədiyyə edər ki, bu "üzərinə tüy dikmək" yəni " üzərinə tük əkmək" ifadəsidir. Bu ifadəni xətanın xəta ilə təlafi edilməsinə sinonim kimi istifadə edir. Bu ifadənin necə meydana gəldiyini sizlərlə bölüşəcəm.
Fransada Versay sarayinda" tüy tikmek" yəni "tük əkmək” metodu belə idi:koridorların künclərinə nəcislərini buraxan fransız krallarının nəcisləri xidmətçilər tərəfindən təmizlənmədən öncə, üzərinə bir qaz tükü elavə edərlərmiş və quruduğu zaman o tükdən tutub pisliyi pəncərədən küçəyə atarlarmış. Bu da beləcə "üzərinə tük əkmək" olaraq dilə daxil oldu.
Avropanın təmizliyi və tualet mədəniyyətinin önəmini anlaması çox yenidir. Binalar yüksəldikçə tualet problemi dərd oldu və nəticədə "sifon"-un binalara bir təmizlik vasitəsi olaraq girməyi ilə su təsisatçılığı başlayır.Avropa şəhərlərində modern su təsisatları, kanalizasiya sistemi 19-cu yüzilin sonlarına doğru quruldu(9).

AVROPALAŞAQ , MODERNLEŞEK YOXSA ÖZLEŞİB TÜRKLEŞEK ?!....

Avropada elm

Avropalılar elm sahəsində də hər şeyi müsəlmanlardan, türklərdən öyrənmişdir. Məsələn, astranomiyanı. Bu elmi müsəlmanlardan öyrənmələrinin nəticəsidir ki, ulduzların adı da ərəbcədən gəlir. Aldebaran (avropa dillərində) -al-Dabaran (ərəbcə), Algenib (avropa dillərində)- al-Cənub ( ərəbcə), Altair(avropa dillərində)-al-Tayr (ərəbcə).
XI yüzildə Bağdadda böyük bir rəsədxana qurulmuşdur. Teymurilərin Türk Xaqanı Uluğ bəy (1394-1449) eyni zamanda dünyanın ən böyük riyaziyyat ve astranomiya bilgələrindəndir. Uluğ bəy illərcə Səmərqənddə rəsədxananın başında durmuş, etdiyi araşdırmalarla qədim yunan bilgələrinin və daha sonra isə ilk ərəb Astranomlarının səhvlərini düzəldərək bu günkü Astranomiyanın təməlini qoymuşdur.
Bu gün Avropa qitəsinin X. Kolumb tərəfindən kəşf edildiyi söylənsə də, ondan çox uzun illər öncə ünlü dənizçi səyyah Piri Rəisin əli ilə cizdiyi xəritədə bu günkü texnologiyanın ancaq kosmik fotolarında görə biləcəyi ayrıntıların olduğunu unutmamalıyıq. Bu arada böyük Türk bilgini İbn Sina həkimliyin, tibbin qurucusudur. Onun "Əl-Şifa", "Əl-Nicat", "Əl-Qanun -Fit -Tibb" kimi əsərləri bütün Avropa Universitetlerində XVII yüzilin sonlarına qədər oxudulmuşdu (10).
Türk-İslam dünyasında ortaya çıxmış elm və təhsil qurumu, ocağı da mədrəsədir. Bu günün universitetləri də mədrəsədən ilham alaraq yaradılmışdır. Fəqət universitetləri avropalıların qurduğu deyilsə də, İslam dünyasinda ilk ali təhsil müəssəsi XI yüzilin ortalarında rəsmi bir bəlgəylə ortaya çıxan mədrəsə sistemi Səlcuklu Türlərinin əsəridir. Ayrıca bu təhsil sisteminin Səlcuqlu öncəsində bir inkişaf prosesi keçdiyini və bu hazırlıq dönəmində də Xorasan və Mavərənəhr və ya Qaşğarlı Mahmudun ifadəsi ilə Çayardi bölgəsinin, yəni əhalisinin heç olmasa, bir qismi və hər halda böyük bir qismi Türk olan coğrafi çevrələrin və Qaraxanlılar, Qəznəvilər böyük payı olduğu görünməkdədir. Beləcə, İslam dünyasının ail və orta təhsil qurumu olan mədrəsə də Türklərin bir əsəri, İslam Dünyasının kültür və mədəniyyətinə Türklərin önəmli bir qatqısı olaraq qarşımıza çıxmaqdadır(11).
Avropa səlib yürüşlərində müsəlmanlardan yuyunmağı, yemək mədəniyyətini, keramika sənətini və bir çox şey öyrənmişdir. Elm, bilim, mədəniyyət, texnologiya və s. bir çox şeyi bu gün bəyənmədikləri, hətta barbar, gerici adlandırdıqları müsəlmanlardan, türklərdən öyrənən Avropanın həqiqi mənada barbar olduğunu gördük.
Bəzi Avropalılar müsəlmanların,türklərin önəmini bu sözlərlə etiraf edirlər: "Müsəlman Əndəlüsdən bizə 30 kitab qaldı, atomu parçalaya bildik. Əgər, şayət yandırılan bir milyon kitabın yarsı qalsaydı çoxdan qalaktikalar arasında olacaqdıq".
Pierre Cure (Nobel ödüllü Fizikçi).
"Tarixdən Türkü çıxarsanız geriyə tarix deyilən bir şey qalmayacaqdır".
Wolfgan von Goethe.

Biz niyə avropalıları yamsılayırıq?
Siz də yazılardan gördünüz, Avropa üçün geridəqalmış mədəniyyətlərini inkişaf etdirmək baxımından iləri mədəniyyətdən, yəni bizlərdən-müsəlmanlardan, türklərdən bir çox cəhətdən nələrsə öyrənmək, "modernləşmək" önəmlidir və mütləqdir. Bəs bizlər "modernləşirik" deyə niyə Avropanın geridə qalmış mədəniyyətini yamsılayırıq?
Avropalaşmaq düşüncəsini "modernləşmək" olaraq anlayıb, avropalılarin "fast-food” dedikləri sağlığsız yemək tərzini, etik olmayan, mədəniyyət normalarına uymayan geyim tərzini və vulqar sözlərlə dolu musuqilərini mənimsəyərək modernləşdiyini düşünənlər var yeterincə, amma yanılırlar!
Bizlər özləşməliyik, özümüzə dönməliyik. Tarixə meyadan oxuyan, dunyanın Fateh deyə adlandırdığı ilk Avropaya hökm edən Atillanın, Oğuz xanın nəvələri, şanlı Türk milləti olduğumuz unutmamalıyıq. Bizlər özləşib, türklüyümüzün fərqinə varmasaq, modernləşə bilməyəcəyik. Elmimizə və mədəniyyətimizə sahib çıxmasaq, avropalıların bizim mədəniyyətimizi mənimsəyərək elmdə, texnologiyada irəliləmələrini uzaqdan izləməyə sadəcə daim məhkum olarıq. Sonda sizə Mehmet Akif Ersoyun, Cəlil Məmmədquluzadənin və Mustafa Kəmal Atatürkük sözlərini xatirlatmaq istəyirəm və düşünməyə çağırıram.
"Kim demiş Avrupa insanı medeni?
Nə edep var, ne haya çırılçıplak bedeni!
Eğer medeniyet açıp saçmaksa bedeni;
Desenize, hayvanlar bizdən daha medeni!"
Mehmet Akif Ersoy.
"Azərbaycan qadını çarşabdan çıxıb başını açanda müasirləşdi deyə sevincimdən papağımı göyə tulladım,o gün bu gündür papağımı tapa bilmirəm."
Cəlil Məmmədquluzadə.
"Muhtaç olduğun kudret damarlarindaki ASİL KANDA MEVCUTTUR”
MUSTAFA KAMAL ATATÜRK.

Xüsusi Təşəkkürlər Türk Komutan İSHAK ÇELIK Beyə Sayqılarla
İstifadə edilən mənbələr:
1.Mehmet Doğan, Büyük Türkçe Sözlük, Ġz yay. 11.Bas., Ekim 1996, s.780.
2. 9 Halil Ġnalcık, "Atatürk ve Türkiye‟nin ModernleĢmesi”, Belleten, c.LII /63, s.986
3.0 Emre Kongar, Toplumsal DeğiĢme Kuramları ve Türkiye Gerçeği, Remzi kit. 6. bas. Ġst.1995, s.227
4.Ergün Yıldırım, Hayali Modernlik: Türk Modernliğinin Ġcadı, Doğu Kit., 2. Bas., Ġst. Haz. 2012, s. 15
5.Şeyhmus Demir, Mutlu Sesli, Veysel Yılmaz, "Türk ModernleĢmesi: EleĢtirel Bir BakıĢ” Sosyal Bilimler Araştırmaları Dergisi- 2, 2008 s.78;77-90
6. Gönül Pultar, (Der.), Türk Bilim Adamlarının BakıĢ Açısından Ġslâm ve Modernite, Remzi Kit.1.Bas.Ġst.2007 s.23;42
7.Harris, Karen (Karen Larsdatter), "Baths in Medieval and Renaissance Works of Art.
Hull, Marvin. "Bathing and Washing During Medieval Times,
Von Furstenberg, Diane. The Bath.
Fissel, Mary E. "Steamy Encounters,” Women’s Health in Primary Care
8.dunyagerceklerim.blogspot..
9.Dini ve TARİHİ GERÇEKLER.facebook.com.
10.ekemer.com/avrupa-medeniyeti-bizden-ogrendi-same…
11. Aydın Sayılı, "Higher Education in Medieval İslam”, Ankara Üniversitesi Yıllığı, cilt 2, 1948, s. 30-71.
Aynur Talıblı. İstanbul Sabahattin Zaim Üniversiteti, Tarix və Mədəniyyət Araşdırmaları bölümü, Yüksək Lisans.

 

"ULUYOL"

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300