Türkiyənin ədliyyə naziri: "Gülənin Türkiyəyə ekstradisiyasına mane olacaq prosedur qalmayıb”

 

"Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin ABŞ-dan Türkiyəyə ekstradisiyasına mane olacaq bir sənəd, prosedur və çatışmazlıq qalmayıb”.


APA-nın "Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyənin ədliyyə naziri Abdülhəmit Gül bildirib.

A. Gül deyib ki, hər iki tərəf ekstradisiya üçün bütün lazımi şərtləri yerinə yetirib: "Bundan sonra artıq biz FETÖ liderinin ekstradisiyasını gözləyirik”.

Türkiyənin ədliyyə naziri 15 iyul hərbi çevriliş cəhdində mühüm rol oynamış FETÖ-nun Hərbi Hava Qüvvələri imamı Adil Öksüzün Almaniyada evi olması barədə bir xəbər yayıldığını və bununla bağlı Almaniyaya müraciət ediləcəyini bildirib.

A. Gül 15 iyul hərbi çevriliş cəhdi ilə bağlı 49 min 697 nəfərin həbs olunduğunu da açıqlayıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300