Sorosun Türkiyədəki adamı saxlanıldı

 

Məşhur milyarder Corc Sorosun Açıq Cəmiyyət İnstitutunun Türkiyədəki qurucusu "Qızıl Soros" ləqəbli Osman Kavala saxlanılıb.

 Axar.az xəbər verir ki, Kavala Türkiyə Cümhuriyyəti konstitusiyasını zorla dəyişdirməyə və zor tətbiq edərək hökuməti devirməyə təşəbbüsdə ittiham olunur.

"Qaranlıq əlaqələr şəbəkəsi” iddiaları ilə müxtəlif zamanlarda gündəmə gələn Kavalanın ABŞ-ın xüsusi xidmət orqanlarının nümayəndələrindən olan və FETÖ-nun sözçülərindən biri Maykl Rubin, PYD-nin keçmiş lideri Saleh Müslüm, PKK istintaqı nəticəsində həbs olunan keçmiş HDP sədri Səlahəddin Dəmirdaşla birgə fotosu ortaya çıxıb. Məlumata görə, ötən gecə İstanbulun Atatürk hava limanında saxlanılan Osman Kavala 15 iyul hadisələrinin iştirakçısı kimi dindirilir.

Qeyd edək ki, 2013-ci ildə həyata keçirilən "Gəzi" hadisələrində adı gündəmə gələn iş adamı Osman Kavala F-16 təyyarələrini modernləşdirən şəxs olaraq da tanınır. Eyni zamanda Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) Prezidenti Rəcəb Tayyib Ərdoğan üçün istifadə etdiyi "Səni pezident seçməyəcəyik” şüarının müəllifi də Kavaladır. Məlumatlara görə, Kavala HDP-li Sirri Sürəyya Öndər vasitəsilə İmralı adasında həbsdə olan PKK lideri Abdullah Öcalana mütəmadi olaraq məktublar göndərirmiş.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300