Azərbaycanlı baş redaktor saxlanıldı

 

Güney Azərbaycanın Ərdəbil şəhərində "Saray” dərgisinin baş redaktoru xanım Mojqan Siyami təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Axar.az xəbər verir ki, oktyabrın 22-də təhlükəsizlik qüvvələri Siyaminin şəxsi evinə daxil olaraq onu yaxalayıb, özləri ilə naməlum istiqamətdə aparıblar. Baş redaktorun evində axtarış aparıldığı bildirilir.

Hələlik azərbaycanlı fəalın hansı səbəbdən yaxalandığı barədə heç bir məlumat yoxdur.

Qeyd edək ki, M.Siyami azərbaycanlı milli-mədəni fəallardan biridir. O, "Saray” dərgisinin baş redaktoru və qadın haqları müdafiəçisidir.

Fəal İranda 12-ci prezident seçkilərində öz namizədliyini irəli sürüb, lakin onun namizədliyi rədd edilib. O, seçkilərdə "Din siyasətdən ayrı olmalı” və "Ana dilində təhsil olmalı” şüarları ilə çıxış edib. Həbsinin ana dili ilə bağlı fikirlərinə görə olduğu istisna edilmir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300