Milli çempionatlarda durum

 

Avropada milli futbol çempionatları davam edir. Novator.az bildirir ki, İngiltərə çempionatında 9 turun ardından "Mançester Siti” 25 xalla öndə gedir. Onu 20 xalla "Mançester Yunayted” və "Tottenhem” təqib edir.

9 turdan sonra Almaniya çempionatında "Borussiya” (Dortmund) və "Bavariya” 20 xalla liderliyi bölüşürlər. "Leypsiq”in 19 xalı var.

İspaniya çempionatında 9 turun yekununda "Barselona” zirvədədir: 25 xal. "Valensiya” 21 xalla ikinci, "Real” 20 xalla üçüncü pillədə qərar tutur.

9 turu geridə qalan İtaliya çempionatında ilk pillədə 25 xalla "Napoli” dayanır. "İnter” 23, "Yuventus” və "Latsio” 22 xal toplayıb.

PSJ 10 turdan sonra Fransa çempionatında liderdir: 26 xal. "Monako” 22 xalla ikincidir, onu 20 xalla "Nant” izləyir.

Hollandiya çempionatında 9 turdan sonra PSV (24 xal), Portuqaliya çempionatında 9 turdan sonra "Portu” (25 xal), Türkiyə çempionatında 9 turdan sonra "Qalatasaray” (23 xal) öndə gedir.

Ukrayna çempionatında 13 turdan sonra lider "Şaxtyor” 32 xal yığıb.

Rusiya çempionatında "Zenit” 14 oyundan 29 xal götürüb. Lideri 26 xalla ehtiyatda bir oyunu olan "Lokomotiv” (Moskva) izləyir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300