"Lotu Quli" azadlıqda -Foto

 

Həbsdə olan "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifov azadlığa buraxılması ilə bağlı məhkəmə qərarı açıqlanıb.

Qaradağ rayon Məhkəməsinin sədri Sədrəddin Hacıyevin sədrliyi ilə baş tutan iclasda Nadir Səlifovun cəzasının çəkilməmiş hissəsindən azad edilməsi barədə vəsatətə baxılıb.

Nadir Səlifov iclasda iştirak etməyib. Qapalı keçirilən prosesdə vəsatət təmin edilib.

Onun qalan cəzası şərti cəza ilə əvəzlənib. Nadir Səlifov bu gün saxlanıldığı cəzaçəkmə müəssisəsindən buraxılıb.

Quli 90-cı illərin əvvəllərində xüsusilə ağır cinayət törətdiyinə görə bir neçə maddə ilə ittiham olunub.

Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. "Quli” gürcü dilində "ürək” deməkdir. Kriminal aləm ona bu ləqəbi ürəkli olduğuna görə verib. "Quli” Marneulidə doğulan azərbaycanlı Otari Bədəlovla ("Otar”) yaxın dost olub.

"Otar”ın 2003-cü il martın 21-də Moskvadakı "Suşi” barda naməlum şəxslər tərəfindən güllələnməsindən sonra "Lənkəranski”yə "oğru” adı verən "Nardaranlı Mirseymur” da qətlə yetirilib ki, bunu da indiyədək "Quli”nin qisas cavabı hesab edənlər var. İllərdir bu qarşılıqlı qətllər davam edir və son olaraq bu ilin fevralında Moskvadakı "Abşeron” restoranında baş vermiş atışmada da "Quli” və "Lənkəranski” tərəfdarları arasında itkilər olub. Gürcüstan doğumlu azərbaycanlı "qanuni oğru”lar və kriminallar bu davada əsasən "Quli”ni dəstəkləyir. Vaxtilə onlar bu dəstəyi Rusiya kriminalının "xaç atası” sayılan, Gürcüstan doğumlu Aslan Usoyandan da ("Ded Xasan”) alıblar.

"Quli”nin Gürcüstana ekstradisiyası məsələsi bir neçə dəfə gündəmə gəlsə də, bu da hansısa səbəbdən mümkün olmayıb.

Azərbaycanda qətl hadisəsində suçlu bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilən "Quli”nin vəkillərinin sözlərinə görə, o həbs edildiyi zaman Gürcüstanda verilən keçmiş SSRİ-nin pasportunu daşıyıb. İddiaya görə, "Quli” həbsxanada olduğu bu illərdə Azərbaycan vətəndaşlığı alması ilə bağlı rəsmi müraciət etməyib.

2005-ci ildə isə onun haqqında daha bir qalmaqallı cinayət işi açılıb.//teleqraf.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300