Karlos Puçdemon: "Kataloniyada növbədənkənar parlament seçkiləri keçirilməyəcək"

 

"Kataloniyada növbədənkənar parlamentseçkiləri keçirilməyəcək".

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, bunu Kataloniya Muxtar Vilayətinin başçısı Karlos Puçdemon bildirib.

Onun sözlərinə görə, buna səbəb İspaniya hökumətinin Kataloniyanın muxtariyyətinin ləğvi ilə bağlı qəbul etdiyi qərarı geri götürəcəyi ilə bağlı zəmanət verməməsidir.

K.Puçdemon Kataloniyanın İspaniyadan ayrılması ilə bağlı qərarın parlament tərəfindən veriləcəyini də vurğulayıb.

Qeyd edək ki, İspaniya hökuməti oktyabrın 21-də Kataloniya Muxtar Vilayətinə qarşı ölkə konstitusiyasının 155-ci maddəsinin tətbiq olunması haqqında qərar qəbul edib. Həmin maddəyə əsasən, Kataloniyanın bütün rəhbərliyi hakimiyyətdən kənarlaşdırıla, bütün səlahiyyətlər Madrid tərəfindən təyin olunmuş nümayəndəyə keçə və bundan sonra Kataloniyada növbədənkənar parlament seçkiləri keçirilə bilər

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300