Azərbaycan İrana 500 milyon dollar kredit ayıracaq

 

Azərbaycan və İran "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində Rəşt-Astara dəmir yolu məntəqəsinin tikintisinin maliyyələşdirilməsi şərtləri haqqında razılığa gəliblər.

Bu barədə Trend-ə açıqlamasında İran Mərkəzi Bankının beynəlxalq məsələlər üzrə baş direktoru Hüseyn Yaqubi bildirib.

Onun sözlərinə görə, İran Mərkəzi Bankının, İqtisadiyyat və Maliyyə Nazirliyinin, eləcə də "İran Dəmir Yolları"nın nümayəndələri ötən gün Bakıdakı görüş zamanı azərbaycanlı həmkarları ilə dəmir yolunun tikintisi üçün kredit ayrılması şərtləri barədə razılığa gəliblər: "Azərbaycan tərəfi 164 km uzunluğunda dəmir yolunun tikintisinə 500 milyon dollar məbləğində kredit ayrılmasına razılıq verib".

H.Yaqubi deyib ki, kredit sazişinin rəsmi imzalanması mərasimi yaxın gələcəkdə Tehranda keçiriləcək.

Xatırladaq ki, İranın iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasian yüksək səviyyəli nümayəndə heyəti ilə oktyabrın 26-da Bakıya səfərə gəlib.

Qeyd edək ki, Rəşt-Astara dəmir yolu məntəqəsi Şimali Avropa ilə Cənub-Şərqi Asiyanın, o cümlədən Azərbaycan, İran və Rusiya dəmir yollarının birləşdirilməsinə hesablanmış "Şimal-Cənub" nəqliyyat dəhlizinin mühüm hissəsidir. İlk mərhələdə dəhlizlə ildə 5 milyon ton, gələcəkdə isə 10 milyon tondan çox yük daşınması planlaşdırılır.

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300