Fikrət Hüseynli azadlığa buraxıldı

 

Ukrayna paytaxtı Kiyevdə tutulan azərbaycanlı jurnalist Fikrət Hüseynli azadlığa buraxılıb. Novator.az bildirir ki, oktyabrın 27-də keçirilən məhkəmə iclasında Fikrət Hüseynlinin Azərbaycana ekstradisiya olunmasına dair vəsatət rədd olunub.

Hollandiyada yaşayan Fikrət Hüseynli oktyabrın 14-də Kiyevin Borispol hava limanında Azərbaycanın İnterpola verdiyi sorğu əsasında tutulmuşdu. Bir neçə il əvvəl Bakıda ona Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə və dələduzluq ittihamları ilə cinayət işi açılıb.

Oktyabrın 17-də Kiyevin Borispol Rayon Məhkəməsi Fikrət Hüseynli barəsində 18 gün müddətinə həbs qətimkan tədbiri seçmişdi.

41 yaşlı Fikrət Hüseynli vaxtilə "Azadlıq” qəzetinin əməkdaşı olub. 2006-cı il martında o, Bakının Badamdar qəsəbəsi ərazisində naməlum şəxslərin hücumuna məruz qalıb, bıçaqlanıb.

Azərbaycanı 2008-ci ilin əvvəlində tərk etmiş Fikrət Hüseynli həmin vaxtdan Niderland Krallığında yaşayır. 2014-cü ildən bu ölkənin vətəndaşıdır.

Fikrət Hüseynli son vaxtlar xaricdən yaylan "Turan TV” ilə əməkdaşlıq edir. "Turan TV”nin Azerbaycansaati.com saytı Azərbaycan Respublikası ərazisində məhkəmə qərarı ilə bloklanıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300