İran vətəndaşı 20 kiloqram tiryəklə tutuldu

 

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı mübarızə sahəsində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib və nəticədə külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

"Qafqazinfo” xəbər verir ki, DİN-in yaydığı məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə Cəlilabad rayonunun Şiləvəngə kəndi ərazisində əlində idman çantası olan şəxs saxlanılıb. Araşdırmalarla onun İran vətəndaşı Fərəməz Musapur olduğu müəyyən edilib.

Əlindəki çantaya baxış zamanı oradan 9 bağlamada olan, ümumi çəkisi 22 kiloqramdan artıq tiryək aşkar olunaraq götürülüb.

Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300